İndiyədək II Dünya müharibəsi haqqında saysız-hesabsız filmlər çəkilib. Onların arasında sadə insanların həyatı üzərində qurulan, faşizmə qarşı mübarizə aparan tarixi şəxsiyyətlərin qəhrəmanlığından danışan, sıravi döyüşçülərdən bəhs edən və s. filmlər var.
Bu ekran əsərlərinin hamısı bu və ya digər dərəcədə tarixi faktlara əsaslanıb. Amma Amerika müstəqil müəllif kinosunun yeni mərhələsinin yaradıcısı, «Kriminal qiraət», «Quduz köpəklər», «Billi öldürməli» və s. filmlərin müəllifi Kventin Tarantinonun axırıncı ekran əsəri olan «Şərəfsiz alçaqlar» filmi nəinki tarixi faktlara əsaslanmır, ümumiyyətlə, hamının qəbul etdiyi tarixi reallığı alt-üst edir. Tarantinonun filmləri ifrat dərəcə fərqli, özünəməxsus məziyyətləri ilə seçilir: qara yumor, qəhrəmanların uzun dialoqları, məşhur filmlərdən sitatlar və s. Üstəlik, tamaşaçının gözləntilərinin əksinə olaraq, onun filmləri tamamilə ağlasığmaz axarda davam edir, gözlənilməz finalla bitir.
Hər bir ekran əsərinin ərsəyə gəlməsi kollektiv əməyin məhsuludur. Tamaşaçı həmin kollektivin üzvlərindən bir qismini (aktyorları) ekranda görür, digərlərinin — ssenarist, rejissor, operator, bəstəkar və s. yaradıcı şəxslərin kimliyini ilk titrlərdən öyrənir. Filmin çəkilişində yer alan əksər şəxslərin adları isə ya əvvəldə, ya da sonda “qaçan” sətirlərlə təqdim olunduğundan çoxları üçün onlar naməlum qalır.
Kadr arxasında qalan bu insanların əməyi zəncirvarı halqanı xatırladır. Bir-birindən asılı olan və nəticə olaraq ekran əsərini ərsəyə gətirən işçi “zəncir”lərdən biri də pirotexniklərdir. Bu maraqlı, eyni zamanda kifayət qədər təhlükəli peşənin sahiblərinin kinoda öz yeri, sənət yolu var.
“Azərbaycanfilm” kinostudiyasının pirotexniki Əlibala Məmmədov 30 ildən çoxdur ki, bu sahədə çalışır. Onunla kinostudiyanın silah-sursatlı, barıt qoxulu pirotexnik otağında görüşdük.
Bu kino ki var, çox qəliz məsələdir...
Kino XIX əsrin ən maraqlı kəşfidir. 1895-ci ildə meydana gələn kino o dövrün bütün texniki yeniliklərdən daha çox bəşəriyyətin diqqətini çəkdi. Buna qədər kinoya yaxınlaşan müxtəlif komponentlər (fonoqraf, fotoqraf, kinetoskop — Tomas Alva Edison, Dikson tərəfindən) kəşf edilsə də, onların cəmindən yaranan sinematoqraf Oqüst və Lümyer qardaşlarının adı ilə bağlıdır. Sinematoqraf bütün dünyanı təəccübləndirdi.
1895-ci il martın 22-də Lui Lümyer “Lümyerin Monplezir və Liondakı fabrikindən fəhlələrin çıxması” kadrını tamaşaçılara göstərdi. Bu kiçik kadr tamaşaçıları maraqlandırdığından həmin ilin yayında Lümyer 10-dan artıq qısa süjetlər çəkdi. Dekabrın 28-də isə kinonun nadir və maraqlı tapıntı olduğunu tamaşaçılarına sübut etmək məqsədilə qardaşı Oqüstlə birlikdə Parisin Kapusinov bulvarında ictimai baxış təşkil etdi. Bu kino seansı tamaşaçıların bəşər tarixində gördüyü təəccüblü və sensasiyalı bir baxış idi. Həmin gün dünya kinosunun yaranması kimi tarixə düşdü. Beləliklə, kino XIX əsr imperialist epoxasında, kapitalist cəmiyyətində yaranan burjua mühitinin yeni bir əyləncə vasitəsi kimi qəbul edildi.
Almaniyanın «Sinema» jurnalı kino tarixində bütün dövrlərin ən qalmaqallı, mübahisəli və cəmiyyətdə tabuları qıran 70 filmin adını açıqlayıb. Bu siyahıya düşən filmlərdən daha çox maraq doğuranları təqdim edirik.
Siyahının ilk pilləsində dahi ispan rejissoru Luis Bunyuelin ekranlaşdırdığı və kino tarixində ilk qalmaqal şokunu yaradan «Əndəlus köpəyi» filmi (1929) dayanır. Ülgüclə gənc qızın gözünün kəsilməsi indiyədək dünya kinosunun ən amansız səhnələrindən biri sayılır.
Siyahıda ikinci yerin sahibi yenə də sürrealist Bunyuelin filmidir: «Qızıl əsr» (1930). Pornoqrafik film kimi damğalanan «Qızıl əsr»i qəzetlər həm də bolşevizm əhval-ruhiyyəsinə görə günahlandırırdı. O zaman filmin nümayişinə yasaq qoyulmuş, surətləri isə müsadirə edilmişdi.
Hər bir hindli üçün kinematoqraf ilk məhəbbət kimidir. Onu heç nə məhv edə bilməz. Hindistanda ən ucuz əyləncələrdən biri, qaranlıq zalda ekran qarşısında oturmaq və bütünlüklə kino adlı nağılın sehrinə qapılmaqdır. İldən-ilə hind filmlərinin estetikası dəyişir, lakin ümumi sxem olduğu kimi qalır. Mövzu olaraq bu filmlərdə mahnılar, rəqslər, musiqi və göz yaşlarını öz-özünə axmağa məcbur edən melodramatik süjet həmişə var. Hind kinosunun mövcud olduğu 100 il ərzində onun pərəstişkarlarının axıtdığı acı göz yaşlarının miqdarını heç kim bilmir. Lakin hind filmlərinə və axıdılan göz yaşlarını bir yerə toplasaq, ikinci Hind okeanının yaranmasına bəs edirdi
Hind kinematoqrafiyasının yaranma tarixi 1900-cü ildə Kəlküttə və Bombey şəhərlərində canlanmış fotoşəkillərə bənzəyən ilk süjetlərin çəkildiyi vaxtdan hesablanır. Həmin tarixdən iyirmi il sonra hind kinosu artıq cəmiyyətin sevimlisinə çevrildi. Ölkədə milli dildə filmlər çəkilməyə başladı, onlarla birlikdə ilk kino ulduzları, kadrarxası mahnıları oxuyan müğənnilər meydana gəldi. Bu müğənnilər Hindistanda kino ulduzlarından heç də az deyillər.
Görkəmli rus aktyoru Vyaçeslav İvanoviç Tixonov 1928-ci il fevralın 8-də Moskva vilayətinin Pavlovski-Posad şəhərində fəhlə ailəsində anadan olub. Valideynləri onu aqronom görmək istəyirdilər. Ancaq gələcək "Ştirlis" 1945-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirir.
Böyük kinoda ilk rolunu 1948-ci ildə «Gənc qvardiya» bədii filmində alır. Bu filmin çəkilişləri vaxtı aktrisa Nonna Mordyukova ilə tanış olur və onlar evlənirlər. Film ekranlara çıxanda onların oğulları dünyaya gəlir. Bu filmdən sonra rejissorlar onu bir müddət filmlərə çəkmirlər və aktyor teatrda müxtəlif rollar oynayır.