Ağ rəngli qidalar
Ağ rəngli qidalar immunitet sistemini gücləndirir. Bunun la yanaşı xolesterolu və qan şəkərini salır, ürək xəstəlikləri riskini azaldırlar.
Sarımsaq, soğan, ağ turp, göbələk və gül kələmi ağ rəngli qidalar sayılır.
Yaşıl rəngli qidalar
Yaşıl meyvə və tərəvəzlərin tərkibində fitokimyasal maddələr var. Xüsusilə bəzi xərçəng risklərinin azaldılmasında, göz sağlamlığında, əzələ və sümüklərin yenilənməsində və sağlam dişlərdə rol oynayırlar.
Yaşıl qidalar arasında brokoli, ispanaq, kivi, yaşıl bibər, xiyar, yaşıl soğan kimi qidaları saymaq olar.