Adamlara yuxarıdan baxmaq lazımdı. İşığı yandırıb pəncərənin qabağında dururam: onlar, hətta, özlərinə yuxarıdan baxmağın mümkün olacağından şübhələnirlər: üz tərəfin, bəzən də arxanın qayğısını çəkirlər, amma onların bütün biclikləri boyu bir metr yetmiş santimetrə çatanlara hesablanıb. Kimsə, tutaq ki, yeddinci mərtəbədən görünən silindrin hansı forma aldığı barədə fikirləşibmi? Sadə səhlənkarlıq üzündən öz çiyinlərini və kəllələrini alabəzək rənglərlə, parlaq parçalarla örtmürlər, bəşəriyyətin ən qüdrətli düşmənilə — dərinlik perspektiviylə mübarizə aparmağı bacarmırlar. Əyilirəm, məni gülmək tutur: bəs onların bu qədər fəxr elədikləri o məşhur “dik yeriş” hanı axı? Onlar səkidə yayılıblar, iki uzun yarısürünən qol-qıçları da çiyinlərinin altından sallanır.
Yeddinci mərtəbənin eyvanında – gör bütün ömrümü harda yaşamalıyam. Mənəvi üstünlüyü maddi rəmzlərlə saxlamaq lazımdı, bunsuz o süqut eləyər. Yox, o cür adamlar üzərində üstünlüyüm məhz nədən ibarətdi? Başqa bir şeydə yox, mövqe üstünlüyündə: mən öz içimdəki adamın çiyninə çıxıb ona tamaşa eləyirəm. Notr-Dam kilsəsinin qüləllərini, Eyfel, Sakr-Ker qüllələrinin platformalarını, Delambr küçəsindəki yeddinci mərtəbəsini ona görə sevirəm. Gözəl rəmzilikdi.
Xalq mənə versə də əziyyət, kədər,
Qıymaram incisin məndən bir nəfər. (Şərəfnamə)
Eşqinlə atəşə dön, nifrətinlə buza dön,
El yolunda günə dön, aya dön, ulduza dön!
Yaxşılığın hər yanda qapı açar üzünə… (Sirlər xəzinəsi.)
Əziyyət eyləsən, cəfa görərsən,
Mehribanlıq etsən, səfa sürərsən. (Xosrov və Şirin)
Yamanlıq etməkdən uzaq ol, uzaq,
Pisliyin əvəzi pislik olacaq. (Xosrov və Şirin)
1) Yer üzündə ən qədim kitab “Prissanın papirusu”dur. O, bizim eradan əvvəl 3350-ci ildə yazılıb. Təbii ki, kitabı Fiv şəhərindəki piramidalardan birində tapıblar. Papirusun məzmunu bu gün də tamamilə aktual olan bir mövzuya həsr olunub. Bu, nəsillərin konfliktidir. Papirusun müəllifi gənclərin əxlaqsız, tənbəl və tərbiyəsizliyindən şikayətlənir. Göründüyü kimi, beş min ildən də artıq bir müddət ərzində heç nə dəyişməyib.
2) Ədəbiyyatşünaslar Şekspirin əsərlərində işlənən “sevmək” sözünü sayıblar. Bu söz sənətkarın əsərlərində 2259 dəfə, ”nifrət” sözü isə cəmi-cümlətani 229 dəfə işlənib.
3) Ən darıxdırıcı kitabların siyahısına “Hərb və sülh”, “Cinayət və cəza”, “Uliss”, “Əl-kimya” və “Harri Poter və Od Qədəhi” əsərləri daxildir.
4) Kitaba görə ən böyük qonorarı şair Oppian alıb. O, iki poemasının – “Balıq ovu” və “Ov” – hər sətrinə bir qızıl sikkə Qazanıb. Kitabdakı sətirlərin ümumi sayı iyirmi min idi. Pul Roma imperatoru Mark Avrelin tərəfindən ödənilib.
5) Dünyada ən çox oxunan kitaba gəldikdə isə birinci yeri “Bibliya” tutur, ümumi tirajı – 6 milyard nüsxədir. İkinci yer Mao Tszedunun sitatlarınındır. Üçüncü yer isə hələ ki “Üzüklər şahzadəsi”nə məxsusdur.
Qoca bir çalğıçı Puşkin abidəsinin yanında skripka çalmağı sevirdi. Həmin abidə Moskvada Tver bulvarının başlanğıcındadır, onun dörd tərəfindən yuxarı mərmər pillələr qalxır, abidənin dövrəsində kim bilir, nə qədər şeir yazılıb. Qoca çalğıçı bu pillələrlə düz heykəlin oturacağınacan qalxıb üzünü bulvara sarı, uzaqdakı Nikita darvazasına sarı tutar, əlindəki yayı skripkanın simlərinə sürtərdi. Uşaqlar, yoldan ötənlər, yaxın qəzet köşkünün müştəriləri dərhal heykəlin ətrafına toplanardılar, musiqini dinləmək üçün lal-dinməz dayanardılar; axı musiqi adamları toxtadır, onlara səadət və xoş anlar, saatlar bəxş edir. Çalğıçı skripkanın futlyarını heykəlin əks tərəfində yerə qoyardı, futlyar açıq idi, orada bir tikə qara çörək və alma vardı; qoca acanda yeyəcəkdi.
-Quzum, yavrum! Adın nədir?
İkinci əl kitab satan mağazada işləyəndə məni ən çox sarsıdan şey həqiqi kitabsevərlərin azlığı idi. Əlbəttə, əgər siz belə bir yerdə işləmirsinizsə, ora təsəvvürünüzdə yaşlı amma yaraşıqlı bir kişinin dana dərisi ilə cildlənmiş foliantları nəzərdən keçirdiyi bir cənnət kimi canlanacaq. Bizim mağazamızın son dərəcə maraqlı kitab fondu var idi. Mən hələ də müştərilərimizin yalnız 10 faizinin belə yaxşı kitabı pis kitabdan ayıra bildiyinə şübhə ilə yanaşıram. İlk nəşr vurğunları həqiqi ədəbiyyat sevərlərdən daha çoxdur, amma ucuz dərslik axtaran şərqli tələbələr az olmasa da, bacı usaqlarına doğum günü hədiyyəsi axtaran dalğın qadınlar isə çoxluq təşkil etməkdə idi.
Bəyaz saqqallı ahıl dilənçi bizdən sədəqə istədi. Yol yoldaşım Jozef Davranş ona beş frank verdi. Mənim heyrətləndiyimi görən Jozef izah elədi:
— Bu bədbəxt qoca indi sənə nağıl edəcəyim bir olayı mənə xatırlatdı. O əhvalatı heç vaxt unutmuram. Qulaq as.
Əslən mən Havr şəhərindənəm. Çox da varlı olmayan ailəmiz dolanışığını birtəhər təmin edirdi. İdarədə axşamacan çalışan atamın maaşı qəpik-quruş sayılardı. Məndən başqa iki bacım da vardı.
Hər şeydə qənaət eləmək anamın canını sıxırdı və bundan dolayı atam vaxtaşırı ondan ağır tənbehlər, üstüörtülü kinayələr eşidərdi. Zavallı atamın bunların cavabında etdiyi jest mənə dərin iztirab verərdi. Alnının tərini silməsini xatırladan bu hərəkətdən sonra susduğundan onun bu çarəsiz kədəri qismən mənim də çiyinlərimə çökərdi. Ev təsərrüfatımızda bacardıqca hər şeyə qənaət edərdik: qonaq çağırıldığımız yerlərə getməzdik ki, qarşı tərəfi qonaq dəvət etmə məcburiyyəti duymayaq. Ərzağın ən ucuzunu, yatıb-qalmışını özümüzə rəva bilərdik. Bacılarım donlarını özləri biçib-tikərdilər və metrəsi on beş santimə satılan hər hansı kantı alıb-almamaq barədə uzun-uzadı məsləhətləşərdilər. Hər gün yediyimiz ət şorbasına və mal əti soyutmasına cürbəcür ədviyyatlarla fərqli dad qazandırardıq. Bunun çox dadlı və cana faydalı olması söylənsə də, şəxsən mən fərqli bir şeyə üstünlük tanıyardım.
Hər səfər düyməm qopub düşəndə və ya şalvarım cırılanda atamın amansız kötəklərinə tuş gələrdim.
Bütün bunlara rəğmən, biz hər bazar günü geyinib-keçinib, bəndin üstündə sahil gəzintisinə çıxardıq. Başına silindr, əlinə əlcək, əyninə sürtuk (frakdan daha qısa olan, uzun ətəkli pencək – A.Y.) geyən atam bayramlarda xüsusi bəzədilən gəmini xatırladan anamın qoluna girərdi. Hamıdan əvvəl bu gəzintilərə hazır olan bacılarım bizim yır-yığışımızı gözləməli olardılar. Amma ən son məqamda ailə başçısının sürtukuna düşən, hamının nəzərindən qaçan bir ləkə aşkar olunardı və onun əlüstü təmizlənməsi üçün bütün ümid benzinə batırılmış əsgiyə qalardı.

Mən çox çıxılmaz vəziyyətdəydim; təcili getmək lazım idi; on mil aralıdakı kənddə məni ağır xəstə gözləyirdi; onunla mənim aramızı dəhşətli çovğun kəsmişdi; mənim arabam vardı, elə bizim kənd yolları üçün yarayan yüngül və hündür təkərli araba; əlimdə yol çantası, özüm də kürkə bürünüb getməyə hazır vəziyyətdə həyətdə dayanmışdım; di gəl, atım yox idi! Builki sərt qışın ağrı və məhrumiyyətlərinə dözməyən at ötən gecə gəbərmişdi; qulluqçum kəndi axtarmağa başladı ki, bəlkə biri mənə at verə, lakin gözlədiyim kimi ümidsiz cəhd. Və mən getdikcə sıxlaşan qarm altında hərəkətsizlikdən keyiyərək boş-boşuna dayanıb durmuşdum.
Bu da qulluqçum, o təkdir; hələ darvazanın yanından fanarla mənə işarə edir. Əlbəttə ki, belə bir vaxtda, üstəlik de bu cür yol üçün mənə heç kim atını verməzdi! Yenə də həyətdə var-gəl etdim, lakin onsuz da ağlıma bir şey gəlmədi. Qayğılı və fikirli halda istifadəsiz qalmış donuz pəyəsinin laxlayan qapısına ayağımla toxundum. Qapı açıldı və rəzələri cırıldadı. Pəyədən hərarətlə birgə elə bil at iyi də gəlirdi. Tavandakı kəndirdə tutqun fənər yellənirdi. Alçaq anbarçada ikiqat bükülüb oturmuş yekəpər bir kişi mənə sarı çevrilib göy gözlərini üzümə zillədi.
-Əmrinizlə, yəhərləyimmi? – deyə o iməkləyə-iməkləyə soruşdu.
Bilmədim ki, ona nə deyim. Fəqət əyildim ki, orada daha nə olduğunu görüm. Qulluqçu qız onun yanında dayanmışdı.
- Varlının heç ağlına da gəlməz ki, onun təsərrüfatında nə var, nə yox, – qulluqçu qız belə deyən kimi hər ikimiz güldük,
Məhkəmə məmurunun arvadı Anna Lvovna Kuvaldina canını tapşıranda qohum-əqrəba və tanışlar yığışıb məsləhət tökdülər:
— Yaxşı, indi nə edək? Hər halda ərinə xəbər vermək lazımdır. Ayrı yaşamalarına baxmayaraq, o, rəhmətlik arvadını sevirdi. Bir də görürdün gəlib qadının qarşısında dizin-dizin sürünərək elə hey: «Annacan! Axı, mənim bu ötəri əyləncəmi nə zaman mənə bağışlayacaqsan?» — deyə yalvarır və ya buna bənzər şeylər söyləyirdi. Hər halda olaydan onu xəbərdar etmək lazımdır…
Ağlamaqdan gözləri şişən yaşlı bir qadın evə toplaşanlardan polkovnik Piskaryova üz tutdu:
— Aristarx İvanoviç! Siz Mixail Petroviçlə yaxınsınız. Yardımınızı bizlərdən əsirgəməyin, iş yerinə gedib, başımıza gələn bu müsibəti ona söyləyin! Amma, canım-gözüm, hər şeyi birdən-birə açıb deməyin ha, yoxsa halı fənalaşar, çünki o zavallı da xəstədir. Əvvəlcə onu bu xəbər üçün bir az hazırlayın, sonra isə...
Papağını geyinən polkovnik Piskaryov dul qaldığından xəbərsiz olan dostunun çalışdığı Yollar İdarəsinə üz tutdu. Otağa daxil olduğu zaman dostu balans hesabatıyla məşğul idi.