XX əsrin ikinci yarısında bəşəriyyət böyük elmi- texniki inkişafa nail oldu. Atom enerjisinin kəşf edilməsi, kosmosun fəth olunması, yeni texnologiyaların (kompüter, robot, peyk əlaqəsi və s.) meydana gəlməsi mədəniyyətin forma və məzmununda dəyişikliklərə uğraması ilə nəticələndi. Bu dəyişikliklərin müsbət və mənfi nəticələri yarandı.

Pantomima sözsüz aktyor oyunu olub, səhnə sənətinin bir növüdür. Mim heç bir söz demir. Bunun əvəzində o, hekayəni öz hərəkətləri ilə “danışır”. Aktyor hisslərini ifadə etmək üçün üzündən, əllərindən və bədənindən istifadə edir. Mimlər rəqqaslara bənzəyirlər. Tamaşaçılar onları başa düşsün deyə onlar hərəkətlərini dəqiq nəzarət altında saxlayırlar.
Mədəniyyətlər daima bir-birinə təsir göstərir. Onların təbiəti belədir. Çünki əlaqə olmasa, nə varlığını qoruyub saxlayar, nə də inkişaf edərlər. Zaman-zaman mövcud olan yaradıcı qüvvələr qapalı inkişafın nə qədər məhdud olduğunu biliblər. Axı incəsənət daima başqaları ilə qaynayıb-qarışmalı, yeni axınlardan qidalanmalıdır. Beləliklə, onlar bəşərin yaratdığı mədəni irsin zənginliyindən istifadə edərək qurub-yaratmışlar. Fərqli bədii formaların üzvü birləşmə yolu bir qayda olaraq böyük proseslərdən keçir. Bütün bunlardan əlavə, həqiqi yüksək sənət ruhi-mənəvi dəyərlər yaradaraq insanların ünsiyyət qurmağına, birləşməyinə xidmət edir. Bu, sənət adamının missiyasıdır.