Ürək çırpıntısını yox edir. Qırmızı soğan suyu ürəyi gücləndirir.
Xolesterolu aşağı salır.
Həzm problemini həll edir.
Qan yaratmağa kömək edir.
Tərkibindəki esterlər qan laxtalanmasına mane olur.
Qan təzyiqini aşağı salmaq təsirinə malikdir.
Şəkər xəstələrinin bol miqdarda qırmızı soğan yeməsi məsləhətdir.
Kəsik və yanıq yaralarına mikrob düşməməsi üçün qırmızı soğan suyu sürtülür.
Dükanlarda hər mövsümdə müxtəlif ekzotik meyvələri tapmaq olur. Bu meyvələrin müxtəlif faydalı xüsusiyyətləri və həmçinin əks-göstərişləri var.
İlk növbədə nəzərinizə çatdıraq ki, bu meyvələrin əksər hissəsi müxtəlif allergik reaksiyalara səbəb ola bilər. Allergiyalara meyilli olan insanlar və kiçik yaşlı uşaqlarda belə reaksiyaların ehtimalı daha yüksəkdir.
Bu səbəbdən ilk dəfə olaraq hər hansı ekzotik meyvə qəbul etdikdə ehtiyatlı olun, meyvənin kiçik tikəsi ilə kifayətlənin.
Ekzotik meyvələri yalnız dəymiş şəkildə qəbul edin, kal meyvələrin qəbulu təhlükəli ola bilər.
Avokado
Bu meyvə xolesterinin səviyyəsini aşağı salır, qara ciyərə müsbət təsir edir, qanın tərkibini yaxşılaşdırır, anemiya ilə mübarizədə kömək edir.
Avokado güclü antioksidant xüsusiyyətlərinə malikdir və bu səbəbdən orqanizmin qocalmasını ləngidir, dərini cavanlaşdırır, orqanizmi müxtəlif növ xərçəng xəstəliklərinin inkişafından qoruyur.
Alman alimi Karl Lik Madaqaskar adasına səyahəti zaman aborigenlərin “adamyeyən ağac” haqqında dedikləri barədə məktublarında yazıb. Yerli əhalinin təsvirlərinə görə, həmin ağac 2,5 metr hündürlüyündə olub. Ağacın yuxarısında 4-5 metr uzunluqda yarpaqlar varmış. Yarpaqların ortasında kənarı bıçaq kimi iti iynəli kasaşəkilli iri “qab” olub.
Naturalistlərin dediyinə görə, aborigenlər qurbanvermə mərasimində əvvəlcə dualar oxuyur, sonra gənc qızları döyə-döyə ağacın yanına gətirirlər. Qadın Madaqaskar palmasına oxşayan bu ağacın budağına qalxıb şirəsindən içirmiş. Şirəni içən qadın huşunu itirirmiş.
Ağac iynəşəkilli tikanlarını qadına batır, qadın 3-4 dəqiqədən sonra ölürmüş. Yavaş-yavaş qan içində olan qadının bədəni ağacın kasaşəkilli hissəsində yox olurmuş. On gün sonra isə ağacın dibindən “həzm edə bilmədiyi” sümüklər tapılırmış.
Uzun əsrlər adanın sakinləri bu ağacı “adamyeyən ağac” adlandırıblar. Bu müəmmalı bitki alimləri çox maraqlandırıb. Alimlər 19-cu əsrdə bu ağaca rast gəlindiyini iddia ediblər, XX əsrdə isə ağacı görən olmayıb.
Alimlərin fikrincə, cəngəlliklərin sürətlə insanlar tərəfindən məhv edilməsi bu ağacların kökünü kəsib. Digər fərziyyələrə görə, indi də keçilməz cəngəlliklədə itən insanları “adamyeyən ağaclar” udur.
Orqanizmdə 500-dən artıq funksiyanı yerinə yetirən qaraciyərin qorunması sağlamlıq üçün olduqca vacibdir.
Bu həyati vacib orqanın profilaktikası və müalicəsi üçün isə ənginar (artişok) ən yaxşı təbii dərman və vasitədir. Bu bitki zəngin vitamin və mikroelementlərlə bütövlükdə orqanizm üçün bir çox faydalı xüsusiyyətlərə malikdir.
Xalq təbabətində ənginarın qurudulmuş yarpaqlarından, çiçəklərindən, kökündən, toxumlarından və şirəsindən istifadə olunur.
Ənginar qaraciyər hüceyrələrini bərpa edir, onları toksinlərdən qoruyur, zərərli maddələrdən təmizləyir və maddələr mübadiləsini tənzimləyir.
Ənginarın tərkibində olan sinarin aterosklerozun inkişafına mane olur. Bu bitkidən iki həftə istifadə etdikdən sonra xolesterenin səviyyəsi kəskin şəkildə aşağı düşür, insanın səhhətində nəzərəçarpacaq dərəcədə müsbət dəyişikliklər müşahidə olunur. Həmçinin sinarin orqanizmə ödqovucu və sidikqovucu təsir göstərir.
Bu giləmeyvənin faydalı xüsusiyyətləri insanlara qədim vaxtlardan məlumdur.
Yemişan bir çox vitaminlər (xüsusilə C və B qrupu vitaminləri), mikroelementlər, orqanik turşular, efir yağları və s. faydalı maddələrlə olduqca zəngindir. Bu giləmeyvənin tərkibində olan bəzi insan orqanizmi üçün faydalı maddələrə təbiyətdə az rast gəlinir. Məhz bu zəngin tərkibinə görə yemişan insanın sağlamlığı üçün ən faydalı giləmeyvələrdən biri sayılır.
Yemişan xüsusilə ürək-damar və sinir sistemi üçün faydalıdır. Bir çox ürək üçün olan və sakitləşdirici dərman preparatların tərkibinə yemişan ekstraktı daxil edilir.
Yemişanın tərkibində olan xeyirli maddələr ürəyin tac damarlarını və beyin damarlarını genişləndirir, sinir sistemində olan oyanıqlığı azaldır.
Adəmin minnətdarlıq gözyaşları
Zərif qoxulu, gözoxşayan rəngli bu çiçək əsrlər, minilliklər boyunca insanların sevimlisi olub. Şəninə şeirlər qoşulub, gözəlliyi, boynubüküklüyünün arxasındakı məğrurluğu vəsf olunub, əfsanələr, rəvayətlər vasitəsilə dildən-dilə düşüb. Hətta bəzi əfsanələrə görə, bənövşə Tanrı qarşısında günahları bağışlanan Adəmin minnətdarlıq gözyaşlarından yaranıb.
Yunan əsatirlərində isə deyilir ki, Günəş allahı Apollon nəhəng Atlasın qızlarından birini yandırıcı şüaları ilə izləyirmiş. Atlas Zevsə müraciət edir ki, qızını şüalardan qorusun. Zevs onu çiçəyə döndərib kölgəlikdə gizlədir. Zevsin qızları səmavi meşədə, kolluqda bənövşəni birinci dəfə görüb dərərkən onları oğurlamaq istəyən Plutondan qorxaraq, çiçəkləri əllərindən salırlar. Bənövşələr yerə düşür və o vaxtdan yerdə bitməyə başlayır.
Bu tərəvəz nadir xüsusiyyətlərinə malikdir. Fitonsidlərlə zəngin olan ağ turp immuniteti möhkəmləndirir, orqanizmin virus və mikroblara qarşı davamlılığını artırır.
Bu səbəbdən qış aylarında ağ turpu öz qidalanmanıza daha tez-tez daxil edin. Turpdan çox sadə və eyni zamanda dadlı və faydalı salatlar düzəltmək olar.
Bunun üçün sürtgəcdən keçirilmiş turp, kök və xırda doğranmış cəfəri qarışdırılır. Salata duz və istiot (zövqə görə) vurulur və yaxşı qarışdırılır. Daha sonra zeytun yağı əlavə olunur və salat yenə də yaxşı qarışdırılır. Fantaziyanıza görə digər ingrediyentlərdən də istifadə edə bilərsiniz (xiyar, kələm, göbələk, alma və s.), həmçinin salata xama da əlavə etmək olar.
Ağ turp həmçinin müxtəlif vitaminlər (B qrupu, C, E, PP), mikroelementlər (kalium, kalsium, maqnezium, fosfor, kükürd, yod və s.), aminturşular, fermentlər və s. faydalı maddələrlə zəngindir.