Kino kateqoriyası üzrə məqalələr

Müharibə filmlərinin uşaqları

Müharibə filmlərində tamaşaçılara ən çox uşaqlarla bağlı epizodlar təsir edir. Çünki uşaqlar böyük tamaşaçıların ən həssas yeridir. Bəzən rejissorlar uşaqları çəkdikləri epizodlarda həddindən artıq sentimentallığa da varırlar. Bəzi filmlərdə uşaq obrazlarıyla pafosun gücünü artırırlar.
Davamı →

Mirzə Fətəli Axundovun Hacı Qara pyesi əsasında çəkilmiş eyniadlı film

Pyesin süjetinə görə, xəsisliyi ilə ad çıxaran parça taciri Hacı Qaranın son vaxtlar işləri tərs gətirir. Digər personajlarından biri, döyüşdə, soyğunçuluqda ad çıxaran Heydər bəy Sona adlı qıza nişanlıdır. Amma pulu olmadığından el adəti ilə toy edə bilmir. Dostu Əsgər bəy ona məsləhət görür ki, Sonanı qaçırsın. Bu təklif Heydər bəyin ürəyincə deyil. Çünki qızın valideynlərinin naçalnikə şikayət edəcəyindən, nəticədə yenə qaçaq düşəcəyindən ehtiyatlanır. O, həm də bəy kimi bunu özünə yaraşdırmır.
Dostlarının məsləhəti ilə o, Hacı Qaradan pul götürməyi və İrandan qaçaq mal gətirərək onun qazancı ilə toy eləməyi qərara alır.
Davamı →

Tarixin çətin dönəmlərində dəyişən incəsənət

Tarixin ən çətin dönəmlərində — İkinci Dünya müharibəsindən, planetdə yayılan pandemiyalardan sonra kinoda, dramaturgiyada yeni bir dalğa başlayıb. Yaradıcı insanlar bu xüsusda bəşəri mövzuları özündə əks etdirən yaradıcı işlər təqdim edərək yenilik etməyə cəhd ediblər. Qlobal problemləri özündə əks etdirən filmlər isə tarixi film kimi kino yaddaşına çevrilməyi bacarıb. Bundan başqa, tarixə nəzər salsaq, elə teatr aləmində də eyni proseslərin baş verdiyini görmüş olarıq.
Davamı →

İosif Stalin Yanin Jeymonu sevməsə də

Zoluşka tammetrajlı musiqili cizgi filminin 70 yaşı tamam olur. Cizgi filmi ekranlara çıxanda, dərhal «yeni klassika» kimi qəbul edildi. 1950-ci ildə «Uolt Disney Production” studiyasında istehsal olunan film Şarl Perronun eyniadlı nağılının motivləri əsasında çəkildi.
Film tezliklə Berlin və Venesiya festivallarında mükafatlandırıldı. Onilliklər ərzində onun baş qəhrəmanı Zoluşka qadın arzularının simvoluna çevrildi və kukla satışından kampaniyaya milyardlar qazandırdı. Daha sonralar isə çox sürətlə idealların romantik simvolundan cəmiyyətin patriarxal embleminə çevrildi.
Davamı →

Filmlərin təsnifatı necə aparılır?

Dünya praktikasında bununla bağlı xüsusi qaydalar var, bizdə isə bu işi TV-lər özləri görürlər
Amerika Kino Assosiasiyası valideynlər üçün övladlarının filmlərə baxışını müəyyənləşdirmək üçün kateqoriyalar təyin edib. Belə ki, 13+,16+ və 18+yaş kateqoriyaları üzrə filmləri müəyyənləşdirən sistem ekran əsərlərinin yaxşı və ya pis olacağı barədə öz üzərinə tənqid funksiyasını götürmür. Sadəcə, uşaq gözü üçün filmin potensial təhlükəsini müəyyənləşdirir.
Davamı →

O filmləri izləyin ki, darıxmayasınız

Mütəxəssislər karantin günlərində virusla bağlı çəkilən filmlərə baxmağı məsləhət görmürlər
 Karantin günlərində darıxan insanlar vaxtlarını səmərəli keçirmələri üçün daha çox filmlərə baxmağa üstünlük verirlər. Bəzi insanlar isə film izləmək üçün karantin günlərinin uyğun vaxt olduğunu qeyd edirlər. Belə günlərdə telekanallarda dünyanın ümumbəşəri problemlərini özündə əks etdirən filmlər nümayiş olunsa da, ekspertlərimiz bunun əks təsir göstərə biləcəyini bildirirlər.
Rejissorlar insanlara, belə həssas dönəmlərdə daha çox tarixi və komediya janrında olan filmlərə baxmağı tövsiyə edirlər.
Davamı →

Yoluxucu xəstəlik haqqında çəkilmiş fimlər

COVID-19 virusunun dünyaya yayılması ilə birlikdə dünya böyük bir yoluxmanın təsiri altına düşdü. Təbii ki, koronavirus dünyadakı ilk yoluxucu virus deyil. İnsanlara təsir etdiyi kimi film dünyasında da epidemiya mövzusuna yer verilib. Hamımızın bir şeylər öyrənə biləcəyi epidemiya haqqındakı filmləri sizlər üçün sıraladıq.
Davamı →

Azərbaycan kinosunun əcnəbi qəhrəmanları

Yəqin ki, çoxlarınız “Qanun naminə” filminə baxıb. Film geniş tamaşaçı kütləsi arasında daha çox “Mehman” adı ilə tanınır. Filmdəki hadisələr 1930-cu illərdə Azərbaycan rayonlarının birində cərəyan edir, o dövrün hüquq-mühafizə orqanlarının gərgin fəaliyyətindən bəhs olunur. Rayonların birinə işləməyə gəlmiş prokuror Mehman qatı cinayətlər törədənlərə qarşı mübarizədə öz həyatını qurban verməli olur.
Yazıçı Süleyman Rəhimovun “Mehman” povesti əsasında ekranlaşdırılan “Qanun naminə” filmini rejissor Muxtar Dadaşov çəkib. Bu ekran əsərində baş rolu – Mehmanı canlandıran aktoyr azərbaycanlı deyil, milliyətcə osetindir. Söhbət tanınmış sovet teatr və kino aktyoru Bimbolat Vatayevdən gedir.
Davamı →

Uğurlu olmaq istəyən hər bir qadının baxmalı olduğu filmlər

Ümumiyyətlə qadınların motivasiyası kişilərdən çoxdur. Lakin qadın əlavə motivasiya depolamaq üçün nəsə etmək istər. Kimi bu zaman kitab oxuyar, kimi musiqiyə qulaq asar, kimi filmə baxar. Bugünkü məqaləmizdə öz motivasiyasını filmlərlə bərpa etmək istəyən qadınlar üçündür. 1Lady.az komandası uğurlu qadının baxa biləcəyi 8 filmi sizlər üçün sıralamışdır.
Qeyd: İMDb xalı İnternet Movie Database  ifadəsinin baş hərflərindən meydana gəlmiş filmlərin 10 ballıq şkala üzrə reytinq portalıdır.
Davamı →

Yazdığı hər sözə görə məsuliyyət daşıyan qələm adamı

"İstismarçı kapitalistlər”, «azğın burjua nümayəndələri” və s. və i. adlarla Sovet dövrü tədqiqatlarında gündə yüz dəfə ən aşağı sözlərlə tənqid, təhqir edilən, başda H.Z.Tağıyev olmaqla, milli qeyrətimizin təcəssümü olan Bakı milyonçuları haqqında müstəqilliyimizi əldə etdikdən sonra  saysız-hesabsız məqalələr, esselər, kitablar, əsərlər yazıldı, filmlər çəkildi. Amma zaman, məkan sübut etdi ki, uzun illər yanlış tədqiqata cəlb edilən, söyülən, döyülən milli burjua nümayəndələrimiz haqqında hələ bir çox qaranlıq mətləblər işıqlandırılmalıdır. Buna ehtiyac və tələbat var.
Davamı →
Top