Fiqh (şəriət) kateqoriyası üzrə məqalələr

İzdivacın müxtəlif məsələləri

Məsələ 2452: Zövcəsi olmaması səbəbi ilə harama düşəcək olan şəxsin evlənməsi vacibdir.
Məsələ 2453: Əgər ər əqddə şərt etsə ki, qadın bakirə olsun və əqddən sonra bakirə olmadığı məlum olsa, əqdi poza bilər. Amma əgər əqdi pozmazsa, qadın bakirə ilə qeyri-bakirənin mehrinin fərqini nəzərə alaraq qərar qoyduqları mehrdən ala bilər.
Məsələ 2454: Naməhrəm kişi və qadının heç bir kəsin olmadığı xəlvət bir yerdə tək qalmaları fəsada düşmək ehtimalı olduğu təqdirdə, başqa bir kimsənin oraya girmək imkanı olsa belə, haramdır. Amma əgər fəsada düşmək ehtimalı olmasa, eybi yoxdur.
Davamı →

Daimi izdivac əqdinin hökmləri

Məsələ 2421: O qadın ki, daimi əqd olunur, hərçənd ki, ərinin haqqı ilə ziddiyyəti olmasa belə, ərinin icazəsi olmadan evdən bayıra çıxması haramdır. Ərinin istədiyi hər vaxt cinsi ləzzətlər üçün özünü ona təslim etməsi və şəri bir üzr olmasa, ərinin onunla cima etməsinin qarşısını almamalıdır. Qadın vəzifəsinə əməl etdiyi halda onun yemək, libas, mənzil və başqa ehtiyaclarını təmin etmək ərinə vacibdir. Əgər təmin etməsə, istər qüvvətli olsun, istər olmasın, qadına borcludur.
Davamı →

İzdivacı haram olan qadınlar

Məsələ 2393: İnsan ana, bacı, öz qızı, bibi, xala, qardaş qızı, bacı qızı, qaynana kimi qadınlarla məhrəm olduqları üçün izdivac etməsi haramdır.
Məsələ 2394: Əgər bir kəs bir qadını özü üçün əqd etsə, onunla yaxınlıq etməsə də, onun anası, ananın anası, atanın anası və nə qədər yuxarı getsə, o kişiylə məhrəm olurlar.
Məsələ 2395: Əgər bir qadını əqd edər və onunla yaxınlıq edərsə, qadının qızı, qızla oğlan nəvəsi və nə qədər aşağıya kimi getsə, istər əqd vaxtında olsun, istər sonradan dünyaya gəlsin, o kişiylə məhrəm olurlar.
Davamı →

İzdivac (nigah)

İzdivac əqdi ilə qadın və kişi bir-birinə halal olurlar. İzdivac iki qisimdir:
  1. Daimi.
  2. Qeyri-daimi (müvəqqəti izdivac).
Daimi əqd odur ki, izdivacın müddəti əqdə müəyyən olmasın və həmişəlik olsun. Belə əqd olunan qadına «daimi» deyərlər.
Qeyri-daimi əqd odur ki, onda izdivacın müddəti müəyyən olunar, məsələn; qadını bir saata ya bir gün ya bir ay ya bir il ya da uzun müddətə əqd edərlər. Amma gərək izdivacın müddəti kişi və qadının ömründən çox olmasın. Bu surətdə əqd batil olacaq. Bu cür əqd olunan qadına mutə ya siğə deyərlər.
Davamı →

Ariyə

Məsələ 2353: Ariyə odur ki, insan öz malını digərlərin istifadə etmək üçün versin və əvəzində heç nə almasın.
Məsələ 2354: Ariyədə əqd oxumaq lazım deyil və əgər, məsələn; paltarını ariyə niyyəti ilə bir kəsə versə və o da həmin niyyətlə alsa, ariyə düzdür.
Məsələ 2355: Qəsb edilmiş bir şeyi və ya mənfəətini başqasına tapşırdığı malını (məsələn; kirayə verdiyi bir şeyi) başqasına ariyə vermək, ancaq qəsb edilən şeyin sahibinin və ya o şeyi kirayəyə götürənin ariyəyə verməyə icazə verdiyi təqdirdə səhih olur.
Davamı →

Rəhnin hökmləri

Məsələ 2309: Rəhn odur ki, insan bir malı borcun əvəzinə və ya onun zamin olduğu malı başqasının yanında qalmasını qərar verərsə, belə ki, o borcu ya malı hazır etməsə, onun əvəzini o maldan götürə bilsin.
Məsələ 2310: Rəhnində siğə oxumaq lazım deyil. Girov verən öz malını girov qəsdi ilə alana versə və o da həmin qəsd ilə alsa, rəhn səhihdir.
Məsələ 2311: Girov verən və girov alan gərək həddi-buluğa çatmış və ağıllı olsunlar və onları bir kəs məcbur etməsin və yenə girov verən gərək müflis və səfeh olmasın (səfeh və müflis mənası 2244-cü məsələdə deyilir) amma, əgər müflis olsa, girov qoyulan mal, onun malı olmasa və ya ondan istifadəsinin maneəsi olmasa, eybi yoxdur.
Davamı →

Həvalə etmə hökmləri

Məsələ 2298: Əgər insan öz tələbkarına alacağını başqasından alması üçün həvalə edər və alacaqlı olan da qəbul edərsə, həvalə işi sonradan deyiləcək şərtlərə uyğun olaraq gördüyü təqdirdə, həvalə edilən şəxs borclu olur. Bu halda alacaqlı olan şəxs, alacağını birinci borcludan istəyə bilməz.
Məsələ 2299: Borclu, alacaqlı və həvalə olunmuş şəxslərin mükəlləf, ağıllı, məcbur olunmamaları və səfeh olmamaları lazımdır. Həmçinin borclu və tələbkarın müflis olmamaları mötəbərdir.
Davamı →

Borcun hökmləri

Möminlərə, xüsusilə onlardan ehtiyacı olanlarına borc vermək rəvayətlərdə çox tövsiyə edilən müstəhəbb işlərdəndir. Həzrət Rəsuli-əkrəm, səlləllahu ələyhi və alihdən, rəvayət olunur ki: «Hər kəs öz müsəlman qardaşına borc versə, onun malı arta və məlaikələr ona rəhmət göndərərlər və əgər öz borclusu ilə xoş rəftar etsə, hesabsız və sürətlə Siratdan keçər. Və bir şəxs, müsəlman qardaşından borc istədiyi halda ona borc verməzsə, Cənnət ona haram olar».
Məsələ 2281: Borcda siğənin oxunması lazım deyildir, hətta bir şeyi borc niyyəti ilə verərsə və o da həmin qəsdlə olarsa, səhihdir.
Davamı →

Vəkalət hökmləri

Vəkalət odur ki, insan özü görə bildiyi bir işi, məsələn; müamilə kimi, başqa bir adama tapşıra ki, onun tərəfindən bu işi görsün, məsələn bir kəsi vəkil edər ki, onun evini satsın ya bir qadını onun üçün əqd etsin.
Məsələ 2265: Vəkalətdə, vəkalət əqdinin oxunması lazım deyildir. Əgər insan, digərinə onu vəkil etdiyini bildirir, o da qəbul etdiyini anladırsa, məsələn; insan, malını satması üçün başqa birinə verər, o da malı alırsa, vəkalət səhihdir.
Məsələ 2266: Əgər insan başqa şəhərdə olan bir kəsi vəkil etsə və onun üçün vəkalətnamə göndərsə və o qəbul etsə, vəkalətnamə bir müddətdən sonra yetişsə də vəkalət düzdür.
Davamı →

Musaqat və muğarisə

Məsələ 2246: Əgər insan bir şəxs ilə belə qərar qoysa ki, meyvələri onun malı olan ya meyvələri onun ixtiyarında olan ağacları müəyyən bir müddətə qədər o şəxsə həvalə edə ki, onları bəsləsin, suvarsın və əvəzində meyvələrdən qərar qoyduqları qədərini özü üçün götürsün, bu müamiləyə musaqat deyilir.
Məsələ 2247: Musaqat müamiləsi, meyvə verməyən ağaclar da, o surətdə ki, başqa məhsulu olsa, yarpağından istifadə olunan xına ağacında olduğu kimi yarpaq və gülünün etina edilən dəyəri olsa, səhihdir.
Məsələ 2248: Musaqat müamiləsində siğə oxumaq lazım deyil, hətta əgər ağacın sahibi musaqat qəsdi ilə ağacı həvalə etsə və işləyən kəs işə məşğul olmaq qəsdi ilə işləsə, müamilə düzdür.
Davamı →
Top