1940-cı illərin sonları və 1950-ci illərin əvvəllərinin ən qüdrətli və nüfuzlu modelyeri Kristian Dior (1905-1957) müharibədən sonrakı illərdə modanın yeni erasını açmaqla yanaşı, həm də adını tarixə modanın tacsız şahı kimi yazdırdı. Dior bu modanı biznes sahəsi kimi inkişaf etdirmək üçün onun yeni modelini yaratdı. O, bir neçə məhsulu bir brend altında birləşdirərək tarixdə ilk moda imperiyasının əsasını qoydu.
“Cins bizim dünyamızdır” (“Denim is our world”) - «Guess» yaradıcılarından.
80-cı illərin əvvəllərində artıq cins geyimlər köhnəlməyə başlamışdı, elə Marsiano qardaşları da bunu fürsət bilib, milli amerikan parçalasından avropa stilli cinslər yaradaraq bir yeniliyə imza atmış olurlar və bu yenilik də moda dünyasında çox uğurla qarşılanmış olur. Belə ki, 1981-ci ildə Marsiano qardaşları (Paul Marsiano, Maurice Marsiano) Kaliforniyada cinslərin istehsalı üzrə çox böyük olmayan bir kompaniya açmış olurlar.
Onların yaratdığı orijinal dizayna məxsus olan cinslər zamanla bütün vaxtların məhsuluna çevrilməyə başlayır. Və beləliklə Fransada boya başa çatmış iki qardaş Amerika vəhşilyi ilə avropa hissiyatını bir-birinə qataraq Guess brendinin möhürünü vurmuş oldular.
“İkinci dəri”. Yəqin ki, bu ifadəni çox eşitmisiniz. (müasir zamanın kalqotkaları).
Deyilənə görə, corablar e.ə. 600-cü ildə qədim Yunanıstanda meydana çıxıbmış. Orda qədim bir mumia yapıblarmış ki, hansı ki, onun üzərində ev şəraitində hazırlanmış corab var idi. Əvəllər corablar əl ilə toxunardı, amma, sonralar toxunma işinə boş verilmiş və bir də XIII yüzillikdə yenidən bu iş bərpa edilmişdi. Bu vaxtadək isə corabları kətan və dəridən tikib, düzəldirdilər. Artıq XVI əsrdə İspaniyada yenidən əl ilə toxunmuş corablar yayılmağa başladı.
Bu gün hər bir qadının qarderobunda rast gəldiyimiz vacib elementlərdən sayılan corab və kalqotkalar, keçmişə nəzər salsaq görərik ki, bir vaxtlar kişilərin, kavalerlərin də qarderobundan əskik olmazmış. Ən çox da çulkilər. O vaxtı "çulki«siz kişi geyimlərini təsəvvür etmək olmazdı. Elə çulkilər üçün toxuma dəzgahını da ilk olaraq 1589-cu ild ingilis keşişi Vilyam Li düzəltmişdi. Amma, XIX əsr çulkilər üçün dəbdən düşmə başlanğıcı oldu, belə ki, kişilər üçün boruşəkilli şalvarların ərsəyə gəlməsi onların çulkilərdən istifadəsini azaltdı və onlar corabdan istifadə etməyə başladılar.
Yaşamaq hamının qismətidir. Amma fərqli: kimi az, kimi isə çox yaşayır bu dünyada… Yaratdıqları ilə yaşamaq isə az insana qismət olur. Pyer Karden belə xoşbəxtlərdəndir. Bəlkə də xoşbəxtlərin xoşbəxtidir. Çünki hələ sağlığında ikən yaratdığı “Pierre Cardin” brendi ilə imzasını dünyaya tanıtdırıb.
Pyer Karden 1922-ci ildə Venesiya yaxınlığındakı şəhərcikdə anadan olmuş, Fransada böyüyüb təhsil almışdır. Çoxuşaqlı, ortaimkanlı ailədəndir. Atası şərabçı idi. Pyer də bu sənəti davam etdirməli idi. Lakin o, ürəyincə olmayan peşənin dalınca getmədi. 14 yaşında dərzi yanında köməkçilik etməyə başladı. 1945-ci ildə gənc Pyer, Parisdə modelyer kimi fəaliyyətə başlayır.1946-cı ildə Kristian Diordan dəvət alır. Bir müddət sonra – 1950-ci ildə şəxsi moda evini, ardınca – 1954-cü ildə “Yeva”, 1957-ci ildə isə “Adam” mağazalarını açır.
«Versace» – əsası 1978-ci ildə Canni Versaçe tərəfindən qoyulmuş, parça və paltarların istehsalı və satışı ilə məşğul olan Italyan firması.
Canni Versaçe 2 dekabr 1946-cı ildə İtaliyada anadan olub. Anası Françeska peşəkar dərzi idi və işə gedərkən balaca Cannini də özü ilə aparardı. Görünür, elə saysız-hesabsız paltarların arasında keçirdiyi uşaqlıq illəri böyük modelyerin gələcək müqəddəratını həll etmişdi. Canni o illəri xatırlayaraq deyirdi: «Mən peşəkarlığıma və ustalığıma görə anama borcluyam».
Lakin anasının onunla münasibəti heç də ürəkaçan deyildi. Ailənin kiçik uşağı Canninin özündən başqa böyük qardaşı Santo, bacısı Donatella da var idi və anası bütün diqqətini onlara ayırırdı. Canni isti ana baxışı gözləyir, Françeskanın hər addımını izləyirdi. Ən böyük arzusu isə heç olmasa onun köməkçisi olmaq idi. «Bilmirəm, bəlkə də həyatımın və yaradıcılığımın mənası ancaq onun diqqətini çəkmək idi» – sonralar Versaçe belə xatırlayırdı.
“Minimalistlik və sadəlik” – bu Armani moda evinin əsas fikri, konsepsiyasıdır.
Məşhur modelyer-dizaynerlərdən biri də Corcio Armanidir. 1934-cü ildə iyulun 11-ci günündə Milandan çox kənarda olmayan provinsial bir şəhərcikdə — Pyaçensada anadan olan Armani heç də modelyer olmaq fikrində deyilmiş. Onun həkim olmaq kimi bir istəyi var idi və o bunun üçün də səy göstərirdi, belə ki, o xüsusi ədəbiyyat oxuyur, eləcə də Boloni Universiteti ilə bərabər tibbi məktəbində də təhsil alırdı. Bir çox mənbəələrdə də deyilir ki, guya valideynləri istəyirlərmiş ki, o, həkim olsun. Amma, o bu yolda çox səy göstərsə də, bir vaxtlar buna çox həvəs etsə də, təhsildən 2 il keçdikdən sonra o başa düşür ki, bütün ömrü boyu xəstəliklərlə mübarizə aparmaq, ancaq bu işlə məşğul olmaq onluq deyil.