Dünyanın bir çox ölkəsində qeyri-hökumət təşkilatları və dövlət qurumları bu xəstəliyə qarşı geniş kütlələri maarifləndirməyə çalışırlar. Çünki çağımızın ən qorxulu, ən gizli inkişaf edən və zərərsiz görünməsinə baxmayaraq ən təhlükəli xəstəliyi piylənmə sayılır. Piylənmə ya da xalq arasında köklük adıyla bilinən, bədəndə çox miqdarda piy yığılması nəticəsində ortaya çıxan və mütləq müalicə edilməsi lazım olan bir xəstəlikdir. Piylənmə, qidalarla alınan enerji miqdarının, maddələr mübadiləsi və fiziki fəaliyyət ilə istehlak edilən enerji miqdarını üstələdiyi zaman ortaya çıxar. Piylənmə, insan bədənində ürək və damar sistemi, tənəffüs sistemi, hormonal sistem, həzm sistemi kimi sistemlərə təsir edən və bir çox əhəmiyyətli narahatlığa zəmin hazırlayan bir xəstəlikdir. Ürək xəstəlikləri, yüksək təzyiq, şəkər xəstəliyi, yüksək xolesterin, tənəffüs narahatlıqları, oynaq xəstəlikləri, nevrozlar, sonsuzluq, iqtidarsızlıq, böyrək və öd kisəsində daş meydana gəlməsi, bəzi xərçəng növləri piylənmə nəticəsində yaranan xəstəliklərdən bir neçəsidir. Nəticə olaraq piylənmə, insan həyatını qısaldan və həyat keyfiyyətinə mənfi təsir edən bir xəstəlik sayıla bilər.
Yuxu insanın ən əhəmiyyətli ehtiyaclarından biridir. Sağlam olmaq üçün təkcə yediyimiz yeməyin keyfiyyəti, işlərimizin normal qaydada getməsi, yüksək əhvali- ruhiyyə və s. kifayət etmir. Normal, şirin, dərin yuxu sağlam yaşamaq üçün önəmli rol oynayır.
Yatarkən sizi sıxmayan, narahat etməyən geyimləri seçin. Çoxlu çay içmək də yuxunun “qaçmasına” səbəb olur.
Yatmazdan əvvəl 15-20 dəqiqə təmiz havada gəzin, dərindən nəfəs alın, ağır məşqlər etməyin, detektiv filmlərə baxmayın. Şam edərkən yüngül yeməklərə üstünlük verin. Yatmamışdan ən azı 3 saat əvvəl süfrədən qalxmağa çalışın. Yataq otağını çox isti etməyin. Yatmazdan əvvəl ilıq duş qəbul edin. Otaq səssiz, təmiz və havalandırılmış olmalıdır.
Şaftalı
Şaftalı xoş ətirli və şirəli meyvəsilə demək olar ki, bütün meyvələrdən fərqlənir. Meyvəsində 10 – 12 %-ə qədər şəkər, 0,8 % üzvi turşular, pektin, karotin, C və B vitaminləri, mineral maddələrdən: kalium, natrium və dəmir duzları var. Toxumlarının tərkibində isə 50 – 60 % əla keyfiyyətli piyli yağ və panqam turşusu olur. Elmi təbabətdə şaftalı toxumlarından
alınan piyli yağdan bir sıra məqsədlər üçün geniş istifadə olunur. Məsələn, bu yağdan emulsiya hazırlayıb körpə uşaqlarda tez-tez baş verən qarın ağrılarında zərif işlətmə dərmanı kimi
Ən çox keyfiyyətli bal çiçək balıdır.
Ən çox olan bal növü şam balı, şabalıd çiçəyi balı. Bal içində bakteriya saxlamaz, eyni zamanda bakteriya öldürücü təsiri vardır. Sümük və diş inkişafı üçün bal faydalıdır. İçərisində inkişafa qatqı təmin edən A, B, C vitaminləri və əhəmiyyətli minerallar var.Bal mədəyə qüvvət verər. Həzmi lazım olmadığı üçün qana asanca keçər.
Siqaret çəkən insanlarda həzm prosesinin pozulması, mədə yarası, xroniki bronxit, arterioskleroz, yəni damar divarlarının sərtləşməsi, qol və ayaq damarlarında tıxanmaların əmələ gəlməsi, yaddaş zəifliyi və bir çox xəstəliklər müşahidə olunur. Bundan başqa, ağciyər və qırtlaq xərçənginin də əmələ gəlməsinin 90%-nə səbəb siqaretdir. Əgər bir adamın damarına 2 mq nikotin vurularsa, bu zaman ürəyin ritmi pozular və bir dəqiqə ərzində əvvəlkindən azı 15-20 dəfə daha çox döyünər. Həmin müddətdə ürəkdən damarlara vurulan qanın həcmi də xeyli artar. Belə olan halda siqaret çəkən adamın ürəyi yorğun hala düşür, insanın özü isə süst vəziyyətdə olur. Bu cür vəziyyət ifliclə də nəticələnə bilər.
Havaların dəyişkən keçməsi ilə əlaqədar daha çox yoluxduğumuz və “keçib gedər” deyə müalicəsindən imtina etdiyimiz qrip sonradan əksər xəstəliklərin “səbəbkarına” çevrilir. Son vaxtlar isə uzunmüddətli öskürəklə müşayiət olunan qriplər daha çox yayılıb. Qripi əlamətlərinə görə bənzər xəstəliklərdən ayırd etdikdən sonra müalicəsinə başlamaq lazımdır. Özünü tədricən göstərən halsızlıq, asqırıq, burun tutulması, boğaz ağrısı, bəlğəmli, ya da fasiləli öskürək soyuqdəymənin əlamətləridir və tez keçib gedir. Qripin əlamətləri isə birdən ortaya çıxır və 3-6 saat ərzində üşümə, halsızlıq, yorğunluq və hərarətin yüksəlməsi ilə müşayiət olunur.
Qrip virusuna yoluxan adam 3 gün ərzində xəstələnir və öskürərkən havaya milyonlarla virus yayılır. Sağlam orqanizmə hava vasitəsilə virus daxil olur və əgər bədənin immuniteti azdırsa, 1-4 gün ərzində xəstə olur. İctimai yerlərdə qripə yoluxma halları daha çox baş verir. Çünki virus xarici mühitdə 2-8 saat qala bilir.
İşləriniz, gündəlik problemləriniz üçün bütün günü ora-bura qaçır, nə isə etməyə çalışırsınız. Şübhəsiz ki, bu vaxt sağlamlığınızı unudursunuz. Elə isə son dəfə nə vaxt ürəyinizi müayinə etdirmisiniz? Və ya son dəfə nə vaxt təmiz havada gəzmisiniz? Sözsüz ki, ürəyinizin yorulmasının qarşısını almaq üçün bəzi qaydalara riayət etməlisiniz. Elə isə bu qaydalardan bəziləri ilə tanış olaq: |
-Rejimlə qidalanmağa çalışın. |
Hər fəslin, belə demək olarsa, öz geyimi var. Paltar seçərkən çalışmaq lazımdır kı, həm fəslə uyğun olsun,həm də insan sağlamlığına ziyan vurmasın. Yəni paltarın hansı materialdan tikilməsinə, rənginə, biçiminə diqqət yetirmək çox önəmlidir. Çünki allergiyaya səbəb olan, təri çəkməyən sintetik parça və geyimlər müxtəlif cür xəstəliklərə səbəb olur. Buna görə də paltar seçimində təbii materiallara daha çox üstünlük vermək lazımdır.
Sintetik tərkibli geyimlər tərləmənin qarşısını aldığı üçün bədən temperaturunun yüksəlməsinə səbəb olur. Ona görə də bu tip geyimlərdən yalnız soyuq havalarda və qış fəslində istifadə etmək məqsədəuyğundur. Belə geyimlərdən düzgün istifadə etməyəndə sızanaq, göbələk və digər yoluxucu xəstəliklər meydana gəlir. Təbii materiallardan hazırlanmış paltarlar isə bədənin nəfəs almasını təmin edir, xəstəlik törətmir, dərini aşındırmır.
Tamamilə sintetik məhsullardan ibarət olan paltarlardan uzaq durun.
İndi nə qədər istəsən kosmetik məhsullar var, özü də çeşid-çeşid: gecə, gündüz kremləri, ətirlər, pudralar, pomadalar, tuşlar, saç boyaları, gellər, nələr, nələr… Çox vaxt “təki gözəl görünüm” deyə bu məhsullardan sağlamlığımıza zərbə vuraraq, necə gəldi, düşünmədən istifadə edirik. Bəs bu “gözəllik iksirləri” orqanizmdə hansı fəsadlara yol açır?
— Başlıcası bədəndən atılası zəhərli maddələrin qaraciyərdə, böyrəkdə, yağ təbəqəsində yığılmasına səbəb olur, xərçəng, astma, allergiya, ürək-damar kimi xəstəliklər törədir. Zəhərli maddələr orqanizmə pomada, cürbəcür krem, pudra və s. vasitəsilə daxil olur.Dəri bədənin həssas orqanlarındandır. Ağız yolu ilə qəbul edilən maddələrin, bəlkə də, bir qismi xaric ola bilir, lakin dəri vasitəsilə alınanlar birbaşa qana keçir.
Bugünkü reallıq ondan ibarətdir ki, şampunlardan, dezodorant və antiperspirantlardan daha çox istifadə etmək məcburiyyətindəyik. Bu məhsullardakı zərərli kimyəvi maddələr tər vəzilərilə qana keçir.Yaxşı olar ki, qidalar qədər əhəmiyyətli hesab edilən kosmetik məhsulların təbiisindən, yəni saç boyası əvəzinə, xınadan, gözləri gözəl göstərən, həm də müalicəvi təsirə malik olan sürmədən, xoş qoxuya, rəngə görə bitkilərdən əldə edilmiş məhsullardan istifadə edəsiniz.