Iqtisadi hadisələrin mahiyyətinə varmaq, onların inkişaf qanunlarını dərk etmək və fəaliyyət mexanizmini aşkara çıxarmaq yalnız elmi cəhətdən əsaslandırılmış tədqiqat metodlarından istifadə olunduqda mümkündür.
Elmi metod-gerçəkliyin öyrənilməsini, təbiət və cəmiyyət hadisələrinin dərk olunmasına yanaşılmasını, elmi təfəkkür qaydalarını və obyektiv aləmin qanunauyğunluqlarını əks etdirən üsul və vasitələrin toplusudur.
Hər bir elm kimi, iqtisadi nəzəriyyənin də özünəməx-sus spesifik tədqiqat metodları vardır. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, iqtisadi problemləri öyrənmək məqsədilə onların haqqında faktlar toplanır. Buna təsvir və ya empirik metod deyilir. Bundan sonra faktlara əsasən iqtisadi prinsiplər müəyyən olunur ki, bu da iqtisadi təhlil adlanır. Deməli, iqtisadi nəzəriyyə özünün predmetini öyrənmək üçün təhlil metodundan geniş istifadə edir. Təhlil zamanı obyekt tərkib hissələrinə ayrılır, onlar ayrılıqda hərtərəfli öyrənilir, tamın daxilində hər birinin yeri və rolu aydınlaşdırılır.
Iqtisadi təfəkkür iqtisadi şüurun ünsürlərindən biri olmaqla, insanların mənəvi fəaliyyətlərinin başlıca tərkib hissəsidir. O, insanların ətraf aləmi, burada baş verən iqtisadi hadisə və prosesləri dərk etmələrinin xüsusi formasıdır. Başqa sözlə, iqtisadi təfəkkür insanların istehsalın qanunauyğunluqlarını anlayışlar və onların arasındakı məntiqi əlaqə və asılılıqlar vasitəsilə özlərinin şüurlarında əks etdirmələri deməkdir. Beləliklə, iqtisadi təfəkkür – insanların sosial-iqtisadi münasibətlərə və onların inkişaf qanuna-uyğunluqlarına dair baxışları sistemidir.
Iqtisadi təfəkkürün obyektini, onun subyektindən fərqləndirmək lazımdır. Iqtisadi təfəkkürün obyektini iqtisadi münasibətlər təşkil edir. Onun subyekti isə istehsalı təşkil və idarə edən insanlardır. Iqtisadi təfəkkürün xarak-teri və məzmunu bir sıra amillərdən-cəmiyyət həyatının sosial şəraitindən, sinfi mənsubiyyətdən, istehsalın və əmək təşkilinin vəziyyətindən, kollektivdə formalaşan qarşılıqlı münasibətlərdən, məişət qayğılarından və s. asılıdır.
Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiətin, həm də cəmiyyətin sirlərini öyrənməyə çalışmışlar. Indi hamıya məlumdur ki, elmlə, incəsənətlə, siyasətlə məşğul olmazdan əvvəl, yemək şeylərinə, paltara, ayaqqabıya, yanacağa, mənzilə və başqa nemətlərə malik olmaq lazımdır. Buradan aydın olur ki, yaşamaq üçün ən zəruri nemətlər istehsalı insan cəmiyyəti həyatının əsasını təşkil edir. Lakin bu nemətlər insanlara hazır halda verilmir. Onları in-sanların özləri, həm də bir-birilərindən ayrılıqda, təkbətək deyil, qruplar, kollektivlər şəklində, yəni birlikdə istehsal edirlər. Bu məqsədlə, onlar mövcud təbii və maddi ehtiyatlardan–mineral xammal ehtiyatları, işçi qüvvəsi, idarəetmə bacarığı, maşın və avadanlıqlar, torpaq və s.istifadə edirlər. Lakin iqtisadi ehtiyatların məhdud miqdarda olması is-tənilən qədər nemətlər istehsal etməyə və ideal cəmiyyət ya-ratmağa imkan vermir. Çünki cəmiyyətin tələbatı sonsuzdur və o, istehsal imkanlarına nisbətən daha sürətlə artır. Bu isə mütləq mənada nemətlər bolluğunun yaradılmasını qeyri-mümkün edir.
THE COST OF REDUCING INFLATION
1979-cu ildə neftin qiymətinin 2 -ci qəfil qalxmasından və dünya iqtisadiyyatında təklifin müvafiq şok dəyişikliyindən sonra 2 ay əvvəl FES-in sədri vəzifəsinə təyin edilmiş Pol Volker cavab tədbirləri barədə qərar qəbul etdi. Milli pul sisteminin qoruyucusu kimi o, başa düşürdü ki, yalnız bir çıxış yolu var — antiinflyasiya siyasəti. Pol Vorker FES-nin tabeçiliyində olan alətlərin (pul kütləsinin idarə olunması) inflyasiyanın sürətini azaltmağa imkan verəcəyinə şübhə etmirdi. Lakin qısamüddətli dövrdə antiinflyasiya siyasətinin məsrəfləri nədir? Bu suala cavab vermək çox çətin idi.
Beləliklə, 1968-ci ildə M.Fridmen və E.Felps belə bir nəticəyə gəldilər ki, siyasətçilər Fillips əyrisinə əsaslanaraq işsizliyin səviyyəsini aşağı salmaq naminə yüksək inflyasiyaya razı olsalar, onların qələbəsi labüd olacaq.
Inflyasiyanın sürətindən asılı olmayaraq işsizliyin son nəticədə təbii səviyyəyə qayıtması haqda fikir təbii səviyyə nəzəriyyəsi adlanır. Bir neçə il sonra pul-kredit və maliyyə-büdcə siyasətlərinin aparılmasına cavabdeh olan dövlət xadimləri özləri də istəmədən bu nəzəriyyənin doğruluğuna inanmağa imkan verən eksperiment həyata keçirdilər. Təcrübələr ABŞ iqtisadiyyatı üzərində keçirilirdi.
THE CROWDING-OUT EFFECT
Multiplikator effekti onu nəzərdə tutur ki, maliyyə-büdcə siyasətinin nəticəsi dövlət xərclərinin həcminin dəyişməsi ilə müqayisədə məcmu tələbin daha çox artması ola bilər. Lakin dövlətin iqtisadi siyasəti əks istiqamətdə fəaliyyət göstərən effektlə də müşayiət oluna bilər. Dövlət xərclərinin artması əmtəə və xidmətlərə tələbi stimullaşdırır. Lakin o, eləcə də faiz dərəcəsinin yüksəlməsinə gətirib çıxarır. Bunun nəticəsi isə əmtəə və xidmətlərə tələbin azalması olur. Büdcə ekspansiyası nəticəsində faiz dərəcəsinin artması ilə meydana çıxan tələbin azalması sıxışdırma effekti adlanır.