Düşündürücü hekayələr kateqoriyası üzrə məqalələr

Batini, yoxsa zahiri?

Vaxtilə biri fars, biri ərəb, biri türk, biri rumlu-dörd ortaq varmış. Əllərinə keçən pulla nə edəcəklərinə qərar verə bilməmişlər.
Fars:”Gəlin, 'engür' alaq” -demiş; Ərəbsə:«O da nə elə, istəməm; 'ineb' alaq»-demiş; Türksə tutdurmuş:"Üzüm də üzüm"-deyə; bu vaxt Rumlu qərarlıymış, «Heç birini istəməm 'ingabil' alaq»-demiş. Çox keçməmiş, ortaqlar davaya başlamışlar. Nəhayət dördünün də eyni şeyi istədiklərini anlamışlar.
 Amma bu səfər yeni bir mübahisə başlamış aralarında.Hər biri öz üzümünü bəyənərmiş. Biri qara, biri yaşıl, biri sarı, biri bənövşəyi üzüm salxımını seçmiş. Hamısı öz üzümünü tərifləməkdən bezməmiş.Mübahisə başlamış.
Nəysə ki, oradan könüllərə tərcüməçi bir Sufi keçirmiş. Dalaşdıqlarını eşidincə dörd satıcıdan bir salxım üzüm almış, bir qaba qoyub üzümləri əzmiş. Üzümün sununu çıxarıb qabığını atmış.Çünki əsas olan meyvənin özüymüş, rəngi deyil.
Davamı →

Kim daha uğursuzdur?

Hökmdar adamları ilə səhər tezdən ova çıxmışdı. Qarşıda hökmdar, arxada isə adamları gedirdilər. Bu vaxt qarşılarına yoxsul bir adam çıxdı. Hökmdar bu adamı görər-görməz atından yıxıldı. Qalxar-qalxmaz bu əmri verdi:

-          Dərhal bu adamın boynunu vurun.

Yoxsul adam hörmətlə diz çökdü və hökmdardan:

-          Ölümə layiq olmaq üçün nə etdim? – deyə soruşdu.

Hökmdarın cavabı isə qısa və konkret idi:

-          Çox güman ki, sən pis və uğursuz adamsan. Çünki səni görər-görməz atımdan yıxıldım. Bu qədər uğursuz adam ancaq ölümə layiqdir.

Yoxsul adam yenə hörmətlə hökmdara dedi:

-          Siz də mənim kimi səhər tezdən yola çıxdınız. Sizin gördüyünüz ilk adam mən idim, mənim gördüyüm ilk adam isə siz idiniz. Siz məni gördükdən sonra atınızdan yıxıldınız. Mən isə sizi gördükdən sonra öldürüləcəyəm. İndi siz deyin, kim daha uğursuzdur, siz, yoxsa mən?

Hökmdar adamın bu cəsur və ağıllı sözləri qarşısında qəhqəhə çəkdi və ona bir kisə qızıl verərək yola saldı.

Mənbə: «Ailəm» jurnalı

Davamı →

Qaçırılmış nişanlı qızın hekayəsi

Mən 22 yaşında cavan bir qız idim.Hər gün tezdən durub işə gedirdim.Və hər gün yolda bir yaraşıqlı oğlanla qarşılaşırdım.İçimdən həmişə'kaş bu oğlan mənim qismətim olaydı'deyərdim.Mən ona heyran idim,bir başqası isə mənə.Həmin oğlanla da hər gün qarşılaşırdım.Və bir gün o mənim qarşımı kəsib,məni sevdiyini söylədi.Bu oğlan mənim heç xoşuma gəlmirdi.Və mən onu heç düşünmədən rədd etdim.O isə buna baxmayaraq,məni həmişə sevəcəyini söylədi.Mən isə bəyəndiyim o oğlanı düşünürdüm.Bir gün isə o mənə yaxınlaşıb mənimlə tanış olmaq istədiyini söylədi.Mən inana bilmirdim,mənim üçün möcüzə baş vermişdi.O mənim qarşımda idi və mənə sevən gözlərlə baxırdı.çox keçmədi,ailələrimiz də razılıq verdi və biz nişanlandıq.Hər gün məni evin qarşısından götürürdü və biz birlikdə işə gedirdik.Bir gün yenə mən evin qarşısında onu gözləyirdim.Zəng vururdum,telefonuna zəng çatmırdı.Birdən bir qız mənə yaxınlaşdı və dedi:
Davamı →

O qəlbini sevdi...

Kevinin 22 yaşı təzəcə tamam olmuşdu, özündən əmin, çox ağıllı və bir cavan oğlan idi. 10 gündən sonra Koreyadakı müharibə zonasına yollanmaq üçün İngiltərədən ayrılacaqdı, heç bir şeydən qorxmurdu amma, ölkəsindən ayrılmaq çətin gəlirdi ona.
Ağır addımlarla böyük bir kitabxanın qapısından içəriyə girdi, bir kitab götürüb oturdu və səhifələməyə başladı. Həqiqətən də çox gözəl mövzuları özündə əks etdirən bir kitab idi, amma daha da maraqlı olanı isə kitabı daha əvvəl başqasının da oxumuş olması və bəzi yerlərə qeydlər götürmüş olması idi. Oxuyanın qeydlər götürdüyü hissələr Kevinə maraqlı gəldi, qeydləri oxuduqca sarsılırdı. Kim ola bilərdi bu? Dərhal kitabxanaçıya yaxınlaşdı və əvvəl kitabı oxuyan adamın kim olduğunu soruşdu
Davamı →

Mötəşəm hekayə

Bir zamanlar bir qız bir oğlanı sevir. İllər keçir qız bu oğlanla ailə qurur. Bir gün bədbəxt hadisə nəticəsində qız dünyasını dəyişir.
Qız o biri dünyaya gəlib düşür, burada o böyük bir gölə rast gəlir. 
Gölün yanından keçəndə orda nurani bir qocanı görür ona yaxınlaşır. Bu gölün adının nə olduğunu qocadan soruşur, qocasa cavabında bilmədiyini deyir. Qız düşür yola başlayır gəzməyə. 
İllər keçir qızın həmin gölün yanından yolu bir daha düşür. Gölün suyunun azaldığını görür. Bu vaxtı həmin nurani qocanı yenə orda görür. Qocadan bir daha bu göl haqda soruşur, qoca cavabında bilmədiyini deyir. 
Qız yenə həmənki öz yoluna davam edir. Bir neçə ildən sonra yenə gəlir, bu dəfə gölün suyunun 1 ovuc suyu qədər olduğunu görür. Yaxınlaşır qocaya, onu məcbur edir ki, bu göl haqda ona danışsın. Qoca başlayır əhvalatı qıza danışmağa. 
Deyir: " bir zamanlar sən dünyadan köçəndə sənin üçün yas saxlayıb, göz yaşı axıdanlar çox idi. Onda bu gölündə suyu çoxuydu. 
İllər keçdi səni yad edib yasınıı saxlayan, göz yaşı axıdanların azaldı. 
Bax o zaman bu gölündə suyu azalmışdı. Bir neçə il keçəndən sonra hətta sənin sevdiyin də səni unutdu, qohumların da, dostların da. Bu gördüyün bir ovuc su isə sənin Ananın göz yaşlarıdı. 
Bir tək o səni unutmadı, həmişə sənin yasını saxladı, göz yaşı axıtdı. "

P.S.Bu bəyəniləsi hekayə olsa da,analarımızın dəyərinin yalnız bir hissəsi çatdırır.
Davamı →

Qısa və ibrətlik hekayə

Ana, Ata və onların 7 yaşlı kıçik oğlu.Sabah onun 8yaşı tamam olacaq.Ana və ata hər gün işə getdikləri üçün öz kiçik oğulları ilə maraqlana bilmirdilər.Buna görə də öz övladlarına dayə tutmuşdular.Ana və ata öz övladına lazımi qədər vaxt ayırmadığını başa düşüb onu sevidirmək üçün ona gözəl bir hədiyyə almağı planlaşdırırlar.Beləcə onlar mağazaya yollanırlar.Mağaza işçisi ona yaxınlaşıb nə istədiyini soruşur.Valideynlər sabah kiçik oğlunun ad günü olduğunu deyir.Mağaza işçisi onları uşaq hədiyyələri bölməsinə aparır.Uşağın anası satıcıya müraciət edərək deyir:
-Bilirsiniz burda olan hər şeydən onun otağında var,bizə elə bir şey lazımdı ki,onda olmasın və onu xoşbəxt etsin.
Mağaza işçisi gülümsəyərək deyir:
-Bağışlayın xanım,bizdə ailə sevinci yoxdu.
Davamı →

Nəticə çıxarılası maraqlı həyat hekayəsi

Bu şəhərdə çox qala bilməyəcəkdi. Artıq hər şey onu sıxmağa başlamışdı. Olan-qalan nəyi var idisə götürüb bu şəhərdən getmək qərarına gəldi və əvvəllər tanımadığı bir ölkəyə üz tutdu. Bu ölkəyə hələ təzə alışmağa başlamışdı ki, bir gün meydanda bir səs eşitdi. Bir adam var gücü ilə:
«Teatr! Teatr! Teatra gəlin! Bu axşam teatra gəlin!» — deyə bağırırdı. Ömründə teatra getməmişdi. Odur ki, maraq onu götürdü. Əvvəlcə biletin satıldığı yeri öyrəndi. Cibindəki pul biletə ancaq çatırdı. Buna baxmayaraq, heç tərəddüd etmədən bütün pullarını verib bilet aldı. Tamaşa vaxtı gəlib çatdı. Bu doğurdan da onun üçün qeyri-adi bir şey idi. Artıq tamaşa qurtarmış, hamı dağılmışdı. Ancaq o, hələ də yerindən tərpənə bilmirdi.
Davamı →

Oğlum!!!

Oğlum! O mənim hər şeyimdir. O qədər gözəldir,yaraşıqlıdır ki, gözləri, burnu, qaşları… Gecələr Oğlumu seyr edirəm gözümü qırpmadan. Birdən oyanar, qorxar, ağlayar, birdən kimsə gəlib onu qorxudar, oğurlayar. Yox!!! Yatmayacam heç vaxt,onu qoruyacam, oğlum!
O qədər tez böyüyür ki, böyük kişi olub mənim oğlum, elə mənə oxşayır. Atasına oxşamasın! Ondan zəhləm gedir onsuz da yenə gec gəlir evə, ağzındada zehrimar içki iyi, şirkətin müdirinə bax! Yenə görəsən hansı sırtıq katibəsinin yanından gəlir əclaf! Ehh… heç mənə lazım da deyil o. Mənə oğlum bəs edər, şəhzadəm! Böyüyüb, eşitdim qız istəyirmiş universitetdə… Ha-ha, nə tez böyüyür uşaqlar… Görəsən kimdir o qiz, yaraşır oğluma!?
Yox, qoymuyacam başını aldadarlar oğlumun.Həyasız qızlara imkan vermərəm oğlumu başdan çıxatsınlar. Oğlumu əlimdən ala bilməzlər, kiçik şeytanlar!
Davamı →

Ölməyə 1 saatınız qalıb

İşimə yeni başlamağın həm ləzzətini, həm də həyəcanını yaşayırdım. Xüsusilə də, “həkim“ xitabına öyrəşməyə çalışırdım
Təcili tibbi yardım xidmətində işə yenicə düzəlmişdim. İşimə yeni başlamağın həm ləzzətini, həm də həyəcanını yaşayırdım. Xüsusilə də, “həkim“ xitabına öyrəşməyə çalışırdım. Bütün böyük xəstəxanaların təcili yardım şöbəsində olduğu kimi, burada da qaynar iş qrafikimiz vardı. Təcrübəli həkimlərin yanında mənə çox iş düşməsə də, mən öz işimi daha dərindən öyrənmək və təcrübi biliklərimi artırmaq üçün hər işdə yaxından iştirak etməyə cəhd göstərirdim...
Gecə saat 1 idi. İki qadın qollarından tutduqları 16-17 yaşlı bir cavan oğlanı xəstəxananın qapısına doğru gətirirdilər. Onların arxasınca isə təngnəfəs halda yaşlı bir kişi gəlirdi. Oğlanın atası olduğu bəlli idi. “Oğlumu xilas edin“, — deyə yalvarırdı.
Davamı →
Top