“Küçükpazar”lı Mustafanın oğlu
11 noyabr 1944-cü ildə İstanbulun “Küçükpazar” ərazisində Mustafa və Saimənin övladları dünyaya gəlir. Kasıb həyat tərzi sürən və sıradan bir ailə olan Sunal ailəsindən heç kimin ağlına da gəlməzdi ki, soyuq noyabrda doğulmuş bu körpə illər sonra milyonların qəlbini fəth edəcək dünyaca məşhur bir aktyora çevriləcək. Körpəyə Kamal adı verildi. Kamalın Çingiz və Cəmil adlı iki qardaşı da var idi.
Getdiyi ilk məktəb “Memar Sinan", məzun olduğu təhsil ocağı isə “Vəfa liseyi” oldu. Ali təhsilini “Mərmərə universitetinin” qəzetəçilik fakultəsində alan aktyor, tələbə ikən həm də fabrikdə işləyirdi. Hələ “Vəfa liseyi”ndə oxuyarkən aktyorun fəlsəfə müəllimi, onu Türkiyə teatrının öndə gedən simalarından olan Müşfiq Kentər ilə tanış edir. Məhz bu tanışlıq aktyorun gələcək həyatına təsir edən məqamlardan biri olur.
"Ölməzdən əvvəl baxılmalı 50 film" (50 Films To See Before You Die) — 22 iyul 2006-cı ildə Britaniyanın Channel 4 televiziya studiyası tərəfindən göstərilən teleşou. Proqram Film4 televiziya kanalının ümumi efir buraxılışına hazırlanmışdır.
Proqramda 50 film təqdim edilmişdi. Filmlər televiziya tənqidçilərinin, ekspert və sadəcə izləyicilərin sorğusu nəticəsində seçilmişdir. Hər film öz janr və stilində ən mükəmməli kimi yığılırdı. Təzəlikcə prokata buraxılmış filmlər, yeni çəkilənlərdən daha çox idi.
İspan Pedro Almodovar son illərin müəllif kinosunun ən tanınmış rejissorlarından, müasir kinematoqrafiyanın klassiklərindən biridir. Onu Qoyyanın şagirdi, Lorkanın ruh qardaşı, İspaniyanın zədələnmiş ruhu adlandırırlar. Almodovarın sayəsində dünya Penelopa Kruz, Antonio Banderas, Rossi de Palma, Viktoriya Abril kimi istedadları tanıdı.
Rejissorun filmlərində sosial realizm, naturalizm güclüdür. Onun qəhrəmanları tibb bacıları, narkomanlar, aktyorlar, müğənnilər, filosofluq edən cahillər, homoseksuallardır. Bir çox filmlərində Almodovar qadın təbiətini tədqiq edir. Rejissor qadınları anlatmaq üçün dərin psixologizmə varmır, filosofluq etmir, onların dünyalarını qəliz, ağır kino elementləri ilə ifadə etmir.