XX əsrin əvvələrindən dünyanın kino mərkəzinə çevrilən Hollivud sonradan “şedevr” adlandırılacaq və kinematoqrafiyanın gələcək inkişafına əsaslı təsir göstərəcək filmlər istehsal etdi. Əvvəla onu qeyd edim ki, şedevr ifadəsi (fr.hərfi mənası “ən yaxşı iş” “zəhmətin zirvəsi”) incəsənətin hər hansı bir sahəsində, o cümlədən kinematoqrafiyada yaradılan ən möhtəşəm, təkrarolunmaz əsərlərə aid edilir. Odur ki, daşıdığı məna şedevr epitetini filmlərə aid etməyi tələb edir. Bu mənada, dünya kinosunda istisna təşkil edənlərin sayı elə də çox deyil. Belə nadir istisnalardan biri də təbii ki, “Xaç atası” filmidir. Ən önəmli kino hadisələrindən biri sayılan bu möhtəşəm sənət əsəri haqqında kinotənqidçilər çox yazıb, fox fikirlər söyləyib. Amma əsl qiyməti tamaşaçı auditoriyası – özü də hələ filmin ekranlara çıxdığı uzaq 1972–ci ildə vermişdi. Belə 6 milyonluq büdcəyə malik olan “Xaç atası” 250 milyon dollar qazanmışdı.
Gürcü kinosunun tarixi Avropa kinosu ilə eyni vaxtdan başlayıb. Tiflisdə ilk kinoseans 16 noyabr 1896-cı ildə keçirilib. İlk nümayişdən sonra Gürcüstanın Kutaisi və bir neçə başqa şəhərlərində də kino mərkəzləri açılıb. 1908-ci ildə Diqxmelov və Amaşukeli gürcü kinosunun ilk eksperimental kadrlarını çəkiblər. Gürcü kinematoqrafiyasının rəsmi yaranma tarixi isə 1912-ci ildən hesablanır. Məhz bu tarixdə rejissor Amaşukelinin «Akakiya Sereteli Raça- Leçkumidə» adlı ilk tammetrajlı sənədli filmi meydana çıxıb.