Kino kateqoriyası üzrə məqalələr

Həyatınızı dəyişdirəcək filmlər və replikaları

Bu filmləri izləmədinizsə mütləq izləyin. Həyatın xülasəsi əsaslı sözlərdir. Bu filmlərə baxmış ola bilərsiniz. Lakin bu repliklər fərqli bir təsir yaradacaq. Ümid, Reallıq, Məğlub olma, Fikirlər başlığı altında sıraladık. Həyata baxış bucağınızı dəyişdirəcək 5 film və replikləri (sözləri):
Ümid
Əsarətin Bədəli — The Shawshank Redemption
-Musiqi burada, yəni içimdə. Musiqinin gözəlliyi budur, onu sizdən ala bilməzlər. Heç musiqi üçün belə şeylər hiss etmədiniz mi? Unutmamaq üçün ona ehtiyacınız var, unutmamaq üçün sənin olan bir şeyi…
Davamı →

Həyatın rənglərini səhnəyə gətirən sənətkar

Öz məktəbini yaradan və zamanın ucalığında dayanan Tofiq Kazımov! Bəlkə də ilk baxışda bu sözlər adi səslənə bilər. Amma bütün yaradıcılığı ilə zamandan yuxarıda dayanaraq onun təsirinə düşməyən görkəmli Azərbaycan rejissoru Tofiq Kazımov barəsində başqa cür düşünmək mümkün deyil. Çünki o, özü zamana təsir edirdi. Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə öz müəllimi haqqında qələmə aldığı «Dördüncü ölçünün rəngləri» adlı kitabında Tofiq Kazımovun rejissorluq yaradıcılığına güzgü tutaraq yazıb: «Milli teatr tariximizin özəl səhifəsində adı qızıl hərflərlə yazılan, bu sənəti zənginləşdirən, gələcək yaradıcı nəsillər üçün örnək olan teatrşünaslıq üçün tükənməyən tədqiqat mənbəyi kimi istifadə edilən, şəxsi ismi artıq anlayışa dönən bir rejissor var idi: bu, Səməd Mənsur oğlu Tofiq Kazımovdur».
Davamı →

"Ögey ana”da başlayıb “Fəryad”la bitən tale

Bu təsadüfdürmü, yoxsa zərurət, yəqin ki, daha çox taledir. Sadəcə tale… İnsan dünyaya gələndə onun həyat yolu artıq cızılmış olur, nə qədər çalışsan da, o cığırdan kənara çıxa bilmirsən, sadəcə yüngül sapmalar ola bilər, vassalam.
O, atasının ikinci evliyindən dünyaya gəlmişdi. Atası Cəmil Mirzəyevin birinci evliliyindən övladı olmamışdı. Hamı demişdi ki, qadınını boşa, yenidən evlən, övladın olsun, amma 17 il birgə həyat sürdüyü ömür-gün yoldaşından ayrılmamışdı kişi.
17 ildən sonra qadın dünyasını dəyişib, yalnız ondan sonra ikinci dəfə evlənib. Onun anası Marqarita xanım milliyətcə gürcüdür. Xanımın da ikinci evliliyi idi, birinci ərindən -  İbrahim Məmmədəliyevdən bir qızı da vardı.  Cəmil Mirzəyev bu qıza da öz övladı kimi baxırdı. O, yəni qəhrəmanım Ceyhun dünyaya gələndə yalnız ailənin deyil, bütün nəslin sevinci hədsiz oldu.
Davamı →

Bizim Cəbiş müəllim

O, həkim olmalıydı, hər şey birdən-birə dəyişməsəydi...
Bəlkə də, səbəbkar rəhmətlik Əliağadı. 1928-ci iliydi. Dağıstanda pioner düşərgəsindəydik. Bizi cərgəyə düzmüşdülər, mən onuncuydum. Qayda beləydi: hər kəs sırada neçənci olduğunu yüksəkdən deməliydi. Növbə mənə çatanda “desyat” dedim. Məndən sonra dayanan oğlansa “odinnadsat”  əvəzinə “desyat odin” dedi. Hamı gülüşdü. Nəzarətçi ona neçə dəfə “odinnadsat” sözünü təkrar elətdirsə də, oğlan tutduğundan əl çəkmədi. Onun qəribəliyi ürəyimə yatdı. Həmin gündən dostlaşdım onunla. O oğlan Əliağa Ağayeviydi. Sonra uzun müddət görüşə bilmədik.
Davamı →

Üç qadının sevdiyi rejissor

Heç vaxt müəllim işləməyib, amma “müəllim” adını qazanıb. Yetirmələri “müəllim”dən sevgi və ağrı ilə söhbət açırlar.
“Aktyor evinin” birinci mərtəbəsində, qapısı arxadan açılan soyuq, şəraitsiz yerdə özünün yaratdığı və rəhbərlik etdiyi Dövlət Gənclər Teatrında 20 ildən artıq bir müddətdə ard-arda tamaşalar hazırladı, istər klassik, istər müasir əsərlərə səhnə quruluşu verdi. Neçə-neçə gənc aktyorluğu, səhnə məharətini ondan öyrəndi. İstedadlara qapıları taybatay açdı, gənc yazıçılar onun etibar göstərib əsərlərinə səhnə həlli verməsi, bununla da qarşılarındakı maneələri götürməsi sayəsində dramaturq oldular.
Davamı →

Ekranlarda əbədi yaşayan korifey aktyor

Kino tənqidçiləri Ə.Ələkbərovun rollarında klassik aktyor sənəti məktəbinin gözəl ənənələrinin yaşadığını, hər aktyora müəssər olmayan yaxşı kino texnikasına malik olduğunu qeyd edirlər.
Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyində, daha sonra Bakı Teatr Texnikumunda təhsil alıb. Bir müddət Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli ("Ölülər"), ikinci bələdiyyə («Hücum») kimi yaddaqalan obrazlar yaradıb.
Davamı →

Dünyəvi ekran ustadı

Son təltifatda təşəkkürə belə heyi çatmırkən, salondan: “Maestro, Siz filmlərinizlə hər şeyi demisiz!” pıçıltısıyla da dəyərləndirilən Federiko Fellini…
Bu dahi kino-azmanı “son mənzil”ə Romadan Riminiyə (doğulduğu şəhərə) qədər misilsiz matəm korteji, yolboyu qaynaşan izdiham uğurlayıb. Sabahısı, dünya kinosunun ən məşhur isimləri onu “bu yüzildə ən böyük itki” ağrısı ilə anıb, “Kino  tarixi “Felliniöncəsi-Fellinisonrası” dönəmlərə ayrılacaq”, “Bütün yollar Romadan, ən yaxşı filmlərsə Fellini “Yol”undan keçir” kimi fikir-qənaətlərlə dəyərləndirib... 
Davamı →

Heyvanların filmlərdəki performansı

Heyvanlar dünyamızın ən sevimli, əziz sakinləridir. Hər birimiz onları qorumalı, ehtiyacları olduğu zaman qayğısına qalmalıyıq. Onlar da bizim kimi sevgini, qayğını və qəzəbi hiss edə bilirlər. Dünyaya, digər canlılara yalnız sevgi ötürək.
Bu günə uyğun olaraq, heyvanların baş rolda yer aldığı ən maraqlı filmlər siyahısını sizinlə bölüşürəm. Aşağıdakı filmlərlə rejissorlar bizə heyvanların bizi hiss etdiyini və sevdiyini bildirirlər. 

Davamı →

Ruslan Mollayev "Avropa fəlsəfəsi" ESSE

             
               Avropa İttifaqının Nümayəndə Heyəti, birinci İmagine Avropa Tolerantlıq Festivalı çərçivəsində " Daha yaxşı bir dünya xəyal et”  xəttiylə  Azərbaycana  qonaq gələn Belçikalı sənədli film rejissoru Xaiver Solano ilə sənədli filmin əhəmiyyətindən, üslub və texnikalarından danışdıq. Bənzətmələr etsək, bir daha Avropa nə qədər sərin-soyuq natarazlığı, mavi rəngdən tutqun yaşıl rəngə keçid təsirini bağışlasa da, Şərqin aydın, işıqlı havasından, isti səhra küləyindən, zəngin dağlarından daha çox insan faktoruna əhəmiyyət verdiyini görürük. Avropa «Hər kəs özü üçün” -  anlayışıyla yaşasa da laqeydlikdən uzaqdır və bu onların filmlərində də öz əksini tapır. 
Davamı →

Zəncirlənmiş adam

Son çay quruyanda, son ağac yox olanda, son balıq öləndə ağ insanlar pulun yeyilməyən bir şey olduğunu anlayacaqlar.
                                                                                                                    (Qızıldərili atalar sözü)

“Zəncirlənmiş adam” qısametrajlı bədii televiziya filminin adını oxuyanda hansısa cinayətə görə cəzalandırılmış və buna görə də zəncirlənmiş insan gözümün qabağına gəldi. Filmin gedişində yanıldığımı anladım, hətta sarsıldım. Ac qalmamaq, həyat yoldaşını və gələcək övladının həyatını təmin etmək üçün iş axtaran Alvardo sonunda Nikandro adlı varlı sahibkarın evində işləməyə razı olur. İşin nədən ibarət olduğunu bildiyimdə dəhşətə gəldim. İnsan it olacaqdı.

“Necə it olacaq?” sualı yəqin ki, hər kəsdə yarandı. Alvardo Nikandrodan ona iş verilməsini xahiş edir, pula ehtiyacı olduğunu söyləyir. Nikandro Alvardo üçün işin olmadığını dəfələrlə təkrarlayır. Bu zaman onun evini qoruyan Alfa adlı itin yerində olmadığını, öldüyünü öyrənən Nikandro Alvardonun yalvarışına “Məndə iş yoxdur. Bax it də ölüb. İstəyirsən onun əvəzinə səni işə götürüm. Hürə bilirsən?” deyə cavab verir. Burada pulun insanların həyatında paradoksallıq yaratdığının, insanın pula da öz əli ilə hazırladığı bütlər kimi sitayiş etdiyinin şahidi olursan.
Davamı →
Top