Əsgərlikdən evlərinə qayıtmağa hazırlaşan oğul anasina zəng edir:
— Anacan, gələndə əsgər yoldaşımı da özümlə gətirəcəyəm.
— Nə olar, bala, gətir.
-Anacan, amma onun ayaği kəsilibdir, qəbul edərsinizmi?
-Bala, düz deyirsən gətirmə bizə əziyyət verər.
-Anacan, elə isə məni bağışla, mən ömrüm boyu sənə əziyyət verəcəyimi bilə-bilə yaşamağa haqqım yoxdur...!
İmam Baqir (əs) belə buyurdu, Tövratda belə yazılmışdı:
Musa ALLAHA belə ərz etdi:
— Pərvərdigara, mənə yaxınsan, səninlə ahəstə söhbət edim, yoxsa uzaqsan səninlə uca səslə danışım?
Xitab gəldi:
— Ey Musa, mən, məni yad edən hər kəsin həmsöhbətiyəm.
Musa ərz etdi:
Taksi bir qədər sürüşsə də,maşınla toqquşmadan dayandı.Bu vaxt maşının sürücüsü başını şüşədən çıxardı və həm qışqırmağa,həm də söyməyə başladı.Taksi sürücüsü isə sakit bir şəkildə gülümsədi və heç bir şey demədən yoluna davam etdi.Qadın taksi sürücüsünün bu hərəkətinə bir məna verə bilmədi.Ona görə də «Niyə belə hərəkət etdiniz?Adam az qala maşınınızı əzəcəkdi.Üstəlik,ikimizi də xəstəxanalıq edəcəkdi»,-deyə soruşdu.Nədənsə həmişə pis şeylər daha cazibədar olur. Yaxud da biz pis şeylərə qarşı çox “şorgöz” oluruq, diqqət edirik, arxasınca gedirik. Misal:
-Salam.
-Əleyküm.
-Necəsən?
Mədrəsələrin birində Ağıllı Suta ilə Tənbəl Balu adlı iki şagird var idi. Suta dərslərini əla bilir, boş vaxtlarında mədrəsənin ətrafını təmizləyirdi. Balu isə bütün günü yatır, dərslərini də oxumurdu. Bir gün Balu Sutaya deyir :
— Suta, iki üstəgəl bir neçə edir?
Suta cavab verir:
— Üç.
Balu gülüb deyir:
— Ehh, bu qədər dərs oxuyursan, yenə heç nə bilmirsən. İki üstəgəl bir beş edir.
Suta deyir:
— Yox, üç edir.
Balu deyir:
— Beş.
— Yox, üç.
— Yox! Beş.
Nə isə, bunların mübahisəsi uzanır, uzanır…


Hər yolun bir ədəbi vardır. Allahı sevmənin də ədəbi vardır. Dərviş, yalnız könlü geniş və ruhu səyyah bir sufi demək deyil ki!
Bağçada güllərin yanında Mövlana ilə söhbət edirdik. Mövlananı ziyarətə bir qrup filosof gəldi. Sualları olduğunu bildirdilər. Mövlana onlara məni göstərərək.
— Mənim suallarımı cavablayandan soruşun- deyə mənə həvalə etdi. Bundan sonra, gələn filosoflar üç sual soruşmaq istədiklərini bildirdilər.
— Sualların nə olduğunu soruşdum. Onlar içlərindən birini başçı seçdilər. Bütün sualları o verəcəkdi. Soruşmağa başladı:
— Allah var dediniz, amma görünməz, göstər də inanaq.