sağlam həyat tərzi kateqoriyası üzrə məqalələr

Su

suSu orqanizmə çox lazımdır. Toksinlərin ifraz olunması, qida elementlərinin hüceyrələrə daşınması, təzyiqin tənzimlənməsi, temperaturun nəzarətdə saxlanması, oynaqların və orqanların qorunması, qulaq, burun və boğaz üçün lazım olan nəmli mühitin təmin edilməsi və s. kimi bir çox fəaliyyətlər üçün orqanizmin suya böyük ehtiyacı var. Hər kəs çəkisinə, yaşadığı mühitə, fiziki fəaliyyətinə, tərləmə səviyyəsinə görə suya ehtiyac duyur. 

Susuzluğu aradan qaldırmaq üçün ən yaxşı vasitə yenə su özüdür. Çünki meyvə sularını və qazlı içkiləri çox içdikdə çəkinin artmasına səbəb olur. Bədən daha çox enerji sərf etdikdə suya ehtiyac hiss edir. 

Digər tərəfdən, çox su içmək də zərərlidir. Məsələn, ifrat dərəcədə su içdikdə bədəndə elektrolit itkisi meydana gəlir. Bu isə hüceyrədaxili və hüceyrəxarici mayelərin tarazlığını pozaraq sağlamlıq üçün ciddi təhlükə törədir. Əgər çox ağır fiziki fəaliyyətdəsinizsə, mühitin temperaturu və nəmliyi normadan artıqdırsa, daha çox su itkisi yaşamamaq üçün əlavə olaraq mineral tərkibli mayelərə üstünlük verə bilərsiniz. Yemək zamanı çox su içmək isə həm mədədə turşuluğun azalmasına, həm də həzm probleminin yaranmasına səbəb olur. 

Çox susama bəzən bəzi xəstəliklərin əlaməti kimi də ortaya çıxa bilər. Bunların arasında diabet və yoğun bağırsaq problemi əsas yer tutur. Bu vəziyyətdə mütləq həkimlə məsləhətləşmək lazımdır. 

Ürək xəstəliyi, yüksək təzyiq xəstəliyi və şiş problemi olanlar da su miqdarını azaltmalıdırlar. 

Davamı →

Sağlamlıq üçün | 12 məsləhət

1.  Uzun müddət qulaqcıq taxmayın.

2. Telefona sol qulağınızla cavab verin.

3.  Gündə iki dəfə qəhvə içməyin.

4.  Soyuq su ilə dərman atmayın.

5. Axşam saat 7-dən sonra yemək yeməyin.

6.  Yağlı yeməklərdən az istifadə edin.

7.  Səhər daha çox, axşam isə daha az su için.

8.  İdman edin, avtomobillə gedəcəyiniz yerə piyada gedin.

9.  Xərçəng və Alsheymer xəstəliklərinə qarşı antioksidanlarla zəngin olan qidaları süfrənizdən əskik etməyin.

10. Şəkər, duzdan az yararlanın, qatı marqarin yağından mümkün qədər uzaq olun.

11. Hər yaşda mütləq süd için. Çünki orqanizm kalsium və fosfor kimi minerallarla ehtiyacını 1 stəkan süd ödəyir.

12. Xolesterol səviyyəsini həmişə nəzarətdə saxlayın. Məlum olmuşdur ki, xolesterol səviyyəsi yüksək olan insanların həyatı təhlükə altında ola bilər. 

Davamı →

Uşaq nə qədər yatmalıdır?

Bu sual bütün anaları çox maraqlandırır və narahat edir. Böyüklərdəki kimi, bu uşağın fiziki və psixoloji durumundan, temperamentindən, uşağın rejimindən və s.asılıdır.

Bu çox fərdi bir göstəricidir. Aşağıda müxtəlif yaşlarda olan uşaqların orta yuxu vaxtını sizə təqdim edirik.

Əgər uşaq bu normalardan az yatırsa, lakin buna baxmayaraq sağlam və gün ərzində fəal və gümrahdırsa, narahat olmağa dəyməz. Əlbəttdə ki, bu zaman normadan kənara çıxma çox da böyük olmamalıdır.
Davamı →

Qidalanma haqqında qeydlər

Mətbuatda tez-tez müxtəlif ixtisas sahiblərinin necə və nə ilə qidalanmaq barədə verdikləri məsləhətlər dərc olunur. Sadəlövh adamlar, bunlara inanır, tətbiq etməyə başlayırlar, bəzən isə bu sadəlövhlüyün nəticəsi pozulmuş səhhət olur. Belə məqalələri həkimlər də yazırlar, amma onlar da adətən, qidalanma sahəsində mütəxəssis olmurlar. Belə əsassız məsləhətlərə dair izahat verməyi zəruri hesab edirik:
Stress və qidalanma. 1936-cı ildə Selye tərəfindən irəli sürülmüş «Stress» termini elmi cəmiyyət tərəfindən tamamilə və bir səslə ifşa olunmuşdu. Eləcə də bu termin gülüş hədəfinə çevrilmişdi. Selyeni bu mənasız və fırıldaq ideyadan əl çəkməyi dəfələrlə dilə tutmuşdular. İndi isə bu XX əsrin ən gözəl kəşflərindən biri hesab olunur.

Davamı →

Gözlərimizi kompüter və televizordan necə qoruyaq?

İnsan həyatı üçün önəmli orqanlardan biri olan göz eyni zamanda bir çox funksiyanı yerinə yetirir. Ətraf mühitdə olan informasiyanın 90 faizini göz vasitəsilə alan insanlar üçün bu, dünyaya açılan bir pəncərədir. Belə bir önəmli orqanı qorumaq, ətraf təsirlərdən mühafizə etmək isə hər bir insanın özü üçün mühüm şərtdir.   


Kompüterdən istifadə edərkən göz qırpma sayı azalır

İnsanlar gözlə bağlı müxtəlif ağrılardan şikayətlənirlər. Bunlar əsasən göz yorğunluğu, gözlərdə və göz ətraflarında ağrı, gözlərdə yanma, nəyinsə gözə batması, quruluq hissi, qaşınma, qızartı, sulanma, bulanıq görmə, fokuslama çətinliyi, gözləri qıyaraq baxma, işığa qarşı həssaslıq, göz qapaqlarında iltihab, baş ağrısı və s. kimi amillərdir.Bu gün xarici ölkələrin bir qismində hər üç uşaqdan birində uzağı və ya yaxını görmə probleminə rast gəlinir. Gözlərdə yaranan problemləri isə insanlar müxtəlif amillərlə əlaqələndirirlər. Bunlardan biri kimi son zamanlar istifadəsi sürətlə artan kompüterlər göstərilir. Bəs görəsən, gözdəki ağrılar hansı amillərdən irəli gəlir? Ümumiyyətlə, kompüter ekranlarının göz sağlamlığına mənfi təsiri ilə bağlı müxtəlif fikirlər söylənir.
Davamı →

AİDS Nədir? Necə yoluxur?

Dünyada AİDS-lə bağlı təbliğat işlərinin hər gün daha da artmasına baxmayaraq, ölənlərin sayında da eyni temp müşahidə edilir. Əsasən cinsi əlaqə ilə yoluxduğu üçün AİDS-dən qorxmayıb. Amma tədbiri də əldən verməyin.

AİDS yoluxucudur. Yoluxmasına HIV (Human Immunodeficiency Virus — İnsan İmmunçatışmazlıq Virusu) adlı virus səbəb olur.
Davamı →

Pəhrizsiz arıqlamağın yolları

Bəzi insanlar üçün pəhriz saxlamaq çətin olur. Amma artıq bunun da çarəsi var. Buyurun pəhrizsiz arıqlamanın yolları ilə tanış olun.
— Əvvəlcədən özünüzə çox sevdiyiniz, amma sizə balaca olan bir paltar alın. Bu arıqlama istəyinizi artıracaq.
— Alış-verişə balaca çantalarla gedin. Əsasən təbii qidalar almağa çalışın.
— Aşağı kalorili qidalara üstünlük verin.
— Əti, yağı, pendiri tərəvəzlərlə əvəz edin.
— Mağazaya heç vaxt ac halda getməyin.
— Qəbul etdiyiniz qidaların yağ miqdarını azaldın. Salatlara və yeməklərə yağlı sous, ketçup, mayonez əlavə etmək yerinə quru meyvə, limon şirəsi əlavə edin.
— Az-az, amma tez-tez yeyin.
— Şirniyyatları quru meyvələrlə əvəz edin.
- Mətbəxdə uzun müddət qalmayın.
— Ac qalaraq bir dəfəyə çox yeməkdən çəkinin.
— Yemək zamanı bol-bol göyərti, salatlardan istifadə edin.
— Qaranlıqda, televizorun qarşısında yemək yeməyin.
— “Fast-food ”dan istifadəni azaldın. Istifadə etdiyinizdə isə mütləq göyərti, canlı qidalar əlavə edin.
Davamı →

Sağlamlığınızı qoruyun

Allahın yaratdığı canlılar içərisində öz taleyinə ən çox təsir göstərə biləcək varlıq insandır. Ən böyük ağac belə ətraf mühitin təsirindən (günəşdən, küləkdən, yağışdan)  və ya bir uşağın onun budaqlarını qırmasından özünü qoruya bilmir. 

Hərəkət etmək qabiliyyəti olan heyvanlar da nə qədər fiziki baxımdan güclü, davamlı olsalar da, insanlarla müqayisədə çox aciz görsənirlər. Böyük Yaradan yaratdıqları içərisində ən böyük dəyər verdiyi insana həm də ən böyük seçim imkanı vermişdir. Bu mənada insanın fiziki və mənəvi durumu tam olmasa da, müəyyən mənada onun özündən asılıdır. Həkim olduğum üçün bu böyük mövzunun ancaq sağlamlıqla bağlı hissəsi haqqında fikrimi bölüşmək istədim.  Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, cəmiyyətdə insanların sağlamlığında səhiyyənin rolu gözləndiyindən çox az, cəmi 10 % -ə bərabərdir. İnkişaf etmiş səhiyyə insanlara bundan artığını verə bilmir. İnsanlar isə onlara təklif olunan bu cüzi imkandan belə tam istifadə etmirlər. Xəstələrin həkimlərə vaxtında deyil, xəstəlik ağırlaşdıqdan sonra müraciət etmələri və bu zaman da xəstəliyin çətin müalicəyə tabe olduğu hamıya məlumdur. Dahi Nizami Gəncəvi hələ 850 il bundan qabaq yazırdı:    

Davamı →

Südün faydası

Südü mətbəxdə bir çox məqsədlə istifadə edə bilərik. Tək baŞına içilə bilər, qəhvəyə, Şirniyatlara əlavə oluna bilər. YaxŞı sütü mətbəx xaricində baŞqa hansı məqsədə istifadə edə bilərik heç düŞündünüzmü?

GünəŞ yanığına yaxŞı gəlir
Yazın ən böyük problemlərindən biri günəŞ yanıqlarıyla yaxa qurtarmaqdır. Tətildəikən yanıqlardan tez xilas olmaq istiyirsiniz süt tozu, maye süt, çox az duz və su qarıŞığını günəŞdən zərər görən bölgələrinizə sürtün.
Südün yumŞaltma xüsusiyyəti dəriniz üçün həqiqətən faydalıdır. Yarım stəkan süt tozuyla suyu qarıŞdırın. Ardından maska kimi üzünüzə sürtün və 30 dəqiqə üzünüzdə gözlədin. Yuduqdan sonra dərinizin nə qədər yumŞaldığını görəcəksiniz.
Davamı →

Uşaq otağı

usaq otagıOtağın sadə, səliqəli və rahat olması əhvali-ruhiyyəyə, insanın psixoloji vəziyyətinə öz təsirini göstərir. Bu mənada valideynlər böyüdüb boya-başa çatdıracaqları körpələri üçün gözəl oyuncaqlarla yanaşı, rahat otaqlar da arzulayırlar.

Dünyaya yeni gəlmiş körpəsi üçün otaq hazırlamaq və bu otağı yeni əşya və ya mebellə bəzəmək hər bir valideynin arzusudur. Bəzən isə valideynlər otağın gözəl görünməsi üçün o otağı lazım olandan çox “bəzəyirlər”. Əslində isə körpə otağını lazımsız əşyalarla və ya mebellərlə bəzəmək düzgün deyil. Çünki bu, ən azı körpəyə yorucu təsir bağışlayır.

İlk növbədə, otağın təhlükəsiz və rahat olmasını düşünməlisiniz. Yaxşı olar ki, döşəmə taxtadan deyil, parketdən olsun, çünki taxta tez çirklənir və çətin təmizlənir. Döşəməyə xalça sərilməsi də uşaqlar üçün uyğun deyil. Çünki xalça toz və mikroorqanizmləri özünə çəkir ki, bu da müxtəlif mikrobik və allergik problemlərə yol açır. Ən idealı yuyulması və silinməsi asan olan döşəmə növlərindən istifadə etməkdir.

Davamı →
Top