Ekonomiks kateqoriyası üzrə məqalələr

28. Beynəlxalq sazişlərdə qiymətlər: real və nominal mübadilə kursları

Biz dövlət sərhəddini keçən əmtəə və xidmətlər axınlarının və kapital axınlarının vahid ölçüsü ilə tanış olduq. Bu kəmiyyət dəyişənlərinə əlavə olaraq makroiqtisadiyyat üzrə mütəxəssislər qiymətlərə görə beynəlxalq sazişlər baş verdiyindən onları öyrənirlər. Istənilən daxili bazarda olduğu kimi, əmtəənin qiymətini alıcıların və satıcıların fəaliyyəti uyğunlaşdırdığı kimi, elə beynəlxalq sazişin qiyməti də dünya bazarlarında istehlakçıların  və istehlakçıların qarşılıqlı fəaliyyətində onların davranışını uyğun­laş­dırmağa imkan verir. Sonra biz beynəlxalq qiymətin iki ən mühüm növünə – nominal və real mübadilə kurslarına baxacağıq.

Davamı →

28. Xalis ixracın və xalis xarici investisiyaların bərabərliyi

THE EQUALITY OF NET EXPORTS AND NET FOREIGN INVESTMENT
Biz öyrəndik ki, açıq iqtisadiyyatın yerdə qalan dünya ilə qarşılıqlı fəaliyyəti iki üsulla – əmtəə və xidmətlərin dünya bazarı və dünya maliyyə bazarları ilə baş verir. Xalis ixrac və xalis xarici investisiya bu bazarlarda qeyri-sabitlik tədbirlərini ifadə edir. Xalis ixrac və idxal arasında fərqi xalis xarici investisiya isə – iqtisadiyyatın rezidentlərinin aldıqları xarici aktivlərin dəyəri və xaricilərin aldıqları iqtisadiyyatın daxili aktivlərinin dəyəri arasın­dakı uyğunsuzluğu ölçür.

Davamı →

28. Əmtəələrin və kapitalların beynəlxalq axını

THE INTERNATIONAL FLOWS OF GOODS AND CAPITAL
Açıq iqtisadiyyatın digər ölkələrin iqtisadiyyatı ilə qarşılıqlı fəaliyyəti iki yolla baş verir: dünya əmtəə bazarlarında əmtəə və xidmətlər alqısı və satqısı yolu ilə və dünya maliyyə bazarlarında maliyyə resurslarının alqısı və satqısı yolu ilə. Bu bölmədə biz bu proseslərlə tanış olacağıq və onların qarşılıqlı fəaliyyətinə baxacağıq.

Davamı →

30. Nəyə görə qısamüddət üçün məcmu təklif müsbət meylliliklə xarakterizə olunur

Nəyə görə qısamüddət üçün məcmu təklif müsbət meylliliklə xarakterizə olunur
WHY THE AGGREGATE-SUPPLY CURVE SLOPES UPWARD IN THE SHORT RUN
Indi biz məcmu təklifin iqtisadiyyatın qısamüddətli və uzunmüddətli dövrü üçün fəaliyyətinə təsir edən əsas amillərə baxacağıq. Bizə məlum olduğu kimi uzunmüddətli məcmu tələb əyrisi özünü şaquli xətt kimi təqdim edir. Əksinə, qısamüddətli dövrlər üçün məcmu təklif müsbət meylə malikdir (şəkil 30.6). Bu onu göstərir ki, 1-2 il üçün qiymətlərin ümumi səviyyəsinin iqtisadiyyatda artması əmtəələr və xidmətlərin ümumi təklifinin artmasına səbəb olur, qiymət səviyyəsinin aşağı düşməsi, təklif olunan əmtəələrin və xidmətlərin miqdarını artırır.

Davamı →

30. Uzunmüddətli iqtisadi artımın və inflyasiyanın əks olunmasının yeni üsulu

Məcmu tələbin və uzunmüddətli məcmu təklif əyrisini tərtib etdikdən sonra biz iqtisadiyyatda baş verən uzunmüddətli yeni təmayül modelini qeyd edə bilərik. 30.5 şəklində son iki onillikdə iqtisadiyyatda baş verən dəyişiklik göstərilmişdir. Qeyd edək ki, bu dövr ərzində hər iki əyrinin dəyişməsi baş vermişdir. Baxmayaraq ki, bu dəyişkənlik bir çox amillərlə əlaqədardır, bu amillər içərisində biz əsas kimi texnologiya və pul-kredit siyasətini görürük.

Davamı →

Qısamüddətli iqtisadi fluktuasiyanın izahı

HOW THE SHORT RUN DIFFERS FROM THE LONG RUN
Iqtisadi tsiklin müxtəlif mərhələlərində iqtisadi sistemin vəziyyətini xarak­terizə etmək – bir iş deyildir. Lakin daha çətin məsələ – qalxıb-enməni yaradan amillərin səbəbinin izahıdır. Həqiqətən əvvəlki fəsillərdə bizim öyrəndiyimiz iqtisadi fluktuasiya həqiqətən mübahisəli xarakter daşıyır. Bu və sonrakı 2 fəsildə iqtisadçılar tərəfindən iqtisadi aktivliyin qısa müddətə görə dəyişkənliyini öyrənmək üçün istifadə edilən modeli təhlil edəcəyik.

Davamı →

30. Qısamüddətli məcmu təklif əyrisinin hərəkətinin mümkün səbəbləri

WHY THE SHORT-RUN AGGREGATE-SUPPLY CURVE MIGHT SHIFT
Məcmu təklif əyrisinin təhlili bizə imkan verir ki, qiymətlərin hər hansı bir səviyyəsində əmtəələrin və xidmətlərin həcminin təklifi haqqında məlumat ala bilək. Biz onu uzunmüddətli məcmu təklif əyrisi hesab edirik, lakin bundan fərqli olaraq elə qüvvələr təzahür edirlər ki, onları qeyri-səlis təqdimat, sərt əmək haqqı və sərt qiymətlərlə izah edə bilərik. Beləliklə, məcmu təklifin qısamüddətli əyrisinin hərəkətinin səbəbini izah edərkən biz uzunmüddətli məcmu təklif əyrisinin hərəkətinə təsir edən amilləri nəzərə almalıyıq. Burada yeni bir dəyişən xarakterli amil də meydana çıxır – gözlənilən qiymət səviyyəsi bazarda baş verən qeyri-səlis təqdimlərə, əmək haqqının sərtliyinə və qiymətlərin sərtliyinə təsir edən hadisələri də nəzərə almalıyıq. Gəlin biz aşağıdakı fikirdən başlayaq: uzunmüddətli məcmu təklif əyrisi haqqında nə bilirik.
Davamı →

30. Məcmu təklif əyrisi

Məcmu təklif əyrisi
Qiymətlərin verilmiş səviyyəsində nə qədər məhsul buraxılmışdır və firma nə qədər əmtəələr və xidmətlər istehsal etmişdir problemini həll etmək üçün məcmu təklif əyrisini təhlil etmək lazımdır. Qiymətlərin səviyyəsi ilə tək­lifin həcmi arasındakı əlaqəni bilmək üçün biz müvəqqəti üfüqi xətti müəyyən etməliyik. Uzunmüddətli vaxt üçün məcmu tələb əyrisi şaquli vəziyyətdə olur. Qısamüddətli dövrlər üçün isə müsbət meylliliyə çevrilir. Qısamüddətli iqtisadi fluktuasiyada olmaq və iqtisadiyyatın qısa müddət ərzində uzun müddət üçün fəaliyyətini təhlil etmək məqsədilə məcmu tələb əyrisinin qısa və uzun müddətlər üçün hərəkətini tədqiq etmək lazımdır.

Davamı →

30. Məcmu tələb əyrisi

Məcmu tələb əyrisi qiymətlərin hər bir səviyyəsində əmtəələrə və xid­mət­­lərə olan tələb haqqında bizə məlumat verir. 30.3. şəklində göstərilmişdir ki, məcmu tələb arzuolunmaz vəziyyətdədir. Bu, o deməkdir ki, eyni şəraitdə iqtisadiyyatda qiymətlərin ümumi səviyyəsinin aşağı düşməsi (P1 ¯ P2) onunla nəticələnir ki, (Y1 ¯ Y2) əmtəələrə və xidmətlərə olan tələb artır.
Məcmu tələb əyrisinin arzuolunmaz meyli
WHY THE AGGREGATE-DEMAND CURVE SLOPES DOWNWARD
Əmtəələrə və xidmətlərə olan tələbin həcmi ilə qiymət səviyyəsi arasında olan əks asılılığın əsasında nə dayanır? Bu suala cavab vermək üçün yada salaq ki, ÜDM (Y) istehlakın ©, investisiyanın (I), dövlət alışının (G) və xalis ixracın (NX) məcmuyudur:
Davamı →

30. Iqtisadi fluktuasiyanın əsas xarakteristikası

Iqtisadi aktivliyin qısamüddətli fluktuasiyasına bütün ölkələrdə rast gəl­mək olur. Təhlilin çıxış nöqtəsi kimi ilbəil təkrar olunan bu qalxıb enmənin bəzi problemlərinin xarakteristikasına baxacağıq.


Qeyri-requlyar və dərk edilə bilməyən iqtisadi fluktuasiya


ECONOMIC FLUCTUATIONS ARE IRREGULAR AND UNPREDICTABLE


Iqtisadi aktivliyin göstəricilərinin dəyişməsini iqtisadi və ya işgüzar tsikl adlandırırlar. Mövzunun adından məlum olduğu kimi iqtisadi fluktuasiya təsərrüfat fəaliyyətinin dəyişməsi şəraitinə uyğun gəlir. Əgər ÜDM yüksək templə artarsa, onda işgüzar həyat adətən əla hesab edilir. Firma mənfəətin artacağını hiss edir və müəyyən edir ki, alıcılar əmtəələrə və xidmətlərə xeyirxahlara qiymət verir. Digər tərəfdən ÜDM-un real olaraq aşağı düş­məsi biznesin müxtəlif problemlərlə üzləşməsinə səbəb olur və bir çox firmalarda satış və mənfəətin həcmi aşağı düşür.
Davamı →
Top