Dietologiya kateqoriyası üzrə məqalələr

Artıq çəkidən qurtulmaq

Qadınların əksəriyyəti çəkilərinin artıq olmasına görə özlərini narahat hiss edirlər. Bəzi hallarda onlar qamətlərinin şux, xarici görkəmlərinin cəlbedici olması xatirinə öz sağlamlıqlarını qurban verməyə hazırdırlar. Təəssüf ki, çox vaxt qadın hər hansı bir üsulla çəkiyə qarşı mübarizəyə başlamazdan əvvəl müayinə olunmur və həkimlə məsləhətləşmir. Bu isə insan səhhətinə ciddi təsir göstərir.

Davamı →

Vegetarianlar

Vegeterianlar əsasən qida rasionlarından ət, balıq və dəniz məhsullarını kənarlaşdırırlar. Mübahisəli qida məhsulları sırasında isə balın da adı keçir. Bəzi vegeterianlar balıq əlavə edir, digərləri isə quş ətindən uzaq durmağa çan atırlar.
Buna baxmayaraq həkimlər hesab edirlər ki, vegeterianlar olduqca sağlam qida rasionu ilə seçilirlər.
Vegeterianlar arasında ürək –damar sistemi problemlərinə 30, xərçəng xəstəliyinə isə 40% daha az təsadüf olunur. Hipertoniyada bu qidalanma sistemini seçənlər üçün problem deyil.
Davamı →

Aclığı kəsən meyvə və qidalar

Aclığı kəsən 7 qida.

Çox yağlı, duzlu və şəkərli yeməklər tədricən insanda vərdiş yaradır. Buna görə bir araşdırma edərək, sizlər üçün bu çətin vərdişlərdən yaxa qurtarmağınız üçün 7  faydalı qidanı təqdim edirik.

1. Banan

banan meyvəsi,banan şəkli

Aclıq hissetdiyiniz vaxt yağlı yeməklər yerinə bir ədəd banan yeyə bilərsiniz.Bi çox qidadan daha az yağ və şəkər ehtiva edər.
Davamı →

İnsan ömrünü uzadan 7 qida

1.Badam
Badam, pis xolestrolu qovur.Hər gün 30 qr badam yeməyi unutmayın.
Omega3 asitli yağları olan badam qandakı pis xolestrol olan(LDL)-i 4,4 dəfə azaldır.


2.Qəhvə

Gündə 2 fincan qəhvə,əsasən də orta yaşlardan sonra Parkinson və Tip-2 Diabetə qarşı bədəni qoruyurmuş.
Qəhvədə olan kafein maddəsi diabetə tutulma riskini 35% azaldır.
Ancaq qəhvəni mütləq kalsiyum deposu olan südlə için ki,kafein sümüklərinizi zəiflətməsin.

Davamı →

Gündəlik normal qidalanma

Ailəli qadınların gündəlik qayğılarının əsasını günün menyusu təşkil edir. Sadə dillə desək, «nə bişirim» problemi. Xüsusilə ailə həyatının ilk illərində qadınlar gündəlik qidanın nədən ibarət olduğunu dəqiq müəyyənləşdirə bilmirlər. Nahardan azacıq vaxt keçəndən sonra kiminsə yenidən yemək istəməsi başqa işələrə mane olur. Nə etmək lazımdır ki, ailə üzvləri bir-iki saatdan sonra yenidən acmasınlar? Təbii ki, bunun da çarəsi var. Bununçün nahara, şama nə bişirəcəyinizə qərar verməzdən əvvəl ərzaqların kalorisini dəqiqləşdirməyi unutmayın. Ən əsası isə hər şeyin ailəniz üçün maksimum xeyirli olmasına nəzarət edin. Bəs gündəlik qidanın tərkibi necə olmalıdır?
Davamı →

Sağlam qida

Mətbəxdə daha az yağ işlətmək üçün aşağıdakı qaydalara riayət etmək məsləhətdir.
1.Tərəvəzlərdən yemək hazırlayarkən bir kilo tərəvəzə iki xorək qaşığı duruyağ əlavə edin.Ətlə hazırlanmış tərəvəzli yeməklərdə isə yağ qatmamınız məsləhət görülür.
2.Qızardılmış yeməklər,qovurma əvəzinə sobada və ya suda pişmiş yeməklərdən istifadə edə bilərsiniz.
3.Yeməklərə ləzzət vermək üçün yalnız qızartmaqla kifayətlənməyin.Tərəvəz və ədavalarla müxtəlif dadlar əlavə edin.
Davamı →

Faydalı məsləhətlər.

Ağ çörəkdən çox istifadə bir çox qadınlarda,ürək əzələ ağrılarına gətirib çıxara bilər.Məlum olmuşdur ki,ağ çörəkdən çox istifadə edərkən qanda qlükozanın miqdarı çoxalır,elə bu da ürək xəstəliyinə gətirib çıxarır.Bundan başqa qarğıdalı dənələri və düyü də orqanizmə oxşar təsirlər göstərir.
Yuxarıda sadalanan məhsullardan birdəfəlik imtina etmək də məcbur deyil.Lakin heç olmasa onların qəbulunu azaltmaq lazımdır.
Davamı →

Qadınların arıqlamaq mərhələləri

Aparılmış tədqiqatlar göstərdi ki, kişilər qadınların çəkisinə birbaşa təsir edə bilirmişlər.Məsələ ondadır ki,Qadın bədəninin çəkisindəki dəyişikliklər onun kişi ilə münasibətlərindən asılıdır. Bu tədqiqatda 3000 müxtəlif yaşlı qadın iştirak etmişdir.Nəticədə məlum olmuşdur ki, bir qadının bir kişi ilə romanları zamanı qadın 5 müxtəlif mərhələdən keçir ki, bu da onun çəkisinə təsir göstərir.

1. Pərəstişkarlıq mərhələsi, bu mərhələyə bəzən "şokalad — buket" mərhələsi də deyirlər.Bu mərhələdə qadın aktiv olaraq arıqlayır.Demək olar ki, bütün insanların çoxusu yeni münasibətlər qurarkən olduqca gözəl və cazibədar görünməyə can atırlar.
Davamı →

Normal çəki

Siz yəqin bilirsiniz ki, artıq çəki-piylənmə bir çox orqan və sistemlərə, hər şeydən əvvəl insanın ürək-damar sisteminə neqativ təsir göstərir. Halbuki çəkinin normallaşması və ya hətta aşağı enməsi əhval-ruhiyəni nəinki yaxşılaşdırır, həmçinin bir cox ciddi xəstəlklərin inkişaf riskini azaldır. Çəkini aşağı salmağın bəzi müddüalarını nəzərdən keçirək. Yadda saxlayın: hər bir artıq kiloqram arterial təzyiqi 1-2 mm. c. s. artırır.

Artiq çəkini aşağı salmaq üçün həkim sizə birinci növbədə xəmir, şirin, yağlı qidaların məhdudlaşdırıldığı dieta təyin edəcəkdir.
Davamı →

Ev işləri ilə adam arıqlayır

İdman üçün ayıracaq zamanınız yoxsa,Sizə ən uyğun arıqlama növü ev işləri görməkdir. Toz almaq,ütüləmək kimi cansıxıcı işlərin gündə nə qədər kalori əritdiyini bilirsinizmi? Ən çox sevmədiyiniz kirli qabları yumaq,vanna otağını təmizləmək kimi işlərin həm bədəni,həm də əzələləri çalışdırdığını bilirdinizmi?

Elə isə gəlin 30 dəqiqə qarşılığında əritdiyimiz Kalori miqdarına baxaq:

Toz almaq,yüksək rafları təmizləmək,pərdə taxıb-şıxarmaq: — 50 Kaloriev işləri qadını arıqladır

Ütüləmək,yatağı toplamaq, paltarları yerbəyer etmək: — 70 Kalori

Yemək hazırlamaq,Süfrəni qurmaq: — 80 Kalori

Döıəməni süpürmək və silmək: — 90 Kalori

Qabları yumaq,ortalığı toplamaq, əyiıib-qalxmaq: — 100 Kalori

Şüşələri silmək və maşın yumaq: — 150 Kalori

Vanna otağını təmizləmək və torbaları daşımaq:-- 200 Kalori

Pilləkənlə qalxmaq, Boya çəkmək: — 250 Kalori
Davamı →
Top