Amerikalı Dram yazarlarının konfransından yenicə qayıtdım və fikirlərim “soyumadan” bu yazını qələmə alıram. Əvvəlcə qeyd edim ki, bu, bədii nəsrin, əslində, bütün janrlarında yazan müəlliflərin qatıldığı bir konfrans idi. Bu qəbildən tədbirlərdə mümkün olduqca çox iştirak etməyə can atıram. Künc-bucaqda qalan istedadlardan parlaq işıqlar altında fərəhlə gəzənlərinə kimi hər sinifdən yazarla həmsöhbət olmaq imkanı əldə edirəm. Əksər hallarda çıxış, tanıtım imkanlarından şikayətçi olanların kitablarını tanıtmaq sırası gələndə “təkərlərinin boşaldığı”nın şahidiyəm.
Fərasət isə tanıdığım bütün uğurlu yazıçıları birləşdirən bəlkə də, ən nəzərəçarpan cəhətdir. Hər yazar özünəxas kitab marketinqi üsulları ilə bir-birindən fərqlənsə də, janrından asılı olmayaraq, təqdimat edən bütün uğurlu yazarların özünəinam və işlək strategiyaları birləşdirən “hazır top”-u var. Xüsusilə də, yenicə yazarsınızsa, bu məsləhətlərə qulaq versəniz, yaxşıdır. Ola bilər ki, hazırda bu yazıda sadalanacaq 14 vərdişdən bəzilərinə və ya heç birinə sahib deyilsiniz. Amma əminliklə deyə bilərəm ki, uzun illərdir müşahidə etdiyim bütün uğurlu yazıçıları birləşdirən bu vərdişləri mənimsəmək sizə heç bir zərər verməyəcək. Bu vərdişləri nə qədər tez tətbiq edib, ənənəyə çevirsəniz, irəliləmək sizin üçün bir o qədər asan olacaq.