Flora kateqoriyası üzrə məqalələr

Kasnı

Başlangıcını Aralıq dənizi və Cənubi Asiyadan götürən və XVI əsrdən Avropada becərilən birillik bitki.

100 qr kasnıda – 25 kilokalori
Kasnının tərkibində kalsium, maqnesium, fosfor, dəmir, A1, B1, B2, C, E vitaminləri vardır.

Kasnı cox qidalır
Kasnının tərkibində adi salatlarda olduğundan daha cox vitamin və minerallar var. Onun tərkibində olan inulin və intubi iştahanı yaxşılaşdırır.

Qorzursunuz?
Az adam bilir ki, bəzi ölkələrdı geniş istifadə olan “sənin kasnınmı var” sualı sən qorxursanmı sualını nəzərdə tutur. Kasnının yarpaqları solğundur, onun incə meyilli forması – “qorxmuş görünüşü” var. O, demək olar ki, tam qaranlıqda bitən gün şüasına az tələbatı olan bitkidir və bu fakt keçmişdə çoxlu söz-söhbət doğururdur. Kasnının natəmiz bitki olduğu və qara maqiyada istifadə olduğu deyilirdi…
Davamı →

Zeytun

100 qr zeytun – 160 kkal
Bu bitkinin yarpaqları oleuropein, oleasterol və lein, olein turşusu, antioksidantlar: E vitaminindən, polifenollardan ibarətdir. Zeytun yağı həmçinin, bizə lazım olan polidoymamış (omeqa-6) yağ turşularını verir, beləliklə biz doymuş yağ turşularını yeməyə məcbur olmuruq.

Zeytun yemənin şəfaverici faydaları
 Amerikanın həftəlik “Times” jurnalı zeytunu dünyanın ən sağlam ərzaqlar qrupuna daxil edib. Bu bitki və onun yağı səhhət üçün faydalıdır və qanda xolestrolun miqdarını azaltmaq qabiliyyətinə malik monodoymamış turşu yağlarının çoxluğuna görə məşhurdur. Zeytun ürək və qan damarlarını arteriosklerozdan qoruyur; o, sağlam qidalanma modeli sayılan Aralıq dənizi pəhrizinin əsas komponentidir.
Davamı →

Ən faydalı üzüm hansıdır?

Üzüm çox faydalı müalicəvi məhsuldur. Üzüm ürək-damar, nəfəsalma sistemləri üçün çox faydalıdır, immun sistemini möhkəmləndirir, xərçəng xəstəliklərinin inkişafının qarşısını alır.

Alimlərin fikrinə görə, ən faydalı üzüm qara üzümdür. Onun tərkibində resveratrol maddəsi ağ üzümlə müqayisədə daha çoxdur. Bu maddə ürəyi və damarları qoruyur, damarları xolesterindən təmizləyir, elastikliyini artırır, infarkt və insultun qarşısını alır. Bu maddə üzümüm qabıqlarında və çiyərdəklərində xüsusilə çoxdur. Bu səbəbdən üzümü qabıqlar və çəyirdəklərlə yemək lazımdır. Çəyirdəkləri yaxşı çeynəyin və sonra udun.

Həmçinin qara üzüm beyinin fəaliyyətini və yaddaşı yaxşılaşdırır. Ən az faydalı isə kişmiş üzüm sayılır.
Davamı →

Uşaq otağı üçün bitkilər

Uşaq otağındakı güllər və bitkilər uşağa müsbət təsir göstərir. Bir çox otaq bitkiləri zəhərli maddələri, tozu özünə çəkir və ən əsası fitonsid (fitonsidlər — bitkilərin əmələ gətirdiyi, bakteriyaların, mikroskopik göbələklərin, ibtidailərin böyüməsini və inkişafını saxlayan bioloji aktiv maddələr) xüsusiyyətlərə malikdirlər. Fitonsid bitkilər olan məkanlarda havada olan patogen mikroorqanizmlərin miqdarı 50% aşağıdır. Bu cür bitkilərə aiddir: kalanxoe, sitrus bitkiləri (limon, portağal, mandarin), xlorofitum, dəfnə, spatifillum, əzvay (aloe), aspidistra, hibiskus, mərsin, ətirşah, rozmarin, evkalipt. Bu bitkilərin yarpaqlarında nəfəsalmaya yaxşı təsir edən efir yağları var.
Davamı →

Hindistan qozunun faydaları

Son illər Avropa ölkələrində Hindistan qozundan kosmetika sənayesində istifadə olunur. Hindistan qozu tropik ərazilərdə yetişdirilir və meyvəsi yeyilir. Hindistan qozunun suyu içilir həmçinin də içnin ağ hissəsindən də istifadə edilir. Hindistan qozu zeytun kimi yağlıdır və Yağı çıxarılaraq kometika növlərində həmçinin qidalarda istifadə edilir. Hindistan qozunun ağ hissəsi yetişdiyi tropik ölkələrdə qədim zamanlardan istifadə edilsə də bizim mətbəximizdə yalnız bu meyvə ilə şirniyyatlar hazırlanarkən istifadə edilir.

Hindistan qozunun yağı necə hazırlanır?
Hindistan qozunun yağı maye və qatı formada satılır. Maye forması copra hissəsindən əldə edilir. Qatı forması isə təzə Hindistan qozu meyvəsindən soyuq sıxma üsulu ilə əldə edilir. Əvvəl süd vəziyyətinə salınır daha sonra tərkibindən yağı ayrılır.
Davamı →

Yemiş


Yemiş və ya qovun yay aylarının əvəzolunmaz tərəvəzlərindəndir. Yemiş yayda sərinlik verən xoş dadıyla hər kəsin sevdiyi bir bitkidir. Böyük yarpaqlı, sarı rəngli çiçəkləri olan yemiş sarmaşıq bitki növüdür. Yemiş dadı ilə hər kəsə xoş təsir bağışladığı kimi, orqanizmə faydaları ilə də məşhurdur. Tərkibində bolluca olan su ilə yanaşı, A və C vitamini ilə də zəngindir. Yod və xrom mineralları baxımından da zəngin bir meyvədir.

Yemişin faydaları
 Yemiş bədəni sərinlədir və rahatlıq verir. Elə bu xüsusiyyətinə görə yayda ən sevilən tərəvəzlərdəndir.

Sidikqovucu xüsusiyyətilə yemiş bağırsaqların da yumşalmasını təmin edərək, qəbizlik probleminə mane olur.
Davamı →

Diphylleia - Şəffaflaşan çiçək


Meşə bitkisi olan Diphylleia-nı məşhur edən özəlliyi ağ çiçəklərinin yağış yağarkən şəffaflaşmasıdır. 
 
Onu yer kürəsinin cəmi üç nöqtəsində tapmaq olar: Yaponiya və Çinin soyuq regionlarının nəm, meşəlik yamaclarında, həmçinin ABŞ-ın Appalaç dağlarında.
Davamı →

Üzüm yarpağının faydaları

Üzüm yarpaqları keçmişdə müalicəvi vasitə kimi ishalın, ürək xəstəliklərin, diş və qarın ağrılarının, qanaxmaların müalicəsində istifadə olunurdu.

— Üzüm yarpaqlarının dəmləməsi öskürək zamanı yaxşı kömək edir — bəlğəmi duruldur və nəfəs yollarından çıxmasına kömək edir. Dəmləməni hazırlamaq üçün 5-7 təzə üzüm yarpağının üzərinə 1 stəkan qaynar su əlavə olunur və 30 dəqiqə ərzində dəmlənilir. Dəmləməni gün ərzində ilıq vəziyyətdə qəbul etmək lazımdır.

— Həmçinin belə dəmləmə qanda şəkərin səviyyəsini aşağı salmağa kömək edir.

— Üzüm yarpaqları antimikrob təsirinə malikdir. Üzüm yarpaqlarının çeynəməsi ağız boşluğunda mikrobların sayını azaldır, pis qoxunu aradan qaldırır, kariesin və damaq iltihabların riskini azaldır.
Davamı →

Ən kiçik sitrus bitkisi - Kinkan

Gözəl meyvələrə sahib olan bu bitkinin torpağı orqanik maddələrlə zəngin olmalıdır. 
Davamı →

Motmotu

Motmotu orta əsrlərdən Avropa ölkələrində tanınır. O vaxt Avropada bu giləmeyvədən şərab hazırlayırdılar.

Rusiyada motmotu ən sevilən giləmeyvələrdən biri olub. Rusiyada motmotudan mürəbbə bişirirdilər. Giləmeyvələrin qiymətli zümrüd daşlarına oxşamağına görə bu mürəbbəni "çar mürəbbəsi" adlandırırdılar. Bişirilmə zamanı hər giləmeyvə toxumlardan təmizlənirdi, hər giləmeyvənin içinə fındıq qoyulurdu. Motmotu mürəbbəsi bahalı idi və yalnız varlı insanların evlərində bişirilirdi. Motmotunun növləri çoxdur, onun rəngi acıq yaşıldan yaqut rənginə qədər olur.
Davamı →
Top