Ekonomiks kateqoriyası üzrə məqalələr

Yarmarka və auksionlar

Yarmarka alman dilində hər il keçirilən bazar deməkdir.Topdansatış ticarəti öz inkişafında müxtəlif formalar – yar­marka1, xüsusi topdansatış bazarları, əmtəə birjaları və s. – almışdır. Göründüyü kimi, yarmarka topdansatış ticarətinin xüsusi formasıdır. Digər tərəfdən, yarmarkalar və auksionlar əmtəə birjalarının klassik formaları sırasına daxildirlər və bu gün də bazar infrastrukturunda özlərinə məxsus xüsusi yer tuturlar.
Öz mahiyyətlərinə görə yarmarkaların əsas fərqlən-dirici xüsu­siyyəti onların müəyyən dövrdən bir, həftədə və ya ildə bir neçə dəfə ke­çirilməsidir. Birjadan fərqli olaraq yarmarkada alqı-satqı əməliyyat­la­rında alıcılar və satıcılar ya bilavasitə özləri iştirak edirlər, ya da  bu­ra­ya onların adından danışmaq üçün özlərinin səlahiyyətli nümayəndə­lə­rini – agentlərini göndərirlər.
Davamı →

Təklifin elastikliyi və ona təsir edən amillər. Bazar tarazlığı

Təklifin qiy­mətə görə elastikliyi də tələbin qiymətə görə elastikliyi kimi hesablanır. Fərq yalnız ondandır ki, tələbin kəmiyyəti əvəzinə tək­lifin kəmiyyəti götürülür.
Təklif istehsal prosesinin dəyişməsi ilə əlaqədar oldu-ğuna görə o, tələbə nisbətən qiymətlərin dəyişməsinə ləng uyğunlaşır. Ona görə də elastiklik göstəricisi müəyyən olunanda vaxt amili əsas götürülür. Tək­li­fin elastikliyi qiymətləndirildikdə adətən üç müvəqqəti dövr-qısa müd­dətli, orta müddətli, uzun müddətli – nəzərdən keçirilir.
Qısa müddətli dövr dedikdə məhsul buraxılışının həcmində hər han­sı bir dəyişikliyin aparılmasının mümkün olmadığı dövr nəzərdə tu­tulur. Məsələn, alma yetişdirən və onu bazara satmağa gətirən bağ­ban, bazarda hansı qiymətin formalaşmasından asılı olmayaraq, təklif etdiyi məhsulun miqdarını dəyişdiyinə görə, təklif elastik deyildir.
Davamı →

Tələbin elastikliyi və ona təsir edən amillər

Firmalar istehsal etdikləri məhsulların miqdarını və onların quru­lu­şunu planlaşdırarkən hökmən həmin məhsullara olan tələbin hansı amillərdən asılı olduğunu nəzərə almalıdırlar.
Əvəzedici məhsullar istehsal edən və onları nisbətən aşağı qiymət­lər­lə satan firmaların fəallığının artması, habelə məhsulların qiymətlə­rinin yüksəlməsi nəticəsində digər şərtlər sabit qalmaqla, əmtəə və xid­mət­lərə olan tələbin azalması, firmaların buraxdıqları məhsullara olan tələbin ümumiyyətlə azalmasına gətirib çıxara bilər.
Lakin təkcə tələbin istiqamətinin yox, həm də kəmiy-yətinin öyrə­nilməsi olduqca böyük əhəmiyyətə malikdir. Bir kəmiyyətin başqa bir kəmiyyətin dəyişməsinə təsiretmə reaksi­yasının ölçüsünə, yaxud da başqa bir kəmiyyətin dəyişməsinə təsir edən kəmiyyətin təsir reaksiyasına elastiklik deyilir.
Davamı →

Təklif

Bazar iqtisadiyyatının təhlilinə tələbin aydınlaşdırılma-sından başlanması tamamilə qanunauyğundur. Çünki tələb hər bir şəxs üçün doğma və ən yaxın anlayışdır. Lakin əmtəələri istehsalçılar yaradır və istehlakçılara onlar təqdim (təklif) edirlər.
Təklif – istehsalçıların müəyyən dövrdə, hər hansı qiy-mətlərlə sat­maq üçün hazırladıqları və satmaq istədikləri əmtəə və xidmətlərin miqdarı və ya onların toplusudur.
Təklifin qiymətlərə təsiri onunla izah edilir ki, bir tərəf-dən qiymət­lər yüksəldikdə firmalar ehtiyatda saxladıqları maddi resursları və tez bir zamanda istismara verilməsi mümkün olan istehsal güclərini işə salır və bununla da həmin sahədə məhsul istehsalının armasına şərait yara­dırlar.
Davamı →

Tələb

Tələb tədiyə qabiliyyəti – alıcının özünə lazım olan şeyləri satın almaq üçün ödəyə biləcəyi və ödəmək istədiyi pul məbləğinə, yaxud da müəyyən dövrdə hər hansı bir qiymətə satın alınacaq əmtəə və xid­mət­lərin miqdarına deyilir. Deməli, qiyməti nəzərə almadan tələbin müəy­yən edilməsinə cəhd göstərilməsi məntiqsizlik olardı. Çünki tələb hər şey­dən əvvəl qiymətin dəyişməsi nəticəsində dəyişir. Buradan belə nəticə çıxarmaq olar ki, əmtəə və xidmətlərin qiymətləri aşağı düşdükdə ey­ni məbləğdə pula daha çox şey ala bildiyinə görə alıcı, qiymətlər baha­laşdıqda isə əksinə, satıcı qazanır.
Davamı →

Bazarın tənzimlənməsi metodları

Bazarın tənzimlənməsi metodlarını iki qrupa bölmək olar: 1) Dövlət metodları; 2) Qeyri-dövlət metodları.
Dövlət, ictimai həyatın bütün sahələrinə təsir etmək-lə, müəyyən vəzifələri yerinə yetirir. Bu, tamamilə cəmiyyə-tin iqtisadi həyatına da aiddir. Çünki dövlət bir tərəfdən tələbatın ödənilməsi imkanlarını aşka­ra çıxarır, digər tərəfdən isə buna nail olunmasının yolları və istiqamət­lə­rini müəyyən edir.
Kapitalizmin inkaşafının ilk dövrlərində dövlətin iqtisadi rolu xüsusi mülkiyyətin və bazar mexanizminin fəaliyyət göstərməsi üçün ümumi şərait yaratmaqdan ibarət olmuşdur. Müasir dövrdə isə onun iqtisadi rolu əhəmiyyətli dərəcədə dəyişmiş, daha da genişlənmiş və bu, bazar mexanizmi ilə iqtisadiyyatın dövlət tərəfindən tənzimlən-məsinin culğalaşmasına gətirib çıxarmışdır.
Davamı →

Bazarın mahiyyəti, quruluşu və vəzifələri

Iqtisadi mənada bazar, əmtəə istehsalının zəruri tərkib hissəsi, əmtəələrin satın alınması (P – Ə) və satılması (Ə – P) ilə əlaqədar olan sövdələşmələrin toplusudur. Başqa sözlə, bazar əmtəə istehsalına xas olan bütün qanun və kateqoriyalarla (rəqabət, tələb, təklif, konyuktura və i. a.) səciyyələnən, onları özündə birləşdirən iqtisadi anlayışdır. De­mə­li, bazarın yalnız məhsulların və xidmətlərin istehlak-çılara çatdırıl­ması ilə «məşğul olan struktur» kimi səciyyə-ləndirilməsi onun məna­sı­nın məhdudlaşdırılması deməkdir. Bazar, həm də təkrar istehsal prose­si­nin fasiləsizliyinin və istehsalçılarla istehlakçılar arasında etibarlı əla­qə yaradıl-masının təmin olunmasında tənzimləyici rol oy­nayır. Bazarda baş verən əmtəə və pul tədavülünün iqtisadi mənası da məhz bundan ibarətdir.
Davamı →

Bazarın meydana gəlməsinin obyektiv şərtləri

Ümumi iqtisadi formaların tarixən birincisi natural təsərrü¬fat¬dır. Bu təsərrüfatda hazırlanan məhsullar istehsal-çının şəxsi tələbatının, təsərrüfatdaxili ehtiyacların ödənil-məsi üçün istifadə olunur. Burada istehlak əksəriyyət hallar-da istehsala uyğun gəlir ki, bu da onların əlaqələndirilməsi problemini sadələşdirir. Istehsalın natural forması əmə¬yin məhdud mənada ictimai xarakter daşımasının nəticəsi kimi mey¬dana gəlmişdir. Təsərrüfatçılığın bu forması cəmiyyətin iqtisadi tarixinin «istehsal» mərhələsini təşkil edir və  minilliklər ərzində davam etsə də, zaman keçdikcə tədriclə sıxışdırılmış və öz yerini əmtəə təsərrüfatına vermişdir…
Davamı →

Əmtəə

Bazar iqtisadiyyatının əsasını  xüsusi mülkiyyət və əmtəə istehsalı təşkil  edir.  Lakin cəmiyyətlərin tarixi inkişaf  prosesinin müxtəlif mərhələlərində  iqtisadi həyatın ümumi  formaları fəaliyyət göstərir.
Təsərrüfat tiplərinin  təşkili və onların təkamülü iqtisadi inkişafın qanunauyğunluqları  çərçivəsi daxilində  həyata keçirilir. Iqtisadi həyatda fəaliyyət göstərən  təsərrüfat tiplərinin təşkili formaları bunlardır: a) natural təsərrüfat; b) sadə əmtəə təsərrüfatı; v) kapitalist əmtəə təsərrüfatı; q) planlı əmtəə təsərrüfatı.
Təsərrüfat təşkili  tiplərinin tarixən  ilkin forması natural istehsaldır. Təsərrüfatın belə bir təşkili formasında  istehsal ilə istehlakın  həcmi üst- üstə düşür. Natural təsərrüfat  feodal mülkiyyəti ilə də çox xarakterikdir.
Əmtəə təsərrüfatı forması natural təsərrüfatın əksi kimi  yaranmışdır. Təsərrüfat tiplərinin sonrakı təkamülü ictimai əmək bölgüsünü  yaradır. Ictimai əmək bölgüsü- bir məhsul və ya məhsulun bir hissəsini  istehsal etmək üçün ixtisaslaşmasıdır.
Davamı →

25. Işsizlik vəziyyəti nə qədər uzana bilər?

HOW LONG ARE THE UNEMPLOYED WITHOUT WORK?
Işsizlik probleminin ciddiliyinin düzgün dəyərləndirilməsi üçün bu vəziy­yətin davamiyyəti məsələsini nəzərdən keçirmək lazımdır. Bir işçi özünün əmək vərdişlərinə və istəyinə ən yaxşı şəkildə uyğun gələn işi cəmi bir neçə həftəyə tapa bildiyi halda, başqası belə bir işi aylarla ciddi maddi və psixoloji çətinliklər keçirməklə axtara bilər.
Davamı →
Top