böyük musiqiçilər kateqoriyası üzrə məqalələr

Sergey Raxmaninov

Dahi bəstəkar, pianoçu və dirijor Sergey Raxmaninov(1873 — 1943) həyat və yaradıcılıq yolunu Rusiyada başlamış, ABŞ-da başa vurmuşdur. 1918-ci ildə artıq geniş tanınmış bəstəkar, Oktyabr inqilabının ideyaları ilə razı olmadığına görə Vətənini əbədi tərk etməli olur. Lakin Raxmaninov Rusiyanın ruhunu, doğma rus musiqisinin təravətini sanki özü ilə okeanın o tayına aparır və mühacirətdə yaratdığı əsərlərinə aşılayır. İkinci Dünya müharibəsi illərində isə o, faşizmlə amansız mübarizə aparan Vətəninə yardım göstərmək məqsədilə ABŞ-da silsilə konsertlər verir və yığılan bütün pulu Sovet Ordusunun fonduna keçirir.

Davamı →

Sergey Prokofyev

Dahi rus bəstəkarı, pianoçusu və dirijoru Sergey Prokofyev XX əsr musiqisinin ən görkəmli simalarındandır. Prokofyevin əsərləri son dərəcədə nikbin və işıqlıdır. Ən dramatik mövzularda yazdıqda belə bəstəkar heç zaman kədər və ümidsizlik hisslərinə qapılmır, xoş gələcəyə, insanın mətin iradəsinə, onun dərin idrakına inamını itirmir. Prokofyev sözün əsl mənasında novator sənətkar olmuşdur. Onun melodiya, harmoniya, ritm və orkestr sahəsində apardığı axtarışlar bəzən müasirlə-ini şok vəziyyətinə salsa da, musiqi tarixində əhəmiyyətli rol oynamışdır.
Davamı →

Moris Ravel və Bolero

Debüssinin yaradıcılıq axtarışlarının davamçısı Moris Ravel impressionizm estetikasını özünəməxsus, fərdi tərzdə təcəssüm etmişdir. Musiqidə daim yenilik sorağında olan bəstəkar, eyni zamanda, həm klassisizm cərəyanının prinsiplərinə sadiq qalmış, həm də xalq musiqi qaynaqlarından bəhrələnmişdir. Ənənə ilə novatorluğun bu cür orijinal uzlaşması Ravelin çoxşaxəli irsinin bütün sahələrində — opera və baletlərində, instrumental və vokal musiqisində aşkar sezilir.

Davamı →

Klod Debüssi

Musiqidə impressionizm cərəyanının banisi Klod Debüssi(1862 — 1918) fransız, habelə dünya musiqisində yeni bir səhifə açmış görkəmli bəstəkardır. Debüssi musiqisinin obrazlar aləmi olduqca zəngin və çoxşaxəlidir. Məsələn, fortepiano üçün bəstələnmiş «Prelüdlər» məcmuəsindən «Qar üstə addımlar» pyesini dinləyərkən biz sanki tənha səyyahla rastlaşır, onun qapıldığı ümidsizlik, yalqızlıq hisslərini varlığımızla duyuruq; «Saçı kətan rəngli qız» əsəri gözlərimiz önündə incə, gül tək zərif qadın surəti canlandırır; «Qərbdən əsən külək nələr görüb» pyesi dənizin ənginliklərində baş vermiş faciəvi hadisələrin əks-sədası kimi səslənir; «Batmış came» prelüdündə bəstəkar uzaq keçmişdə batmış və hərdən zəng səslərinin müşayiəti ilə dalğalardan qalxan İs şəhəri haqqında qədim fransız əfsanəsinə müraciət edir.

Davamı →

Üzeyir Hacıbəyov

Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində doğulmuş, valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini buradakı ikisinifli rus-türk məktəbində almışdır. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı A.Əliverdibəyov olmuşdur. O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynamışdır.
Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir.
Davamı →

Frans Şubert

İlk romantik bəstəkar avstriyalı Şuberti (1797 — 1828) onun bilavasitə sələfi Bethovenlə müqayisə etdikdə musiqidə nə dərəcədə əhəmiyyətli dəyişikliklərin baş verməsi açıq-aydın görünür. Bethovenin qəhrəmanı öz üzərinə nəhəng, şəxsi mənafelərindən uzaq məqsədlər qoyub ona kəskin mübarizədən sonra nail olur. Şubertin qəhrəmanı da xoşbəxtlik, səadət sorağındadır, lakin o, bədbinliyə, ümidsizliyə qapılır və axırda tənha qalır. Şubert musiqisinin obrazlar dünyası bəstəkarın öz həyatı ilə də səsləşirdi. Belə ki, dostlarının söylədiklərinə görə, son dərəcə təvazökar, hətta utancaq olan Şubert çox vaxt mənəvi sarsıntılar keçirir, öz mənafeyini qoruya bilmirmiş. O, daim maddi ehtiyac içində yaşamış və bəzən fortepianosunu girov qoymalı, musiqini alətsiz bəstələməyə məcbur olmuşdur. Lakin heç bir çətinlik Şuberti seçdiyi yoldan döndərə bilməmişdir.
Davamı →

Rixard Vaqner

1855-ci ildə Londonda Bethovenin iki simfoniyasına dirijorluq edən Vaqner konserti əzbər, yəni əsərin partiturasına baxmadan keçirir. Belə üsula adət etməyən dinləyicilər bəstəkarın çıxışını bir qədər soyuq qarşılayırlar. Növbəti konsertdə Vaqner artıq partituraya baxa-baxa orkestri idarə edir və nəticədə gurultulu alqışlarla mükafatlanır. Bəstəkar səhnəni tərk etdikdən sonra çoxları fikir verir ki, pultun üzərindəki… Rossininin «Sevilya bərbəri» operasının partiturası imiş. Özü də baş ayaq vəziyyətdə…
Davamı →

Yohannes Brams (1833 - 1897)

Bramsı çox zaman opera janrına müraciət etmədiyinə görə tənqid edər və bunun səbəbini soruşarmışlar. Brams isə bu suallara zarafatla belə cavab verərmiş: «Mənim opera yazmağım elə ailə qurmağıma tən gələr. Bunların heç biri mənlik deyil».
Davamı →

Pyotr Çaykovski

«Mən musiqimin geniş yayılmasını, onu sevən, onda təsəlli və dayaq tapan insanların sayca çoxalmasını bütün varlığımla arzu edərdim», — Çaykovskinin bu niyyəti artıq bəstəkarın sağlığında reallaşmağa başladı. Çaykovski bir bəstəkar və dirijor kimi doğma vətəni Rusiyadan uzaqlarda — Almaniya, Fransa, İtaliya, Çexiya və ABŞ-da belə böyük şöhrət qazanmışdı. O, Kembric Universitetinin fəxri doktoru adına layiq görülmüşdü. Bu gün də Çaykovski dünyada ən çox tanınan və sevilən rus bəstəkarlarından biridir. Onun opera və baletləri ən nüfuzlu opera teatrlarında tamaşaya qoyulur, simfoniyaları, fortepiano və kamera əsərləri, romansları müxtəlif ölkələrin konsert salonlarında ifa olunur.

Davamı →

Frederik Şopen

FRİDERİK ŞOPEN (1810 — 1849)

Paris. 1831-ci il… Konsert salonlarından birində uzaq Polşadan təzəcə gəlmiş 21 yaşlı pianoçu konsertlər verir. Və elə ilk konsertlərdən sonra bu gənc musiqiçinin qeyri-adi istedadı haqqında söhbətlər sürətlə Parisin bütün sənət aləminə yayılır. Onun adı az bir vaxtda Avropada şöhrət qazanmış bəstəkarlar — List, Berlioz, Bellini, yazıçılar -Heyne, Balzak, rəssam Delakrua ilə bir sırada çəkilir, musiqisi və ifaçılıq məharəti romantik incəsənətin daha bir möcüzəli səhifəsini açır. Bu parlaq istedad sahibi Friderik Şopen idi.
Davamı →
Top