Tərkibi:
4 xörək qaşığı qarğıdalı yağı
1 ədəd soğan1 ədəd balqabaq
2 ədəd kök
1 dəstə yaşıl soğan
1 ədəd sarı bibər
1 ədəd qırmızı bibər
1 dəstə kərəviz
5 stəkan isti toyuq suyu
1 çay qaşığı duz
1 çay qaşığı istiot
Ədviyyat üçün:
1 ədəd yumurta sarısı
3 xörək qaşığı qatıq
2 xörək qaşığı un
1 stəkan su
Fanta nədən hazırlanır? Yəqin ki çoxlarımız sağlamlığımızı qorumaq üçün fanta və onunla eyni sinifə aid olan kimyəvi tərkibli içkiləri almaqdan çəkinirik. Lakin sizə təqdim etdiyimiz bu reseptdə ziyanlı əlavələrdən, rəngləndiricilərdən və.s istifadə olunmur.
Fanta tərkibi:
Portağal (böyük) – 4 ədəd
Limon – 1 ədəd
Su – 700 ml
Qazlı su – 500 ml
Şəkər – 150 qram yaxud zövqə görə
Hazırlanması:
Meyvə ilıq suda yaxşı yuyulur, təmizlənir. Bıçaqla qabıqları soyulduqdan sonra meyvənin şirəsi sıxılır. Sıxılmış meyvə şirəsi və qabıqları qazana əlavə edilir. Şəkər və 700 ml qaynar su töküldükdən sonra 1-2 dəqiqə ərzində qaynadılır. Daha sonra alınmış qarışım 4-5 dəqiqə soyuducuda soyudulur. Sonda süzülən qarışım qazlı su əlavə edilməklə süfrəyə verilir. Təbbi və faydalı!
Evdə hazırlanan nar şərabı daha dadlı və nar dadında olur. Ənənəvi narşərabı hazırlayarkən narın dənələri təmizlənir və suyu çıxarılır, süzülür.
Odun istisində saatlarla qatı hala gələnə kimi qaynadılır. Nar şərabı üçün turş nar istifadə etmək lazımdır. 15 kq nardan 1 litr narşərab çıxır.
Ərzaqlar:
5 kq nar
Hazırlanması:
Portağalın suyunu sıxmaq üçün istifadə edilən preslə narın suyunu sıxın. Pres yoxdursa, narı dənələrə ayırıb blenderdən keçirin.
Daha sonra bir camda vam odda qatı hala gələnə kimi qaynadın. Ya da 130-150 dərəcə isidilmiş sobada bəhməz halına gələnə qədər 5 saat bişirin.
Bişdikdən sonra soyudub şüşə qablara boşaldın. İşıq düşməyən və sərin bir yerdə saxlasanız, daha uzun müddət istifadə edə bilərsiz.
Türk qəhvəsi yalnız Türklər tərəfindən hazırlanan, özünəxas bişirmə və təqdim etmə şəkli olan qəhvə növüdür. Türk qəhvəsi deyilincə ağla ilk gələnlər köpük, telvə (türklər qəhvənin dibində qalan çöküntüyə telve deyirlər), cezve (qəhvədan) və fincandır.
Tarixinə nəzər salsaq görərik ki, Türk Qəhvəsi Qanuni Sultan Süleyman dövründə, 1543-cü ildə Həbəşistandan İstanbula gətirilmiş və zamanla Osmanlılardan Avropaya keçmişdir. Avropada qəhvə uzun müddət Türk Qəhvəsi olaraq təqdim edilmişdir. Türk mədəniyyətinə xas güğüm(səhəng) və qəhvədanlarda bişirildiyi üçün Türk qəhvəsi olaraq xatırlanmağa başlanmışdır. O dövrdə açılan qəhvəxanalar sayəsində Türk xalqı qəhvə ilə tanış olmuşdur. Qəhvəxanalar söhbət edilən, oyun oynanan ictimai yerlərdir və Türk mədəniyyətində əhəmiyyətli bir yer tutmaqdadırlar.
Hazırlanması da olduqca maraqlıdı. Türk qəhvəsi istəyə görə sadə, az şəkərli, orta şəkərli və çox şəkərli olaraq təqdim edilə bilər. Qəhvəni bişirmədən öncə təqdim olunacaq fincan qədər su götürülür və həmin su qəhvədana tökülür. Bu çox qısa bir müddətdə olur və dərhal bu qarışıq qarışdırılır. Məsələn, bir adama orta şəkərli qəhvə bişirmək üçün, bir fincan soyuq su, iki dolu çay qaşığı qəhvə və iki çay qaşığı şəkər qəhvədana qoyulur. Qəhvədan az atəşli ocağa alınır və suyun üstündəki qəhvənin tamamilə çökməsi gözlənilir. Yaxşıca qarışdırılan qəhvə az atəşdə ağır-ağır bişirilir. Qısa bir müddətdə qəhvənin üzərində köpük meydana gəlməyə başlayır. Bu köpük və qəhvənin bir qismi soyuq olmayan fincana boşaldılır. Daha sonra qəhvədandakı qəhvə təkrar köpürənə qədər ocaqda tutulur və sonra qalan qisim də fincana boşaldılır.
Tərkibindəkilər:
3 st süd
7 xörək qaşığı şəkər tozu
7 xörək qaşığı manna
1 paket krem şanti
Üstü üçün:
1 st hindistan qozu
1 st çiy badam
Hazırlanması:
Geniş bir qaba manna, süd və şəkər tozunu əlavə edin. Qatı hala gələnə kimi bişirin.
Arada tez-tez qarışdırın. Bişən qarışıma bir paket krem şantini əlavə edin. Qarışımdan yumru toplar hazırlayıb hindistan qozuna batırın. Əlinizə yapışmamsası üçün arabir əlinizi soyuq suya salın. Üzərinə badam batıraraq süfrəyə təqdim edin.
Nuş olsun!
Əsl pizza nazik xəmirli pizzadır, necə deyərlər, əsl İtalyan pizzası kimi. Pizzanın xəmiri yaxşı deyilsə, üzərinə nə qoyursan qoy, pizzanın dadı istədiyin kimi olmur ki, olmur. Xəmirin orijinal resepti Peter Reinhartin “The Bread Baker’s Apprentice” kitabından götürülmüşdür.
Bu xəmirdən 6 pizza kündəsi (diametri 23-30 sm) əldə edə bilərsiniz. Bir az qalın pizza istəyirsinizsə, xəmiri 5 kündəyə bölün.
Ərzaqlar:
Tərkibi:
3 xörək qaşığı (100 q ) kərə yağı
2 stəkan bulğur
1 stəkan şabalıd
1 çay qaşığı istiot
1 xörək qaşığı quş üzümü
1 stəkan qaynanmış noxud
2 çay qaşığı duz
4 stəkan isti su
İçi üçün:
2 xörək qaşığı kərə yağı
2 ədəd balaca və kub şəklində doğranmış badımcan
2 çay qaşığı duz
Üstü üçün:
2 xörək qaşığı nazik doğranmış şüyüd