Beynəlxalq ekologiya hüququ — ətraf mühitin çirklənmədən qorunması və təbii ehtiyatların rasional istifadəsi ilə bağlı dövlətlərarası münasibətləri nizama salan normaların məcmusuna deyilir.
Təbiətin qorunması və onun ehtiyatlarından məqsədəuyğun istifadə olunması – müasir dövrün qlobal problemlərindən biridir. Bu problemin həllində bütün dövlətlər maraqlı olmalıdırlar.
Bu ideya mühüm beynəlxalq sənədlər olan Ətraf mühitin problemlərinə dair 1972-ci il Slokholm Bəyannaməsində və ətraf mühit və inkişafa dair 1992-ci il Janeyro Bəyannaməsində, habelə bir sıra beynəlxalq müqavilələrdə birbaşa təsbit olunmuşdur; məsələn: Dənizin tullantılarla və digər materiallarla çirklənməsinin qarşısının alınması haqqında 1972-ci il Konvensiyasında (preambulada) bəyan edilir ki, insan üçün həyati əhəmiyyətə malik olan dənizin və onun canlı orqanizmlərinin qorunmasında bütün insanlar maraqlıdırlar; Təbiətin və təbii ehtiyatların qorunub saxlanması haqqında 1968-ci il Afrika Konvensiyasında (preambulada) deyilir ki, torpaq, su, flora və fauna bəşəriyyət üçün həyati əhəmiyyətə malikdir. Bioloji müxtəliflik haqqında 1992-ci il Konvensiyasının preambulasında göstərilir ki, bioloji müxtəlifliyin qorunub saxlanması bütün bəşəriyyətin ümumi vəzifəsidir.
Beynəlxalq kosmos hüququ səma cisimiləri də daxil olmaqla, kosmik fəzanın hüquqi rejimini müəyyən edən və kosmik fəaliyyətin iştirakçılarının hüquq və vəzifələrini nizama salan normaların məcmusuna deyilir.
Beynəlxalq kosmos hüququnun obyektini kosmik fəzanın, planetlərin, Ayın və süni kosmik obyekt lərin istifadəsi ilə bağlı ortaya çıxan hüquq münasibətləri, kosmik ekipajların hüquqi statusu və kosmik fəaliyyətin nəticələrindən istifadənin hüquqi rejimi təşkil edir.
Beynəlxalq kosmos hüququ, əsas etibarilə, benəlxalq müqavilələrə söykənir. Bu sahədə əsas beynəlxalq müqavilə Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istismarı üzrə dövlətlərin fəaliyyətinin prinsipləri haqqında 1967-ci il Müqaviləsidir. Bundan əlavə,aşağıdakı müqavilələri göstərmk olar: Kosmonavtların xilas edilməsi, kosmonavtların qaytarılması və kosmik fəzaya buraxılmış obyektlərin qaytarılması haqqında 1968- ci il Sazişi (Kosmonavtların xilas edilməsi haqqında Saziş); Kosmik obyektlərin vurduğu zərərə görə beynəlxalq məsuliyyət haqqında 1972-ci il Konvensiyası; Kosmik fəzaya buraxəlan obyektlərin qeydiyyatı haqqında 1975- il Konvensiyası; Ayda və digər səma cisimlərində dövlətlərin fəaliyyəti haqqında 1979-cu il sazişi (Ay haqqında Saziş). Bu və ya digər dərəcədə kosmik fəaliyyətə aid olan müddəaları başqa müqavilələrdə də tapmaq olar: məsələn, Atmosferdə, kosmik fəzada və su altında nüvə silahı sınaqlarının qadağan edilməsi haqqında1963-cü il Müqaviləsi; Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyası; “İntersputnik” Beynəlxalq rabitə sisteminin yaradılması və kosmik rabitənin təşkili haqqında 1971-ci il Sazişi; Nüvə qəzası barədə operativ xəbərvermə haqqında 1986-cı il konvensiyası və s.
Dəniz məkanlarının hüquqi statusunu müəyyən edən və onların tədqiq edilməsi və istifadəsi ilə bağlı dövlətlərarası münasibətləri nizama salan normaların məcmusuna beynəlxalq dəniz hüququ deyilir.
Uzun dövr ərzində beynəlxalq dəniz hüququ beynəlxalq adət normalarına söykənirdi.
1958-ci ildə bu sahədə ilk dəfə məcəllələşdirilmə aparıldı və nəticədə dəniz hüququ üzrə dörd mühüm saziş (Cenevrə Konvensiyaları) meydana gəldi – Ərazi dənizi və bitişik zona haqqında; açıq dəniz haqqında; kontinental şelf haqqında; balıqçılıq və açıq dənizin canlı ehtiyatlarının mühafizəsi haqqında. Lakin bu konvensiyalar dəniz hüququnun bütün məsələlərini həll etmirdi və xüsusilə də 1960-70-ci illərdə meydana gəlmiş yeni müstəqil dövlətlərinmənafelərini əks etdirmirdi. Buna görə də yeni kompleks aktın işlənib hazırlanması zərurəti ortaya çıxdı: 1982-ci il oktyabrın 10-da Dəniz hüququ üzrə BMT Konvensiyası qəbul edildi. Beynəlxalq dəniz hüququnun əsas mənbəyi olan bu Konvensiya 16 noyabr 1994-cü ildə qüvvəyə minmişdir.
Beynəlxalq iqtisadi hüquq – beynəlxalq ümumi hüququn bir sahəsi kimi, dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasında iqtisadi münasibətləri nizama salır.
Beynəlxalq iqtisadi hüquq yalnız birinci səviyyədə olan münasibətləri – dövlətlərarası iqtisadi münasibətləri nizama salır. Dövlətlər beynəlxalq iqtisadi əlaqələrin həyata keçirilməsi üçün hüquqi əsaslar müəyyən edirlər. Əlbəttə ki, beynəlxalq iqtisadi əlaqələrin əsas hissəsi ikinci səviyyədə — fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilir. Bu əlaqələr hər bir dövlətin daxili qanunvericiliyi ilə, xüsusilə, onun tərkib hissəsi olan beynəlxalq xüsusi hüquq vasitəsilə nizama salınır. Beynəlxalq iqtisadi hüquq bu əlaqələrə dövlət vasitəsilə, dövlətlər üzərinə müəyyən öhdəliklər qoymaq yolu ilə təsir edir.
Beynəlxalq iqtisadi hüququn nizama salma obyekti daha bir xüsusiyyətə malikdir. Belə ki, dövlətlərarası iqtisadi münasibətlər məzmun etibarilə müxtəlif münasibətləri əhatə edir; buraya ticarət, nəqliyyat, maliyyə, investisiya və digər münasibətlər aiddir. Spesifik məzmuna malik olduğuna görə, bu münasibətləri nizama salan prinsip və normalar beynəlxalq iqtisadi hüquq çərçivəsində ayrı-ayrı yarımsahələr əmələ gətirir: beynəlxalq ticarət hüququ, beynəlxalq nəqliyyat hüququ, beynəlxalq maliyyə hüququ, beynəlxalq investisiya hüququ və s. Bütün bu yarımsahələr ümumi nizamasalma obyektinə, ümumi məqsəd və prinsiplərə malik olan vahid beynəlxalq hüquq sahəsində — beynəlxalq iqtisadi hüquqa birləşir.
Beynəlxalq hüquqi adət beynəlxalq praktikada təşəkkül tapmış və məcburi norma kimi tanınmış davranış qaydasıdır.Tərifdən göründüyü kimi, beynəlxalq hüquqi adətin iki ünsürü vardır: 1) dövlətlərin praktikası və 2) bu praktikanın məcburi norma kimi tanınması (opinio yuris). Bu fikir BMT-nin Beynəlxalq Məhkəməsi tərəfindən bir neçə dəfə, o cümlədən Şimal dənizinin kontinental şelfi haqqında iş üzrə (1969-cu il) və Nikaraqua işi üzrə (1986-cı il) çıxardığı qərarlarında qeyd olunmuşdur.
Beynəlxalq hüququi adətin maddi əsasını təşkil edən dövlətlərin praktikasına aşağıdakılar daxildir: a) dövlətlərin “faktik” fəaliyyəti (hərəkət və ya hərəkətsizlik); b) konkret situasiya və ya mübahisələrlə bağlı onların verdikləri bəyanatlar; c) dövlətdaxili qanunvericilik; ç) milli məhkəmələrin qərarları; d) beynəlxalq təşkilatların praktikası.
Müəyyən adət normasının təşəkkül tapması üçün, bir qayda olaraq, dövlətlərin praktikası aşağıdakı tələblərə cavab verməlidir:
a) ardıcıl, səbatlı və eyni cür olmalıdır;
Beynəlxalq hüquqa görə, dövlət öz daxili qanunlarını ərazisi çərçivəsində və onun hüdudlarından kənarda baş verən məsələlri – yurisdiksiya obyektinin dövlət mənsubiyyətindən asılı olmayaraq, — tətbiq edə bilər (buna preskriptiv yurisdiksiya, yəni müəyyən etmə və ya nizamasalma yurisdiksiyası deyilir).
Lakin bu yurisdiksiyanın (preskriptiv yurisdiksiya) həyata keçirilməsi dövlətin öz ərazisi ilə məhdudlaşır və xüsusi razılaşma olmasa,başqa bir dövlətin ərazisində hər hansı bir formada mümkün deyildir. Başqa sözlə, dövlət öz hüquq mühafizə orqanlarını başqa bir dövlətin ərazisində fəaliyyətə gətirə bilməz (buna həyata keçirmə yurisdiksiyası deyilir).
Dövlətin öz ərazisi çərçivəsindəki yurisdiksiyası mütləq və müstəsna xarakter daşıyır. Dövlət öz ərazisində yerləşən bütün şəxsər, mülkiyyət və baş verən bütün hadisələr üzərində, ümumi və konkret beynəlxalq hüquq norması ilə başqa cür nəzərdə tutulmayıbsa, hakimiyyət səlahiyyətləri həyata keçirir. Başqa sözlə, heç bir başqa dövlət və ya beynəlxalq qurum bir dövlətin “daxili yurisdiksiyasına” müdaxilə edə bilməz.
Beynəlxalq hüququn təbıətini bə əsas xüsusiyyətlərini açıqlayarkən biz gördük ki, bu anlayışın əsasında dövlətlərin və beynəlxalq hüququn digər subyektlərinin davranış modeli kimi çıxlş edən hüquq normaları dayanır. Bundan sonrakı mövzuların daha aydın başa düşülməsi üçün bu normaların anlayışını bə təsnifini şərh etməyə ehtiyac bardır.Beynəlxalq hüquq normaları dövlətlər bə beynəlxalq hüququn digər subyektləri arasındakı qarşılıqlı münasibətləri nizama salan ümumi məcburi qaydalara deyilir.
Beynəlxalq hüquq normalarını dövlətlərin öz qarşılıqlı münasibətlərində əməl etdikləri digər normalardan, o cümlədən hüquqi xarakter daşımayan beynəlxalq adət normalarından və nəzakət normalarından (diplomatik etik qaydalarıdan) fərqləndirmək lazımdır. Bu normalar dövlətlər üçün məcburi deyildir və onlara əməl olunmaması beynəlxalq hüquqi məsuliyyət doğurmur.
Hər bir dövlətin ərazisi daxilində yerləşən bütün çaylar, göllər, boğazlar, kanallar, daxili dənizlər, limanlar, daxili körfəzlər, buxtalar aidiyyatlı dövlətin daxili, yaxud milli sularının tərkib hissələridir. Hazırda bütün dünya dövlətləri bu qaydanı beynəlxalq qanun kimi qəbul ediblər. Bununla yanaşı dövlət ərazisi tərkibində olub, onun hakimiyyətinə tabe olan daxili suların hüquqi rejimi bəzi hallarda, həm də beynəlxalq hüquqa əsaslana bilər.
Daxili sular məhəlli sulardan fərqli olaraq heç bir müstəsnalıq olmadan tamamilə sahil dövlətlərinin mühakimə hüququna tabedir. Bu suların hüquqi rejimi dövlətin qanunları, qaydaları və onun bağladığı beynəlxalq müqavilələrinə əsaslanaraq nizama salınmalıdır.
Dövlətdaxili hüquq qaydasını cinayətkər əməllərdən qorumaq məqsədi daşıyan milli cinayət hüququ kimi, beynəlxalq cinayət hüququ da beynəlxalq hüququn müxtəlif sahələrinin xüsusilə təhlükəli pozuntularına, bir neçə dövlətin və yaxud bütün beynəlxalq birliyin mənafeyinə toxunan cinayət əməllərinə qarşı mübarizə məqsədi daşıyır: məsələn, beynəlxalq dəniz hüququnda (dəniz quldurluğu), beynəlxalq hava hüququnda (hava gəmilərinin qaçırılması, mülki aviasiyanın təhlükəsizliyinə qarşı digər cinayətlər), diplomatiya hüququnda (diplomatik müdafiəsi olan şəxslər əleyhinə cinayətlər), beynəlxalq iqtisadi və maliyyə hüququnda (pul nişanələrinin saxtalaşdırılması) və s.
Beynəlxalq cinayət hüququ beynəlxalq hüququn yeni sahəsidir. Lakin ayrı-ayrı normalar artıq XIX əsrdə yaranmağa başlamışdır. Beynəlxalq cinayət məcəlləsinin ilk layihəsi hələ 1832-ci ildə ortaya çıxmışdı, lakin o zaman söhbət, əsas etibarilə, narkotik maddələrlə alver, qul alveri və s. kimi cinayətlərdən gedirdi.