Bir xəstəxananın cərrahiyyə şöbəsində orta yaşlı iki həkim işləyirdi. Yaşadıqları sənaye şəhəri olduğu üçün onlara müraciət edənlər daha çox yaralılar idi. Bir il sonra xəstəxanaya yeni bir həkim gəldi...
Yeni həkim öz işini yaxşı bilirdi. Üstəlik, heç şikayət də etmirdi, ona görə də köhnə həkimlər ən ağır işləri yeni həkimə verir və mümkün qədər yüngül xəstələrlə məşğul olmağa çalışırdılar. Bəzən bir barmağı və ya əli qopan, ya da ağır yanıqlarla xəstəxanaya çatdırılan xəstələrlə məşğul olmaq yeni həkimi əldən salırdı. Ancaq qəlbindəki insan sevgisi hər şeydən üstün idi. Aradan heç bir il keçməmiş hamı ona dua etməyə başdalı.
Yeni həkimi yaxından tanıyanlar bu yükə necə dözdüyünə heyrət edirdilər. Belə ağır bir rejimdə işləmək az qala intihar idi. Ancaq onları ən çox təəccübləndirən həkimin üzündən əskik olmayan təbəssüm idi. Ən ağır xəstələr belə bu təbəssümlə güc tapır və qısa bir vaxtda ayağa qalxırdılar. Yeni həkimə olan bu rəğbət həkimlərin də diqqətindən yayınmamışdı. Onlar üçün belə vəziyyətdə gülmək qeyri-mümkün idi. Hətta ayaq üstə dayanmağı belə möcüzə saymaq olardı...
Bir gün hər ikisi onun yanına getdilər və bu işin sirrini öyrənmək istədilər. Yeni həkim hər şeyi bir-bir danışdı. Əslində köhnə həkimlər haqlı idilər. Çünki o da gülməyi çoxdan unutmuşdu. Üstəlik, xəstəxanaya gəldiyi ilk gündən… Ancaq yenə də eyni gülərüzlülüyü ilə:
- Xəstələrin bu təbəssümə nə qədər ehtiyacı olduğunu yaxşı bilirdim. Buna görə də elə ilk gündən dodağımın kənarlarını plastik əməliyyat etdirdim, — dedi.
Mənbə: «Ailəm» jurnalı
Bir gənc var idi. Tündxasiyət olduğu üçün heç kimlə yola getmirdi. Atası oğlunun yersiz dava-dalaşlarından cana doymuşdu. Bir gün atası ona mismar dolu bir kisə verdi və “Hər dəfə biri ilə sözün tərs düşəndə bu taxta qapıya bir mismar vur”. – dedi. Gənc elə ilk gün qapıya 30 mismar vurdu. Ancaq get-gedə özünü ələ almağa başladı. Günlər keçdikcə mismarların da sayı azalırdı. Nəhayət bir gün o, qapıya bir dənə də olsun mismar vurmadı. Gedib bu xəbəri atasına çatdırdı. Atasın onu yenə qapının yanına gətirdi və: “Bu gündən dava-dalaşsız keçirdiyin hər gün üçün qapıdan bir mismar çıxar”, — dedi. Günlər keçdi və bir gün qapıda mismar qalmadı. Atası onu əvvəlcə təbrik etdi, sonra qapını göstərib nə vaxtdır demək istəyi bu sözləri dedi: “İndi bu qapıya diqqətlə bax. Gör üstündə nə qədər mismar izi var. Artıq istəsən də, o, əvvəlki kimi görünməyəcək. Birinə hirslənəndə, birinin xətrinə dəyəndə də belə olur. Ürəyində sağalmaz yaralar açılır. Nə qədər sağaltmağa çalışsan da, sağalmır ki, sağalmır.”
Mənbə: «Ailəm» jurnalı
Bu olay Rusiyada yaşanıb. Şəkildəki körpə sevinclə qaçıb anasna deyib ki, onun dodaq boyasıyla kağizda urək şəkili cəkib və sözü ağzında yarımçıq qalan körpəyə anası zərbələr vuraraq döyüb. Huşunu itirən körpə özünə xəstəxanada gəlib və korpədən uzr istəyən anaya övladının son sözu bu olub: «Ana mən ürəyi çəkdim ki deyəm seni sevirem...»
Heç vaxt uşaqlara əl qaldırmayın. Onlar o qədər müdafiəsiz olurlar ki bunu duyan ilan pələng canavar və s. yırtıcılar belə çox vaxt onlara toxunmurlar! bu bir faktdır..
.