Məsələ 620: Meyiti, qoxusu bayıra çıxmayacaq və yırtıcı heyvanların cəsədi bayıra çıxara bilməyəcəkləri şəkildə, torpağa dəfn etmək vacibdir. Əgər yırtıcı heyvanların bayıra çıxaracaqları qorxusu vardırsa, qəbirin kərpic və ona bənzər şeylərlə bərkidilməsi lazımdır.
Məsələ 621: Əgər meyitin dəfni yerdə mümkün olmasa, dəfnin yerinə onu binada və ya tabutda da qoya bilərlər.
Məsələ 648: Müsəlmanın qəbrini açmaq, uşaq və ya dəli olsa belə, haramdır. Amma bədəni çürümüş və torpaq olmuşdursa, eybi yoxdur.
Məsələ 649: İmamzadələrin, şəhidlərin, alimlərin və salehlərin qəbrini xarab etmək, illər keçmiş olsa və bədənləri aradan getmiş olsa da, hörmətsizlik sayılsa belə, haramdır.
Məsələ 710: İstər qəsdən, istər məsələni bilməməkdən və ya unudaraq, alının və ya əllərin arxasının azacıq bir miqdarı belə məsh edilməzsə, təyəmmüm batildir. Amma çox diqqət yetirmək də lazım deyildir. Alının və əllərinin arxasının tamamilə məsh edildiyi iddia edilərsə, kifayətdir.
Məsələ 711: Əgər əllərinin arxasını tamamilə məsh etdiyinə əmin olmasa, buna əmin olması üçün biləyin üstündən bir miqdarı da məsh etməlidir. Amma barmaqlarının arasına məsh etməsi lazım deyildir.
Məsələ 712: Alını və əllərin arxasını, ehtiyata əsasən yuxarıdan aşağıya doğru məsh etməli və təyəmmüm işlərini ardıcıl olaraq yerinə yetirməlidir. Əgər onların arasında «təyəmmüm edir» deyilməyəcək qədər fasilə verərsə, təyəmmümü batildir.
Məsələ 692: Torpağa, daşa, çınqıla və kəsəyə təyəmmüm etmək səhihdir. Amma torpaq olduğu təqdirdə ayrı bir şeyə təyəmmüm etməmək və əgər torpaq yoxdursa, çınqıla və ya kəsəyə, çınqıl və kəsək də olmadığı təqdirdə, daşa təyəmmüm etmək ehtiyat-müstəhəbbdir.
Məsələ 693: Kəc və əhəng daşına təyəmmüm etmək səhihdir. Həmçinin, ürfə görə yumşaq torpaq sayıldığı təqdirdə, xalça və paltara və bu kimi şeylərin üzərində toplanmış toz torpağa təyəmmüm etmək səhihdir. Amma normal halda onun üzərinə təyəmmüm etməmək ehtiyat-müstəhəbbdir. Həmçinin normal halda bişirilmiş kəc, əhəng, kərpic və əqiq kimi mədən daşına təyəmmüm etməmək müstəhəbb-ehtiyatdır.
Məsələ 784: Məkkəyi-Müəzzəmədə olan Kəbə evi qiblədir. Namaz ona tərəf qılınmalıdır. Amma uzaqda olan şəxs, əgər «qibləyə tərəf namaz qılır» deyiləcək şəkildə dayanarsa kifayətdir. Həmçinin, heyvanın başını kəsmək kimi, qibləyə tərəf yerinə yetirilməsi lazım olan işlərdə də hökm eynidir.
Məsələ 785: Vacib namazı ayaq üstə qılan şəxsin sinəsi və qarnı üzü qibləyə doğru olmalıdır. Hətta üzünün də qiblədən çox dönməməsi gərəkdir. Ayaq barmaqlarının da qibləyə tərəf olması ehtiyat-müstəhəbbdir.
Yeddi vəziyyətdə dəstəmaz və qüslün yerinə təyəmmüm almaq lazımdır:
I. Dəstəmaz və qüsl üçün su hazırlamaq mümkün olmasın.
Məsələ 655: Əgər insan abad bir yerdə olarsa, dəstəmaz və ya qüsl suyu tapa bilmək üçün ümidi kəsilincəyə qədər axtarmalıdır. Əgər həmin yer dərə-təpəli və ya ağacların çoxluğundan oraya getmək çox çətindirsə, vacib-ehtiyata əsasən qədim zamanlarda yayla atılan bir ox atışı məsafəsi qədər dörd tərəfə su axtarmaq üçün getməlidir. Əks təqdirdə hər tərəfə iki ox atışı ölçüsündə axtarış etməlidir.
Məsələ 600: Müsəlman və ya İslam hökmünə tabe olan altı yaşlı uşağın meyitinə, namaz qılmaq vacibdir.
Məsələ 601: Altı yaşı tamam olmamış, namazı tanıyan uşağa namaz qılmaq, ehtiyata əsasən lazımdır. Əgər tanımırsa, rəcaən ona namaz qılmağın maneəsi yoxdur. Ancaq
dünyaya ölü gəlmiş bir uşağa namaz qılmaq müstəhəbb deyildir.
Məsələ 602: Meyitin namazı, onun qüsl, kəfən və hənutundan sonra qılınmalıdır. Əgər bunlardan qabaq və ya sonra qılınarsa, və bu məsələni bilməmək və ya unutqanlıq üzündən olsa belə, kifayət deyildir.
Məsələ 576: Müsəlman meyiti fitə, köynək, sərtasər deyilən üç parçaya bükülməlidir.
Məsələ 577: Fitə ehtiyata əsasən göbəkdən dizə qədər örtülməlidir. Daha yaxşı odur ki, sinədən ayağın üzünə qədər yetişsin. Köynək gərək ehtiyata əsasən çiyinin başından baldırın yarısına qədər bütün bədəni örtsün və daha yaxşı odur ki, ayağın üzünə yetişsin. Sərtasərin isə, bütün bədəni örtəcək qədər olması lazımdır. Uzunluğunun, bədənin baş və ayaq tərəfindən bağlanacaq qədər, eninin isə, bir tərəfi o biri tərəfinin üstünə gələcək qədər olması ehtiyata əsasəndir.
Məsələ 548: Müsəlmanın qüslü, hənutu, kəfəni, namaz və dəfni on iki imamlı olmasa da, onun vəlisinə vacibdir. Vəli ya bu işləri özü görməli ya da bir başqasını ona məmur etməlidir. Bu işi bir şəxs vəlinin icazəsi ilə yerinə yetirsə, vəzifə vəlinin üstündən götürülər. Əgər dəfn və bu kimi işləri vəlinin icazəsi olmadan yerinə yetirsələr, yenə də vəzifə vəlinin üzərindən götürülər, onları təkrar etmək lazım deyildir. Əgər meyitin vəlisi olmasa yaxud da vəli onun işlərini yerinə yetirməkdən imtina etsə, yerdə qalan mükəlləflərə vacibdir ki, onun işlərini yerinə yetirsinlər. Əgər, bəziləri yerinə yetirsələr, başqalarının boynundan düşür və belə ki, heç kəs yerinə yetirməsə, hamısı günah ediblər. Meyitin vəlisi imtina edən surətdə onun icazəsi mötəbər deyil.