Azərbaycan kateqoriyası üzrə məqalələr

Muğam

Muğam — Azərbaycan xalqının bədii yaradıcılığının zəngin bir hissəsi, əsrlərdən bəri şifahi şəkildə inkişaf edərək dövrümüzə gəlib çatmış unikal sənət nümunəsi, Şərq xalqlarının şifahi ənənəli professional musiqisi (ənənəvi musiqi) sistemində özünəməxsus janrdır.
Dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəyov Yaxın və Orta Şərq xalqlarının 14-cü əsrdə inkişafın zirvə nöqtəsinə çatmış musiqi mədəniyyətini 12 sütunlu və 6 bürclü (qülləli) bir binaya bənzədir. 14-cü əsrin sonuna yaxın baş verən ictimai, iqtisadi və siyasi dəyişikliklərlə əlaqədar olaraq bu binanın divarları çatlayaraq, uçub dağılmış və Üzeyir bəyin təbirincə desək, Şərq xalqlarından hər biri bu musiqi binasının qiymətli parçalarından istifadə edərək, özünün yeni musiqi barigahını tikmişdir. Üzeyir Hacıbəyovun qeyd etdiyi 12 klassik muğam Şərq xalqlarının ümumi yaradıcılığının bəhrəsi olmuşdur. Azərbaycan muğamları məhz orta əsrin bu 12 muğamı əsasında təşəkkül tapıb inkişaf etmişdir.
Davamı →

Azərbaycan rabitəsinin inkişaf yolu

Qədim zamanlarda insanlar məlumat ötürücüsü kimi yüksəkliklərdə tonqal yandırmaqla bir-birinə hər hansı bir hadisə barədə xəbər göndərirmişlər. Eyni zamanda hər hansı bir vacib məlumatı əhaliyə çatdırmaq üçün təbil və ya şeypur vasitəsilə insanları bir yerə toplayırmışlar.


Daha sonralar isə qəbilə başçılarının biri tərəfindən digərinə yazılı məlumatların (namə) göndərilməsi bu məqsədlə təyin olunmuş bir neçə şəxs vasitəsi ilə əldən-ələ ötürməklə həyata keçirilmişdir.

Davamı →

Ramana kəndi

Qədimliyi, tarixi-mədəni zənginliyi ilə seçilən Bakı kəndlərindən biri də Ramanadır. Tarixçilərdən S. Aşurbəyli və S. Vəliyevin fərziyyələrinə görə, Ramana kəndinin adı romalılarla, roman tayfaları ilə (Roma imperiyasının legionları eramızın birinci əsrində Abşeronda olmuşlar) əlaqədardır. Digər fərziyyəyə görə, Ramana sözü iki fars sözünün birləşməsindən əmələ gəlmişdir: rahi — yol, mani — kəsən, kəsişən. Əvvəllər Abşeron kəndlərinin yolları Ramanada kəsişərmiş. Hazırda Ramana kəndini ətrafla əsasən iki yol birləşdirir: Şəhər şossesindən ayrılan yol Muxtarov sahəsindən keçib kəndə qədər uzanır. İkinci yol isə aeroporta gedən yolla birləşir.

Davamı →

"Azərbaycan" adının etimologiyası

Bir neçə ay əvvəl, «Gülüstan» sarayında ABUC-un «Qızıl qılınc» mükafatının təqdimat mərasimi keçirilirdi. Təqdimatdan sonra görkəmli alim, professor Firidun Ağası oğlu Cəlilovla maraqlı söhbətimiz alındı. Müxtəlif mövzuların üzərindən hərlənib Azərbaycan sözünün üzərində qaldıq. Mən sevgili ölkəmizin adı ilə bağlı irəli sürülən iddialara kəskin etirazımı bildirdim. Azərbaycan adının guya ki, Makedoniyalı İskəndərin bu ərazilər üzrə satrapı olmuş Atropatena adından qaynaqlanmasını heç cür qəbul etmədiyimi bildirdikdə bəy mənimlə razılaşdı və bəzi tarixçilərin bu iddiasını tamamilə əsassız hesab etdi. Sovet tarixçilərinin fərziyyələrinə görə eramızdan əvvəl IV əsrdə Makedoniyalı İskəndər işğal etdiyi əraziləri satraplıqlara bölmüş, idarə olunması üçün öz adamlarını qoymuşdu.
Davamı →

Azərbaycan Demokratik Cümhuriyyəti dövründə məhkəmələr

1918-ci ilin 28 mayında Azərbaycan Milli Şurası İstiqlal bəyannaməsi ilə müstəqil Azərbaycan Demokratik Respublikasının yarandığını elan etdi. Elə həmin gün F.X.Xoyskinin rəhbərliyi ilə Nazirlər Soveti yaradıldı və 9 nəfərdən ibarət Azərbaycan Milli Hükuməti təşkil olundu. Hökumətin tərkibində digər nazirliklərlə yanaşı, Azərbaycan Demokratik Cümhuriyyətinin Ədliyyə Nazirliyi də yaradıldı və Xəlilbəy Hacıbaba oğlu Xasməmmədov ilk ədliyyə naziri oldu.
Davamı →

Naxçıvan

Naxçıvan 4500-5000 illik tarixi ilə şərq sivilizasiyasının beşiyi, şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzlərindən biridir. Tarixi mənbələrə görə XVIII əsrdə Naxçıvanda əsasən dəriçilik, papaqçılıq, çəkməçilik, dəmirçilik, miskərlik, toxuculuq, ipəkçilik və sair peşə və sənətkarlıq sahələri mövcud olmuş və inkişaf etmişdir. XIX əsrdə Naxçıvan və Ordubad şəhərləri diyarın ticarət və sənətkarlıq mərkəzləri olmuş, burada iqtisadiyyatın əsas sahələrini pambıqçılıq və ipəkçilik təşkil etmişdir. Istehsal olunan pambıq və bez parçalar Nijni-Novqoroda, Tiflisə, Moskvaya, Türkiyəyə, mədəni üsullarla işlənilən ipək parçalar isə Təbrizə ixrac edilmişdir.

Davamı →

Sualtı şəhərin sirri

Tarix kitablarından oxuyuruq ki, 1192-ci ildə baş verən zəlzələ nəticəsində Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı dağılır. Şirvanşahlar Bakını özləri üçün yeni paytaxt seçirlər və 1420-ci ildən başlayaraq orada yeni iqamətgah — indiki Şirvanşahlar sarayını inşa edirlər. Bu zaman ortaya belə bir sual çıxır: bəs arada qalan 200 illik bir zamanda Şirvanşahların iqamətgahı hara olub?
Bu sualın cavabı Bakı buxtasında Xəzər dənizinin suları altındadır. Əhali arasında dolaşan əfsanə və rəvayətlərdə vaxtilə Bakıya lap yaxın olan, sonradan isə Xəzərin suları altında qalan şəhərdən danışılır. 
Tarixi mənbələrdə də Bakı yaxınlığında dənizdə qala, şəhər barədə söhbət açılır. Məsələn, Arif Ərdəbili 1369-cu ildə yazdığı «Fərhadnamə» dastanında Bakıda gördüklərini belə qələmə alır:

Davamı →

Naftalan

Bakıdan 338 km qərbdə, Gəncədən cənubda, Goran stansiyasından 18 km aralıda, dağətəyi düzənlikdə yerləşir. Mülayim iqlimə malik ərazi şam ağaclarından ibarət meşə ilə əhatələndiyindən, buranın havası çox təmizdir. Söhbət cəmi 8 min əhalisi olan Naftalandan gedir. 1926-cı ildə xüsusi kurort zonası elan edilən Naftalanda ilk müalicəxana 1928-ci ildə yaradılıb. 1957-ci ilədək mövsümi işləsə də, 1957-ci ildən etibarən kurort ilboyu fəaliyyət göstərməyə başlayıb. 1982-ci ildə isə «Naftalan Sanatoriya Birliyi» yaradılıb. 2005-ci ildə Naftalan kurortunda ilk özəl sanatoriya olan «Naftalan» açıldı. Hazırda kurortda sümük-əzələ, periferik sinir, periferik damar xəstəlikləri, dəri xəstəlikləri, ginekoloji və s. xəstəliklər müvəffəqiyyətlə müalicə olunur.

Davamı →

Zərdab

Zərdab rayon kimi 1935-ci ildə yaradılıb, Kür çayı sahilində, Şirvan düzündə yerləşir. Səthi düzənlik olan rayon ərazisinin çox hissəsi okean səviyyəsindən aşaıdadır. Burada neft-qaz yataqları aşkar edilib. Qışı mülayim, yayı quraq və quru çöl iqlimi xarakterikdir. Insanı haldan salan isti havası ilə yadda qalan Zərdabda yay aylarında temperatur müsbət 45 dərəcəyə qədər yüksəlir. Yarımsəhrada bitkilər geniş yayilıb. Kur çayı boyunca 1000 ha sahədə Tuqay meşələri uzanıb gedir. Zərdab həm də Həsən Bəy Zərdabinin vətənidir.

Davamı →

Ramil Səfərova misal olaraq yazılmış məktub

Artıq 17 ildir ki, sənin isti köksünə həsrət qalmışam. Neçə ildir ki, sənin məndən, mənim səndən xəbərim yoxdur. Oralarda hər kəs meni geri qaytarmaqdan, məni nə qədər sevdiklərindən danışırlar, amma heç kim mənim səndən ayrı qaldığım andan nələr çəkdiyimi, mənim sinəmə nə qədər dağ çəkildiyini bilə bilməz. Hətta, qondarma ermənistan respublikasını dəstəkləyən-vəhşiliyin, özbaşınalığın, murdarlığın, cəlladların tərəfdarı olan dövlətlər də. Bir zamanlar at oynadan Koroğlular, Cavanşirlərin yurdu bu gün ermenilər tərəfindən narkotik tranzit zonaya çevrilib.

Davamı →
Top