Dünya ədəbiyyatına iki nəhəng roman bəxş etməyinə baxmayaraq, ömür yolunda baş verən mənəvi dəyişiklik dövrünə qədər Lev Nikolayeviç Tolstoy adi rus zadəganlarından biri kimi yaşamışdı. Öz həyat tərzini belə təsvir edirdi:
Bəlkə də imzası uydurma idi, amma yazarlar arasında «gerçək» Samuel Lenqhorn Klemens qədər səmimi ikinci bir imzaya rast gəlmək çətindir. «Mark Tven» sadəcə, Klemensin çoxsaylı təxəllüslərindən biridir. O, eyni zamanda Tomas Cefferson Snodqrass, Avara, Coş, Çavuş Fatom və U.Epami-nondas Adrastus Blab imzaları ilə də çap olunurdu. Lakin onun ən məşhur təxəllüsü naviqasiya sahəsindən gəlmiş və «iki dəniz ölçüsündən» götürülmüşdü — çay gəmilərinin hərəkət etməsi üçün lazım olan minimal dərinlik. O, bu təxəllüsü hələ gəncliyində, Missisipi ilə üzərkən, gəmidə işləyəndə götürmüşdü.
«Dərin olmasam da, — bir dəfə Onore de Balzak demişdi, — kifayət qədər əhatəli adamam». Bu, ikibaşlı fikrin nə səbəbdən və hansı şəraitdə söyləndiyi məlum deyil; yəqin ya öz xarici görünüşünə, ya da zəhmətlə qazandığı ədəbi uğurlarına (ya da elə hər ikisinə) görə belə qətiyyətlə deyib. Mübaliğəsiz olaraq Balzakı dünya yazarları arasında ən gonbul qələm adamı kimi qəbul etmək olar. 160 santimetr boyu olan ağır cəmdək iki çöp kimi nazik ayaqlar üstə zorla tab gətirirdi. O, birmənalı olaraq özünün qarqantüasayağı (Fransua Rablenin «Qarqantüa və Pantaqruel» romanının qarınqulu qəhrəmanına işarədir. tərc.) iştahı, qeyri-adi bər-bəzəyi və ədəbsizliyi ilə məşhur idi.
Bir qəlbin sirli yaşantıları və intiharı...
Artur Konan Doyl bacarıqsız terapevt kimi tanınsa da, bir oftalmoloq kimi böyük şöhrət qazanmışdı. Yazıçının böyük həvəslə qələmə aldığı tarixi romanları hələ öz sağlığında oxumurdular. O, pərilərin gerçək mövcudluğunu və gözbağlayıcı Harri Qudininin qeyri-adi bacarıq sahibi olduğunu heç kəsə sübut edə bilmirdi. Amma A.K.Doyl müəyyən şeylərə nail ola bildi və onun yaradıcılığı nəşriyyat aləminə yenilik gətirdi.
23 aprel dünya ədəbiyyatı tarixinin ən sevindirici, eyni zamanda, həm də kədərli günlərindən biridir. 1564-cü ildə həmin gün Uilyam Şekspir (onun xaç suyuna çəkilməsi günü kimi doğumundan üç gün sonranı qəbul etsəz, bu tarixlə də razılaşsaz) və elə həmin gün, amma 52 il sonra da dünyasını dəyişib. Migel de Servantes — məşhur “Don Kixot”un müəllifi də 1616-cı ilin 23 aprelində dünyadan köçüb, amma o özü etiraf edirdi ki, birincilik uğrunda yarışda palma budağı seçimi qarşısında qalsaydı, mükafat bütün dövrlərin və xalqların insanlarının dahi kimi qəbul etdiyi Şekspirin payına düşərdi.
İngilis yazıçısı Şarlotta Bronte 1816-cı ildə Yorkşirdə anadan olub. Bronte bacıları — Şarlotta Bronte, Anna Bronte, Emili Bronte XIX əsr ingilis ədəbiyyatında tənqidi realizmin banilərindəndir.
Faciəli həyatı və «Ceyn Eyr» alı romanı ilə tanınan ingilis yazıçısı Şarlotta Bronte 1816-cı il aprelin 21-də İngiltərədə «Tronton» məzarlığına baxan keşiş ailəsində doğulub.
Şotland tibb mütəxəssisləri iddia edirlər ki, Şerlok Holmsın ortağının prototipini tapıblar. Artur Konan Doylın məşhur əsərinin həkim qəhrəmanı doktor Vatsonun protitipi Danimarkadan olan osteopat həkim Uilyam Smitdir.