Azərbaycan kateqoriyası üzrə məqalələr

Mehdi Hüseynzadə (Mixaylo)

Azərbaycan xalqının tarixi qəhrəmanlıq səhifələrində əbədi yer tutan vətənpərvər insanlardan biri də Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadədir. M.Hüseynzadə 1918-ci il dekabrın 22-də Bakının Novxanı kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Rəssamlıq Məktəbini bitirmiş, Leninqrad (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda və Bakıda — indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil almışdır.
1941-ci ildə orduya çağırılmış, 1942-ci ildə Tbilisidə piyada hərbi məktəbini qurtarmışdır. Həmin ilin iyulunda Stalinqrad ətrafında gedən döyüşlərdə iştirak etmiş, avqustda Kalaç şəhəri yaxınlığında ağır yaralanaraq əsir düşmüşdür. Ukrayna, Polşa, İtaliya və keçmiş Yuqoslaviyanın hərbi əsir düşərgələrində olmuşdur.
Davamı →

Nəsrəddin Tusi

Azərbaycanın XIII əsrdə yaşayıb yaratmış böyük mütəfəkkiri Nəsrəddin Tusinin bütün ömrü təbiəti, cəmiyyəti və insanı dərk etməyə həsr olunmuşdur. Onun əsərlərində səma mexanikasının əsasları qoyulmuşdur. Danimarka alimi Tixo Brage (1546-1601) Tusinin hesablamalarını təkrarlayaraq 700-dən artıq ulduzun kataloqunu tərtib etmişdir. Bragenin əsərlərinə əsaslanan alman alimi İohann Kepler səma mexanikasını yaratmışdır. Onların əsərlərini əsas götürən İsaak Nyuton mexanikanın fundamental qanunlarını ərsəyə gətirmişdir. Tusinin riyaziyyata həsr olunmuş əsərləri dəfələrlə İtaliyada, İngiltərədə, Fransada nəşr olunmuşdur.
Nəsrəddin Tusi müsəlman intibahının ən böyük şəxsiyyətlərindən biri, dünyanın ilk rəsədxanalarından olan Marağa rəsədxanasının əsasını qoymuş böyük alimdir. O öz yaradıcılığında Yaxın və Orta Şərqin hər üç intibah zonasını — ərəbdilli, farsdilli və türkdilli intibah zonalarını birləşdirə bilmişdir.
Davamı →

Azərbaycan qalaları

Əzəmət, vüqar, yenilməzlik rəmzi olan qalalar xalqımızın öz torpağına necə möhkəm bağlı olduğunun daha bir göstəricisidir. Qız qalası, Ramana qalası, Mərdəkan qalası, Koroğlu qalası, Əlincə qalası və onlarca digər qalalarımız həm də yüksək tarixi memarlıq dəyərlərinə malikdir. El sənətkarlarımız özlərinin bütün sənət təxəyyülünü, arzu-istəklərini, xalqın bədii-estetik və mənəvi duyumunu qalalarda da əks etdirmişdir.
Azərbaycanda ən qədim qalalar sillop tikintiləridir.
Davamı →

Xəzər dənizi

Yer kürəsinin ən böyük gölü — Xəzər dənizi vahid Avroasiya materikinin iki böyük hissəsinin sərhədində, geniş materik depressiyasında yerləşmişdir. O, həm də, bizim planetin ən böyək qapalı su tutarıdır. Xəzər dənizi haqqında ən qədim məlumatlara Assuriya gil qablarının üzərindəki yazılarda rast gəlinir və o Cənub dənizi adlanır. Yunan tarix və coğrafiyaçısı Hekatey Miletskinin (e.ə.VI əsr) əsərlərində bu dəniz Kaspiy və Hirkan kimi adlanır. Birinci etnonim o zaman dənizin cənub-qərb sahillərində, müasir Azərbaycanın ərazisində yaşamış Kaspi xalqının adı ilə əlaqədardır. İkinci ad dənizin cənub-şərq küncündə yerləşmiş Hirkan ölkəsindən (farsça «canavarlar ölkəsi» deməkdir) yaranmışdır.
Hər iki ad Herodot tərəfindən də istifadə olunur (e.ə.V əsr). Daha sonrakı qədim müəlliflər bu adlarla yanaşı Alban (albanlar etnonimi ilə əlaqədardır), Coşqun və Hirkan dənizi adlarını işlədirlər. Qədim rus əlyazmaları abidələrində Xəzər dənizi Göy (Monqol-Türklərdən götürülmşdür), Xarəzm (Amudərya çayının aşağı vadisində yerləşən və ərazisi Xəzər dənizinə qədər uzanan Xarəzm döləti ilə bağlı), Xvalın, Dərbənt və s. kimi adlandırılır.
Davamı →

Ləzgilər

Ləzgilər – Özlərini «Ləzgiyar» adlandıran ləzgilər Dağıstan Respublikasının Qasımkənd, Məhərrəmkənd, Doqquzpara, Axdi habelə, Azərbaycan Respublikasının Quba və Qusar rayonlarında, Qazaxıstan və Türkmənistanda məskunlaşmışlar, Ümumi sayları 466 min nəfərdir. Köhnə ensiklopedik ədəbiyyatlarda Dağıstanın bütün əhalisi ləzgi adlandırılırdı. Qafqaz dil ailəsinin Nax-Dağıstan qrupuna Aid olunan ləzgi dili bir-birindən kəskin fərqlənən üç dialektə bölünür. 1) Kürə, 2) Samur, 3) Quba. Öz dillərindən başqa ləzgilərin əksəriyyəti azərbaycan və rus dillərini bilirlər. XIX yüzilliyin əvvəllərinə qədər öz dindaşları olan azərbaycan türkləri ilə birlikdə Azərbaycan dövlətinin tərkibində yaşayırdılar. Əsas məşğuliyyətləri əkinçilik və maldarlıqdır. Ləzgi qalayçıları bütün Qafqazda məşhurdur. Xur adlanan ləzgi kəndləri əsasən bulaqların yanında salınırdı. Ləzgi evləri nəinki, bir-birinə yaxın yerdə inşa edilir, hətta çox zaman bir-birinə yapışdırılırdı. Kəndlər qohumlardan ibarət məhəllələrə ayrılırdı. Bəyaz köynək, qara şalvar, papaq və kürklərdən ibarət olan ləzgi geyimi ümum qafqaz tipindədir. Doqquzpara rayonunun Misgəncə kəndində yaşayanlar istisna olmaqla qalan ləzgilər sünnüdürlər. Azərbaycan türklərinin mədəni təsiri altında olan ləzgilərdə də aşıq poeziyası inkişaf etmişdir. Barmaq adlanan raraq qoyurlar. Dəvə yunundan toxunmuş başlıqları Azərbaycandan alırdılar. 2 cür kürk geyirdilər.
1) Kaval — enli və uzun
2) Kürk — yüngül və gödək
Həm kişi və həm də qadınlar bəzəkli corab geyirdilər. Yeməkləri xəngəl, rlov, düşbərə və s. Azərbaycan türkləri ilə eynidir. İslama qədərki inanclar içərisində Bahar bahramı, ris gözdən qorunmaq üçün həyətdə it və at sümüklərinin asılması hələ də qalmaqdadır.


Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası

Davamı →

Babadağ ziyarətgahı

Ona el arasında Həzrət Baba ziyarətgahı da deyilir
Qarlı zirvəsi olan dağların əhatəsində insanların yüz illərdir ki, müqəddəsliyinə tapınıb pənah gətirdiyi bir məkan var. Bu, dəniz səviyyəsindən 3629 metr yüksəklikdə yerləşən Babadağ və ya Həzrət Baba ziyarətgahıdır. Həzrət Baba İsmayıllı rayonunun Lahıc kəndindədir. Ziyarətgahın yaranması ilə bağlı xalq arasında maraqlı rəvayətlər dolaşır. Rəvayətlərdən birində deyilir ki, Həzrət Baba Allahın ən çox sevdiyi qullarından biri olub. O, bu dağlarda çobanlıq edirmiş. Həzrət Baba öz ögey anasını çox sevirmiş.
Davamı →

Xalçaçılıq

Azərbaycan xalq tətbiqi sənətinin qollarından biri olan xalçaçılıq milli mədəniyyəti tariximizdə özünəməxsus yer tutur. Xalça xalqımızın məişətində təkcə qiymətli əşya deyil, onu sənət əsəri, istilik, gözəllik, hədiyyə, müalicə vasitəsi sayırıq.
Xalçaçılıq həm də Azərbaycan xalqının az qala rəmzinə çevirilmiş bir sənətdir. Bu sənətlə məşğul olma həm də insanlara gəlir gətirib. Xalçalarımıza verdiyimiz qiymət barədə danışarkən yazıçı Mir Cəlal Paşayevin «Bir gəncin manifesti» əsəri yada düşür. Həmin əsərdə Sona xalanının dili ilə deyilən «İtə ataram, yada satmaram» məsəli xalçanın və xalçaçılığın azərbaycanlılar üçün necə qiymətli olduğunu ifadə edir.

Xalçaçılığın tarixi
Azerbaijan carpet
Azərbaycanda xalçaçılığın çox qədim tarixi var. Arxeoloji materiallar və yazılı mənbələr əcdadlarımızın hələ eramızdan əvvəl də bu sənətlə məşğul olduğunu sübut edir. Bunnula bağlı qədim dünya tarixçiləri Herodot, Ksenofont və digərlərinin əsərlərində də müxtəlif məlamatlar var. Tarixi qaynaqlar III-VII əsrlərdə Azərbaycanda xalça sənətinin daha sürətlə inkişaf etdiyini, ipəkdən, qızıl və -gümüş saplardan nəfis xalçaların toxunduğunu bildirir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter alıb. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. XVI-XVII əsrlərdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson, holland səyahətçisi Yan Streyts Şamaxıda qiymətli saplarla toxunan, qaş-daşlarla bəzədilən xalçalar barədə xəbər veriblər.

Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. Naməlum müəllifin X əsrə aid «Dünyanın sərhədləri» əsərində, XII əsrə aid «Kitabi-Dədə-Qorqud» dastanında, klassik şairlərimiz Nizami və  Xaqaninin əsərlərində xalçalarımız tərənnüm olunub. Avropa rəssamlarının əsərlərində, miniatürlərdə Azərbaycan xalçalarına aid nümunələr əks olunub. Buna misal olaraq XV əsr Niderland rəssamları Hans Memlinq, Van Eyk, alman rəssamı Hans Holbeynin tablolarını misal göstərmək kifayətdir. Xalçalarımız haqqında müxtəlif əfsanələr, atalar sözləri, tapmacalar və digər hikmətli kəlamlar düzülüb-qoşulub. Uzun illərdir xalçaçılıqla məşğul olan Nəzakət Qəhrəmanovanın sözlərinə görə, qədimdə Azərbaycanda qıza elçi gələndə, onun həm də xalça-palaz toxumaq qabiliyyətinə qiymət verirmişlər: «Elçilər isə istəməyə gəldikləri qızın toxuduğu xalçaya baxmaqla təkcə onun qabiliyyətini deyil, həm də xasiyyətini də müəyyənləşdirirmişlər.  

Xalça növləri
Müxtəlif naxış elementləri və təsvirlərlə zəngin Azərbaycan xalçaları təkcə görünüşü, keyfiyyəti, gözəlliyinə görə yox, həm də orijinallığı, fəlsəfiliyinə görə dünyada məşhurdur. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Xovsuz xalçaların və ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür. Bunlar palaz, cecim, ladı, kilim, şəddə, vərni, zili və sumax adlanır. Sadalanan xalça növləri ilmələrinin sıxlığı, rəng çalarları, toxunuşu və ornamentlərinə görə bir-birindən fərqlənir. Azərbaycan xalçaları daim xarici ölkələrdə təşkil olunan sərgilərdə yüksək yerlər tutub, qızıl və gümüş medallara layiq görülüb.  

Xalçaçılıq məktəblərimiz

Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə 7 xalçaçılıq məktəbinə bölünür. Bunlar  Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz məktəbləridir. Bu məktəblərin hər biri isə ayrı-ayrı məntəqələrə bölünür.
  1. Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılıb.
  2. Bakı xalçaları daha yumşaq olması, rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir. Xalçaların bəzəklərində həndəsi formalı göllər, əyri xətli nəbati elementlər üstünlük təşkil edir.Bakı qrupuna aid xalçaların rəng koloritində ara sahə yerliyi üçün, əsasən tünd göy, nadir hallarda isə qırmızı və sarı rənglərdən istifadə edilir.
  3. Şirvan xalçalarının zəngin və mürəkkəb naxışlı kompozisiyaları orta əsrlərdən məşhurdur.
  4. Gəncə xalçaları seyrək ilməli, qalın tüklü, həndəsi ornamentli, orta ölçüsü isə seçilir. Bu xalçaların toxunuşunda əsasən sürməyi göy, lalə və zoğalı qırmızı rənglər üstünlük təşkil edir.
  5. Qazax xalçaçılıq məktəbinə Azərbaycanın qərb rayonları, Gürcüstanda soydaşlarımızın yaşadığı Borçalı və 1988-ci ilə qədər azərbaycanlıların tarixi yaşayış məskəni olan indki Ermənistan ərazisindəki Göyçə mahalı daxildir. Bu məktəbin xalçalarında az rənglərlə ahəngdar kolorit yaradılır.
  6. Qarabağ xalça məktəbi bu bölgənin həm dağlıq, həm də aran zonasını əhatə edir. Qarabağ xalçaları bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından məşhurdur. Çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı-gəbələr geniş yayılıb. Qarabağ xalçalarının rəng palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir.
  7. Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir. Bu məktəbə mənsub xovsuz və xovlu xalçalar bədii tərtibat, rəng ahəngdarlığı, ornamental bəzəklərin müxtəlifliyi ilə fərqlənir. Təbrizdə toxunmuş məşhur «Şeyx Səfi» xalısı hazırda London müzeyində çox qyiəmtli eksponat kimi saxlanılır. Çox təəssüf ki, bün Təbriz xalçaçılıq məktəbinin nümunələri dünyada daha çox İran xalçaları kimi tanınır.  
Azərbaycan xalçaçılıq məktəbi zəngin ənənələrə malikdir
Xalçaçılıqda problemlər 
«Təəssüf ki, sovet dövründə Azərbaycanda xalçaçılığa daha çox qazanc mənbəyi kimi yanaşılıb»-deyə xalçaçı N.Qəhrəmanova bizimlə söhbətdə bildirib. Onun sözlərinə görə, sovet ideologiyası digər sahələr kimi xalçaçılıq ənənəmizə də zərbə vurub. 1920-ci ildən sonra Azərbaycanda yaradılan artellərdə qeyri-peşəkarlar işləməyə başlayıb. Sonra təbii yun sintetik iplə əvəzlənib. Kompozisiyalar bəsitləşib. Elə bunun nəticəsində də ötən əsrdə Azərbaycan xalçaları dünya bazarındakı şan-şöhrətini itirməyə başlayıb. Xalçaçılarımızı narahat edən məsələlərdən biri son zamanlar Azərbaycanda müxtəlif təsirlərdən boyaq bitkilərinin azalmasıdır. Bu gün xalçaçılar bəzi vaxtlarda boyağı xarici ölkələrdən gətirdirlər. Nəticədə bu fakt xalçalarımızın gözəlliyinə və keyfiyyətinə, milliliyinə də təsirsiz ötüşmür.
Xalça Muzeyinin direktoru Röya Tağıyevanın sözlərinə görə, süni boyaqla toxunan xalça keyfiyyətsiz olur. Azərbaycan xalçalarını Avropaya sevdirən kompozisiya baxımından zənginliyi, toxunuşunun orijinallığı və bir də təbii boyaqdan istifadə olunmasıdır. Yalnız XIX əsrin sonlarından yerli sənətkarlar kimyəvi boyaqlardan istifadəyə başlayıb. Röya Tağıyeva da sovet dövründə Azərbaycan xalçalarına gəlir mənbəyi kimi baxılması fikrilə şərikdir. Onun sözlərinə görə, o vaxtlar xalça daha çox valyuta gətirirdi deyə, kütləvi istehsala üstünlük verilirdi. Bu üzdən də yerli xüsusiyyətlər, məktəblərin ənənələri itməyə başladı. Yalnız ötən əsrin 90-cı ilindən sonra Azərbaycan xalçaları yenidən özünə diqqət çəkdi. Amma bu dəfə də yerli dəllaların Azərbaycan xalçasına vurduğu ziyan sovetlərin vurduğu zərbəni təkrarladı. Nəticədə bazarda sex məhsulları olan ucuz, sintetik xalça və gəbələr çoxalıb. R.Tağıyevanın sözlərinə görə, bu gün bəzi dəllallar yeni toxunan xalçaları xüsusi kimyəvi vasitəylə yandırırmaqla ona əntiq görkəm verirlər ki, bu da xalçalarımız haqda mənfi rəy formalaşdırır.  Bu gün qədim Azərbaycan xalçalarını müxtəlif yollarla xaricə çıxarılması faktları da inkar edilmir.  

Xalçaçılıq ənənəsinin bərpası  
Xalçaçılıq ənənəsinin yaşadılması və qorunması məqsədilə hələ 1967-ci ildə Xalça və Tətbiqi Sənət Muzeyi yaradılıb. Bu gün həmin muzeydə 6 mindən artıq xalça, 15 mindən artıq eksponat var. Onların hər biri müxtəlif bölgələrin xalça ənənələrini özündə ehtiva edir. Azərbaycanda xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın mərhum xalq rəssamı Lətif Kərimovun adı ilə bağlıdır. L.Kərimov uzun illər xalçaları tədqiq edib, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirib, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaradıb.
2004-cü ildə «Azərbaycanda xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında» Qanun qəbul edilib. Sözügedən qanundan irəli gələn vəzifələrin icrası Azərbaycanda xalçaçılığın inkişafına inam yaradıb.

Müəllif:Adəm Qorxmaz-modern.az
Davamı →

Bakı milyonçularının varislərinə çatmayan mülkləri

Azərbaycan milyonçularının XX əsrin əvvəllərində inşa etdirdiyi imarətlər bu gün ya yaşayış binası kimi istifadə olunur, ya da orada dövlət idarələri yerləşir.

Məsələn, Ağa Musa Nağıyevin tikdirdiyi 98 binadan çoxu bu gün inzibati idarələr kimi istifadə olunur. Bunlara misal olaraq ARDNŞ-nin və «Lukoyl» şirkətinin, Zabitlər Evinin, Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin, Milli Elmlər Akademiyasının, «Azərittifaq»ın, İqtisad Universitetinin, bəzi xəstəxanaların yerləşdiyi binaları göstərmək olar.
Davamı →

Qala

Abşeron yarımadasının şimal-şərqində, Bakının Xəzər rayonunda yerləşən Qala kəndi qədim yaşayış məskənlərindəndir. Burada e. ə. III minilliyə aid tarixi mühiti hiss etmək mümkündür. 1988-ci ildə burada Qala Tarix-Etnoqrafiya Qoruğu yaradılıb. 156 hektar ərazini əhatə edən qoruqda e. ə. III minillikdən XX əsrə qədər tarixi əhəmiyyət daşıyan memarlıq abidələri — 5 məscid, 3 hamam, 4 ovdan, yaşayış evləri, kənd təsərrüfatı təyinatlı binalar, sərdabələr, məqbərələr, kurqanlar, qəsrin qalıqları və s. mövcuddur. 5 min illik tarixə malik olan Qala kəndində bir neçə məhəllə olub. Bunlardan Tərəkəmə, Balaverdi, Hacı Ramazan, Çəmbərəkənd məhəlləsini qeyd etmək olar.
2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Qala Tarix — Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında ilk muzey — Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi yaradılıb.
Davamı →

Qobustan abidələri

Dünyada ən qədim insan məskənlərindən birinə səyahət etmək istəyirsinizsə, yolunuzu dürüst tarixi hələ də məlum olmasa da, Mesopotomiyadan daha qədim olan Qobustan abidələrindən salın.
Üzərində günəş təsvirləri olan qayıq rəsmləri bir anda hərəkətə gəlib sizi 15000 il əvvələ — paleolit dövrünə aparacaq. Bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmağa imkan tapacaqsınız.Açıq səma altındakı muzeydə qayaüstü rəsmlər, təsvirlər, dünyanın ən qədim təqvimi, “Günəş saatı”, “Qavaldaşı” və sirlər dolu bir dünya sizi heyrətləndirəcək.
Davamı →
Top