Qarabaşaq həm dadlı, həm də çox faydalı bir məhsuldur. Digər yarmalarla müqayisədə məhz qarabaşaq yarmasının tərkibində çoxlu miqdarda zülal vardır.
Karbohidratların az olmasına görə qarabaşaq pəhriz məhsulu sayılır və diabet xəstələrinə, arıqlamaq istəyənlərə və s. qrup insanlara uyğun gəlir.
Bundan əlavə qarabaşaq vitamin və mikroelementlərlə zəngindir. Bu yarmada olan fol turşusu ürək və damarları möhkəmləndirir, qanın tərkibini yaxşılaşdırır. Bundan əlavə qarabaşaqda dəmir, kalsium, sink, fosfor, yod, mis və s. insan orqanizmi üçün çox vacib olan mikroelementlər vardır.
Qarabaşaq həmçinin B1, B2, B6, P vitaminləri ilə də zəngindir. Bu vitaminlər sinir və immun sisteminə çox müsbət təsir edir.
Bal qədimdən ən faydalı və əvəzsiz məhsullardan biri sayılır.
Bal müxtəlif vitaminlər (B1, B2, B6, fol turşusu, K, C, E, A provitamini), mikroelementlər (dəmir, kalium, fosfor, mis, yod, sink və s.), qlükoza, fruktoza, antioksidantlar, aminturşuları, fermentlər, enzimlərlə olduqca zəngindir. Məhz bu zəngin tərkibinə görə bal əsl «min bir dərdin dərmanı»dır.
Balın 60-dan artıq növü var. Bütün bal növləri faydalı sayılır.
Bal dəmirlə çox zəngindir. Bu səbəbdən qanazlığı zamanı bal əsl əvəzedilməz təbii dərmandır. Ümumiyyətlə qan-damar sistemi, demək olar, bütün xəstəlikləri zamanı baldan müalicəvi vasitə kimi geniş istifadə olunur.
Bal güclü antibakterial və iltihabəleyhinə xüsusiyyətlərlə tanınır. Bu xüsusiyyətlərə görə bal (xüsusən cökə balı) soyuqdəymə xəstəlikləri zamanı çox yaxşı müalicəvi effekt verir.
Bal təbii immunostimulyatordur — o, insanın immunitetini gücləndirir, orqanizmin xəstəliklər və infeksiyalara qarşı olan davamlılığını artırır. Xüsusən bu uşaqlar və yaşlı insanlar üçün çox vacibdir. Lakin balın yüksəs allergik xüsusiyyətlərinə görə onu 3 yaşından kiçik olan uşaqlar və allergik xəstəlikləri olan böyüklər qəbul etməməlidir.
Meyvə sularının tərkibindəki vitamin və antioksidantlar bir çox xəstəliklərin qarşısını alaraq, sağlamlığımızı qoruyur. Bu gün biz onlardan bəzilərinin siyahısını sizlərə təqdim edəcəyik.
Portağal suyu immunitet sistemini gücləndirərək orqanizmi soyuqlamadan və qripdən mühafizə edir. Tərkibindəki C vitamini və turşular öskürəyi azaldır. Antioksidant kimi kapilyarları gücləndirərək ürəyin zərər görməsinin qarşısını alır, təzyiqi aşağı salır, dərini təravətli saxlayır, qanın laxtalanmasının, mədə və mədəaltı vəzi xərçənginin əmələ gəlməsinin qarşısını alır, əziklərin daha tez sağalmasını təmin edir.
Albalı şirəsi qızdırmanı aşağı salır, qanı təmizləyir, bədəndə yığılıb qalan artıq suların ifraz olunmasına kömək edir, mədə və qaraciyərin fəaliyyətini artırır, sidikqovucu xassəyə malikdir.
Alma şirəsi də immunitet sistemini gücləndirir, qanda şəkərin miqdarını normaya salır, başağrılarını kəsir, böyrəkləri təmizləyir, xolesterolu aşağı salır, bağırsaqlardakı parazit qurdlarının tökülməsini təmin edir, ürək və ağciyər xəstəliklərinə yoluxma ehtimalını azaldır, damar sərtliyinin qarşısını alır.
Şaftalı şirəsi tərkibində A, B3 və C vitaminləri, həmçinin betakaroten olduğu üçün qripə qarşı bədənin müdafiə mexanizmini artırır, yuxusuzluğu aradan qaldırır, həzmi asanlaşdırır, böyrəklərin və öd kisəsinin normal fəaliyyətinə kömək edir, sidikqovucudur.
Üzüm şirəsi müalicəvi əhəmiyyətinə görə mütəxəssislər tərəfindən “bitki südü” kimi də adlandırılır. Tərkibində bol miqdarda A və C vitaminləri, minerallar, əsasən də dəmir və kalium çox olduğu üçün orqanizmin xəstəliklərə qarşı daha müqavimətli olmasına səbəb olur. Bədənin enerji ehtiyacını təmin edir, bağırsaqları yumşaldır, sidikqovucu xassəyə malik olduğu üçün orqanizmi toksinlərdən təmizləyir. Üzüm şirəsi fiziki və zehni yorğunluqları aradan qaldırır, ürəyin fəaliyyətini normallaşdırır, dərinin yaşlanmasının qarşısını alır.
Milyon illərdir şüurlu həyat tərzi keçirən insan təbiətin yaratdığı möcüzələrdən həzz alaraq yaşamışdır. Bu möcüzələrdən ən maraqlısı bioloji müxtəliflik olmuşdur. Bioloji müxtəliflik insanların həyatını zənginləşdirmiş, maraqlı etmiş və hər şeydən əvvəl onların həyati tələbatını təmin etmişdir. Planetimizdə bioloji müxtəlifliyin rəngarəngliyi və növlərin yaranması onların milyard illər davam edən təkamülə məruz qalması ilə əlaqədardır. Bu müxtəlifliyi təbiət gen mühəndisliyi ilə məşğul olmaqla özü yaratmışdır. Hələ 1200 il bundan əvvəl əkinçilik mədəniyyətinə başlayan insan öz təcrübələrində məhz yeni-yeni bitki sortları və heyvan növləri yaratmağa cəhd etmişdi və bu sahədə xeyli nailiyyətlər qazanmışdı. Təbiətdən asılı olan, min illərdir at və arabadan başqa heç nə görməyən insan yalnız XIX əsrin axırlarında təbiətin gen mühəndisliyi qabiliyyətinin mahiyyətini başa düşməyə başlamış və nəhayət, elmin gücünə söykənərək özü gen mühəndisliyi ilə məşğul olmaq iddiasına düşmüşdür. Bu iddianın kökündə yaxşı niyyyətlə özünün biomüxtəliflik yaratmaq iddiası durur. Gen mühəndisliyi Mendelin təcrübələrindən başlasa da, onun real nəticəsi yalnız XX əsrin sonlarına təsadüf edir. Gen mühəndisliyi genlərlə manipulyasiya edərək, onların bir orqanizmdən digərinə köçürülməsi deməkdir. Bu təcrübədə insan təbiətdən daha qabağa gedərək genləri yalnız eyni növlər daxilində deyil, həm də müxtəlif növlər arasında köçürməyi bacarmışdır.Gen köçürülmüş orqanizm genetik yeniləşdirilmiş və ya genetik modifikasiya olunmuş orqanizm – GMO adlanır.
Fındıq
Tərkibində dəmir, kalsium, kalium, maqnezium və sink kimi minerallar, zülal və E vitamini olan fındıq ürək-damar xəstəliklərinin qarşısını alan doymamış yağlarla zəngindir. Fındıq həm də enerji qaynağıdır, zehni yorğunluğu aradan qaldırır, xolesterolun səviyyəsini aşağı salır. Ürəyin ritmik döyünməsini təmin edir, hətta infarkt ehtimalını azaltmaq qədər təsir göstərir. Fındıq sümüklərin inkişafında önəmli rol oynadığı üçün hamilə qadınların fındıq yemələri məsləhət görülür. Fındıq ağciyər xəstəlikləri zamanı da faydalıdır, yağı bağırsaq qurdlarını, böyrək daşlarını və qumu tökməyə kömək edir. Fındıqdan qənnadı məmulatlarında istifadə edilir, əsasən də bayramlarda süfrələrimizi bəzəyən şəkərbura, paxlava, halva və s. hazırlanır.
Yerfındığı
Yerfındığında zülal, yağ, E vitamini, B qrupu vitaminləri, fosfor, maqnezium, kalium, natrium və kalsium mineralları var. Yerfındığı da fındıq kimi enerji və qüvvətverici xassəyə malikdir, əzələləri, sümükləri gücləndirir. Zehni və fiziki yorğunluğu aradan qaldırır, ürəyə xeyirdir, orqanizmi xərçəng xəstəliyindən qoruyur, immunitet sistemini gücləndirir, qanda şəkərin səviyyəsini nizamlayır, mədə problemlərinin qarşısını alır.
Fındıq kimi yerfındığından da qənnadı məmulatlarında istifadə edilir, cürbəcür şirniyyatlar hazırlanır.
Zeytun Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var.
Zeytun həmişə yaşıl halda, 4 — 6, nadirən 10 — 12 m hündürlükdə ağac olub, boz-yaşıl rəngli lansetvarı yarpaqlara malikdir.
Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır.
Meyvəsi birtoxumludur, lətli, yağlı yanlığı var, toxumları uzunsov, qonur rənglidir.
Zeytun may-iyun aylarında çiçək açır, meyvələri oktyabr-noyabrda yetişir.
Meyvələrinin lət hissəsində 70 %-ə qədər, toxumunda isə 25 — 30 % əla keyfiyyətli piyli yağ vardır. Bu yağdan həm yeyinti sənayesində, həm də təbabətdə geniş istifadə olunur.
Zeytun dünyanın subtropik ölkələrində çox qədimdən becərilən qiymətli bitkidir. O, hələ eramızdan 2500 il əvvəl qədim misirlilər tərəfindən becərilmiş və meyvələrindən və onun yağından bir sıra xəstəliklərə qarşı [revmatizm, yanıq, göz xəstəlikləri və s.], həmçinin yeyinti məhsulu, xoş dadlı və ətirli ədviyyat kimi istifadə edilmişdir.
Zeytun hazırda da ən qiymətli piyli yağlı bitki, eləcə də bəzək bitkisi kimi dünyanın bir sıra subtropik ölkələrində geniş miqyasda becərilir. Zeytun sənaye əhəmiyyətli bitki kimi çoxdan bəri Qara dəniz sahillərində, Krımda, Gürcüstanda geniş becərilir.
On minlərlə növü olan göbələk zülal, dəmir, A, B, D, P və K vitaminləri, kalsium, kalium, fosfor və mis mineralları ilə zəngindir.
Göbələk immunitet sistemini qüvvətləndirərək orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır, fiziki və zehni inkişafı gücləndirir, qavrama qabiliyyətini artırır, yorğunluğu aradan qaldırır. Bol miqdarda dəmir mineralına malik olan göbələk qanda xolesterolun səviyyəsini aşağı salaraq insanı ürək-damar xəstəliklərindən, həmçinin infarktdan qoruyur. Göbələyin zülal dəyəri yüksək olsa da, yağ nisbəti aşağıdır. Ona görə də pəhriz zamanı daha çox istifadə olunur. Lakin zəhərli və yeməli göbələyi ayırmaq lazımdır. Buna görə də göbələyin mütəxəssislər tərəfindən toplanması məsləhətdir.
Qeyd: Revmatizm xəstələrinə göbələk yemək tövsiyə olunmur.
Ehtimala görə dulusçuluq, yəni gildən qablar düzəldib odda yandırmaqla onları möhkəmlətmək sənəti, qida bişirməkdən sonra meydana gəlmişdir. Bu, ağlabatan fikirdir. Səbətin və ya başqa toxunma qabın odda yanmasını, ya da onun isti su təsirindən korlanmasını müşahidə edən insan belə bir fikrə gəlir ki, toxunma qabların üzərinə gil çəksin və onu qurutsun, qab quruyandan sonra daşı xatırladacaq və odadavamlı olacaqdır. Həyat təcrübəsi göstərir ki, gildən qab formasında tutum düzəldib, onu günəş altında qurudandan sonra odda yandıranda, bu tutum möhkəm olur, onu dəfələrlə odun üstünə qoyub işlətmək olur. Beləliklə, əvvəl gil qazanlar, güvəclər və tavalar, sonra isə başqa mətbəx qabları yarandı.
Üzüm saf hava və günəş sevən bitkidir. Onun sortları çoxdur. Keçmiş Sovetlər məkanında bu sortların sayı 2000-ə çatırdı. Şərq və Avropa ölkələrində üzüm əsrlərdən bəridir ki, becərilir. Bəzi üzüm sortlarını seçmə və xüsusi qulluq yolu ilə şəkər mənbəyinə çevirmişlər. Bunlardan ən məşhuru Şərq kişmişidir. Hazırda dünya üzrə üzüm plantasiyalarının sahəsi 10 milyon hektara yaxındır.
Üzümün vətəni Ön Asiya sayılır. Bir çox ölkələrin qədim üzümçülük tarixi vardır. Səkkiz min il bundan əvvəl üzümlüklər Nil sahillərini tuturmuş. Arxeoloji qazıntılar nəticəsində İsraildə yaşı 9 min ilə çatan üzüm toxumları tapılmışdır. Qədim Babilistanda üzüm tənəyi ən yayılmış bitkilərdən sayılırdı. Cənubi Ərəbistanda iri salxımlı üzüm yetişdirmişlər. Rəvayətə görə Harun-əl-Rəşid dövründə buradan dəvə ilə hər birində nəhəng salxım yerləşən iki səbət üzüm aparmışlar.