Uşaqların səhər yeməyi bir çox hallarda ciddi problemə çevrilir.
Lakin bu dadlı qoz-fındıq pastası uşaqların xoşuna gələcək. Bu pasta ilə uşaqlara buterbrodlar hazırlayın — həm dadlı, həm faydalı, həm doyumlu.
İstənilən qoz-fındıq (qoz, badam, araxis, keşyu, fındıq) götürüb blenderdə yaxşı əzin. Hər yarım dəqiqədən bir blenderi söndürün və pastanı qaşıqla qarışdırın.