Akademizm XVII-XIX əsrlərdə Avropa rəngkarlığında mövcud olan cərəyandır. Fransada akademiya yarandıqdan sonra, akademistlərin yaradıcılığını əhatələyir, həmçinin incəsənət təhsilinin sistemləşdirilməsinə xidmət edir, akademik təhsilin inkişafı üçün böyük önəm kəsb edirdi.
Parisin «Bel Vyu» adlı miniatür teatrı 1905-ci ildə Tiflis şəhərinə bir həftəlik qastrol səfərinə gəlir. Səfərdən bir neçə gün öncə şəhərin görkəmli yerlərində «Yenilik! Bel Vyu öz ecazkar aktrisası Marqarita de Sevr ilə qonağımızdır!» məzmunlu afişalar yapışdırılır. Afişaların üstünü şanson müğənnisi, ecazkar rəqqasə Marqaritanın şəkli bəzəyir.
Pol Qogenin, «nəcib vəhşi»yə çevrilmiş Paris birja dəllalının, Taiti və Sakit okeanın cənubuna etdiyi iki səfərdən (1891-93 və 1895-1903) yaranan şəkillər, heykəllər və digər əsərlərdən ibarət, bu zamana qədər keçirilmiş ən geniş sərgi Parisdə Qrand Palasda ziyarət sayına görə rekord qırdıqdan sonra, 29 fevralda Bostonda Təsviri İncəsənət Muzeyinə gəlir.
Bunu «Kalo müəmması», ya da «Van Qoq tələsi» adlandırın: bu, incəsənət tarixində köhnə riskdir. Nə zaman rəssamlar həyatlarındakı psixoloji sıxıntıların ifadəsi kimi öz işlərində yüksək səviyyədə fərdiləşdirilmiş estetika və ya mövzular yaradırlar, biz sənətsevərlər bu işlərin arxasındakı mənaların yeganə cavabı kimi onlardan həvəslə yapışırıq.
İncəsənətdə modernizm 100 yaşındadır, çünki Pablo Pikassonun «Avinyon qızları» adlı rəsm əsərinin artıq 100 yaşı var. 1907-ci ildə Titanik hələ batmamışdı, kino Bur müharibəsinin titrəyən kinoxronikasından ibarət idi, «Antarktikalı» Skott hələ həyatda idi və Rayt qardaşları aktiv uçuş ixtiralarını təbliğ etmək üçün Avropaya səfər etmişdilər.
Maqritin sürrealist təsvirləri klassik boyakarlıqla birləşdirən alma və qəlyanları bütün dünyada buzdolabı maqnitlərində görünməkdədir. Ancaq bütün bunların əsasında nə isə tükürpərdici və ekzistensial narahatlıq doğuran bir şey var.
Flamand rəssamı Rubensi müasirləri “rəssamların kralı və kralların rəssamı” adlandırırdılar. Antverpenin ən gözəl guşələrindən birində rəssamın öz layihəsi əsasında inşa olunmuş evi və emalatxanası — “Rubens-hyuz” bizim günlərə gəlib çatıb. Bu evdən təqribən üç min tablo və çoxlu sayda gözəl rəsm əsəri çıxıb.
1888-ci ilin fevral ayında çətinliklərlə dolu bir yolu geridə qoyduqdan və öz məqsədini tapdıqdan 10 il sonra, Vinsent van Qoq (30 mart 1853 — 29 iyun 1890) onu öz mənzərəsi ilə heyran edən Fransanın cənubundakı Arl qəsəbəsinə köçdü.
İspaniyanın Saraqosa şəhəri yaxınlığındakı kənddə mehrablara zər vuran yoxsul kişinin oğlu balaca Fransisko bir dəfə yaşadığı evin divarına donuz şəkli çəkir. Yoldan keçən bir nəfər bu uşaq rəsmində həqiqi istedad sezir və Fransiskoya oxumağı tövsiyə edir. Qoyya haqqında bu əfsanə İntibah dövrünün başqa fırça ustaları, xüsusən, bioqrafiyaları şübhə doğuran sənətkarlar barədə danışılanlara çox bənzəyir.