axtarırdı.Xeyli yol getmiş almaz tapmaq ümidi ilə minlərlə daş yığmışdılar.Ancaq yenə də zəhmətləri bəhrə verməmişdi.Onlardan biri RAFAEL SOLANO qurumuş çayın yatağındakı qayanın üstündə oturaraq yoldaşlarını yanına çağırdı:«mən artıq bu işdə yoxam»-dedi -«irəli getməyin də bir mənası yoxdur.Bu daşa baxın bu bəlkə də tapdığımız 999 min 999-cu daşdır.Ancaq arasında bir dənə də almaz yoxdur.Bir daş da tapsam milyonuncu olacaq.Ancaq nə fayda?mən artıq gedirəm».İki yoldaşdan biri istehza ilə: «heç olmasa o milyonuncu daşı da tap sonra get»-dedi.Solano zarafata zarafatla cavab verərək «olsun»-dedi və yorgun gözlərini yumaraq əlini yaxınlığdakı daş yığınına uzatdı.Yumurta böyüklüyündə bir daşı götürərək :«Budur dostlar»-dedi-«bu da milyonuncu daş.Məndən bu qədər.....»Ancaq tapdığı daş çox ağır idi.Arxayın olmaq üçün daşı bir neçə dəfə yoxladı: «Bu adi daş deyil.bu doğurdan da almazdır!»-dedi.Çox keçməmiş nyu-yorklu bir zərgər RAFAEL SOLANOya tapdığı bu milyonuncu daş üçün yüz minlərlə dollar verdi.Sonralar isə bu daşa «xilaskar» adı veriləcək və o dünyada tapılan ən saf və ən böyük almazlardan biri kimi məhşurlaşacaqdı...............P.S.HƏYATIMIZDA DA BELƏDİR.BƏLKƏ SONUNCU ŞANS BİZƏ DAHA YAXIN OLANDIR.UZAQDA AXTARDIĞIMIZ XOŞBƏXTLİK BİZİM LAAP YAXINLIĞIMIZDADIR.BİZİM ÜÇÜN ƏN DƏYƏRLİ «ALMAZ»IMIZ SEVDİKLƏRİMİZDİR VƏ İÇİMİZDƏ BÖYÜTDÜYÜMÜZ SEVGİ.......MİLYONUNCU BELƏ OLSA ÜMİD HEÇ VAXT ÖLMÜR...ÜMİD ÖLƏRSƏ SABAHDAN UZAQ QALAR İNSAN.......ƏSLA İÇİNİZDƏKİ SEVGİNİN ÜMİDİN ÖLMƏSİNƏ İMKAN VERMƏYİN........
“Yetimlə xoş davranmaq, ona qarşı haqsızlıq etməmək Allaha xoş gedər”, — deyiblər. Çünki hər kəs də öz səlahiyyəti altında olan yetim üçün Allah qarşısında hesab verməli olacaq. Cəmiyyət inkişaf etsə də, min il əvvəlki ağrılar bu gün də eyni ağırlığı ilə yaşanmaqdadır. İnsan üçün dəyişməyən duyğular var. Üstəlik, zamanından, məkanından asılı olmayaraq, bu duyğular dəyişmir. Məsələn, gözlədiyinə qovuşan bir insan istər-istəməz sevinir yaxınını itirən bir insan isə istər-istəməz üzülür.
İslam terminologiyasında “yetim” adı həddi-büluğa çatmadan atasını itirmiş uşağa şamil edilir. Yetimlik mövzusu dünən aktual olduğu kimi, bu gün də, aktualdır sabah da öz aktuallığını itirməyəcək. Doğrudur, dövrümüzdə dövlətlər öz yetimlərini himayə etmək öhdəliyini boyunlarına götürürlər, ancaq həmişə olduğu kimi, yenə də bu məsələ çox həssas və çox məsuliyyətlidir. Axı kim zəmanət verə bilər ki, qayğıya möhtac körpələr haqsızlıq görmürlər? Yetimə qarşı haqsızlıq İslamda şiddətlə yasaqlanmışdır. Yetim malının başqaları tərəfindən qəsb olunması çox ağır günah kimi dəyərləndirilir.
“Müəllimə dedim ki, bu parta arxasında oturmaqla nə qazanacağam? Gedib bazarda göy-göyərti satıb 5-10 manat qazanım, ailəmizi birtəhər dolandırım, axı 8 başıq, ailədə təkcə atam işləyir, istəyirəm ailəni saxlamaqda ona kömək eləyim“. Bu, 10-cu sinif şagirdinin dilindən qopan sözlərdir. “Gənclərimizdən biri də savadsız oldu“ deyə acığım tutsa da, bir yandan yazığım da gəldi, hətta ürəyimdə bəraət də qazandırdım ona: “Yazıqdır, atası 8 nəfərin yükünü çəkə bilmədiyi üçün bu da işləməlidir, başqa neyləsin axı? Məcburdur, o heç istəyər ki, yaşıdlarından geri qalsın? Gedib ondan-bundan pul dilənməkdənsə, halal zəhmətlə çörəkpulu qazanmaq istəyir. Amma bir tərəfdən də savadsız, elmdən bixəbər olmaq… Bax, bunu həzm eləmək olmur“. Acımamaq olmur belə yeniyetmələrin halına. Bir yandan da bu bahalıq bizi yaman imtahana çəkir, getdikcə bu “imtahan“ın sualları lap qəlizləşir bizim üçün, ha baş sındırırsan bir cavab tapasan, bir çıxış yolu çözəsən, olmur ki, olmur, gözünü bir nöqtəyə zilləməkdən başqa əlacın qalmır…
Harun Rəşid döyüşdə əsir aldığı düşmən Generala :Əli İbn Hüseyn (əs) cümə günündə Səkinə adlı kənizinə belə buyurdu:
— Hər bir sail qapıya gəlsə hökmən ona təam verin, çünki cümə günündə bu işin çox savabı vardır.
Mən o Həzrətə ərz etdim:
— Axı dilənçilərin hamısı təam verilməyə layiq deyillər.
Həzrət buyurdu:
— Ey sabid, qorxuram ki, onlardan bəziləri təama layiq olsunlar, biz isə onu əliboş qaytaraq. Nəticədə Yəqub və onun ailəsinə nazil olan bəlalar biz əhli-beytə də nazil olsun. Onlara təam verib qarınlarını doyurun.