Təəssüf ki, bu faydalı tərəvəz bizdə geniş istifadə olunmur.
Adi baş kələmlə müqayisədə gül kələmi orqanizm tərəfindən daha asan mənimsənilir və köp və digər pozulmalara səbəb olmur.
Gül kələmi tərkibində çoxlu miqdarda C vitamini var. Alimlərin araşdırmalarına görə, C vitaminin miqdarı gül kələmində limonla müqayisədə daha çoxdur. Bu səbəbdən gül kələmi insanın immun sisteminə çox müsbət təsir edir, orqanizmin müxtəlif infeksiyalara davamlılığını artırır, orqanizmdə gedən qocalma prosesləri ləngidir.
Bundan əlavə gül kələmin tərkibində B qrupu, A, E, D, K, U kimi çox lazımlı vitaminlər və dəmir, kalsium, kalium, sink, fosfor, mis və s. kimi mikroelementlər var. Belə zəngin tərkibinə görə dietoloqlar gül kələmini «tərəvəzlərin çempionu» adlandırırlar.
Gül kələmi mədə-bağırsaq sistemində müxtəlif pozulmalar olan insanlar üçün olduqca faydalıdır. Belə ki, qastroenteroloqlar bu faydalı tərəvəzi xara xəstəliyi və qastritdən əziyyət çəkən insanlara qəbul etmək tövsiyə edirlər.
İspanaq çox yeyilən tərəvəzlər sırasında yer alır. Bəs ispanağın faydaları nələrdir?
Dəmir, maqnezium, fosfor, yod mineralları və protein baxımından zəngin olan ispanaq həm də A, C, E və B qrup vitaminlərinə sahibdir.
Bədənə qüvvət verir, dözümlülüyü artırır.
Qansızlığa faydası var.
Şəkər xəstəliyinə yaxşı təsir edir.
Boğaz və sinə xəstəliklərinə qarşı faydalıdır.
Görmə pozğunluğuna yaxşı təsir edir.
Kiçik ölçülü, qeyri-adi dada malik olan bu sitrus meyvəsi çox faydalı xüsusiyyətlərinə malikdir.
Kinkan A, B qrupu, C, E, P vitaminlər, kalsium, kalium, dəmir, fosfor kimi mikroelementlər, pektin maddələr və efir yağları ilə zəngindir.
Bu meyvənin maraqlı xüsusiyyəti ondan ibarətdir ki, onu qabıqlı yemək olar. Kinkan qabığı da çox faydalıdır.
Kinkan immun sistemi möhkəmləndirir, orqanizmin infeksiyalara və mikroblara qarşı davamlılığını artırır, göbələk əleyhinə təsirinə malikdir.
Kinkan soyuqdəymə, öskürək, respirator infeksiyalar zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər.
Kinkan həzm sisteminə də müsbət təsir edir, mübadilə prosesləri normallaşdırır, mədə şirəsinin ifrazını artırır, mədə-bağırsaq sistemində yaşayan zərərli mikroorqanizmləri məhv edir.
Heyva — tərkibində olan bioloji aktiv maddələrin sayına görə tumlu meyvələr arasında ilk yerlərdə sayılır.
O, pektin, alma turşusu, limon turşusu, tartran turşusu, müəyyən miqdarda karotin və askorbin turşusu ilə zəngin bir məhsuldur.Bundan əlavə heyvanın tərkibi PP, E, B1, B2, B6 vitaminləri, dəmir, mis, kaliy, maqniy, fosfor, marqanes, nikel, bor kimi mikroelementlərlə zəngindir.
Hər birimizin çox sevdiyi heyva, tərkibində xolesterin, yağ və natrinin olmamasına görə ideal dietik qida sayılır. Gözəl ətirə və dada malik olması ilə bərabər bu meyvə öz müalicəvi xüsusiyyətləri ilə bir çox məhsulları üstələyir. Bunlar:
- Arıqlamaq üçün. Tərkibi selüllozla zəngin olduğuna görə o qidanın həzminə kömək edir, bu isə onu arıqlamaq istəyən insanların ideal qida siyahısına daxil edir.
- Sinir sistemi üçün. Tərkibində sərbəst radikallarla mübarizə apara bilən və xərçəngin yaranma təhlükəsini azalda bilən çoxlu sayda antioksidantlar vardır. Heyvanın stresslə mübarizə aparması və qidada təbii sakitləşdirici vasitə kimi təsiri təəccüblü deyil.
- Qrip və soyuqdəymə. Antivirus xüsusiyyətlər toplusuna malik olduğuna görə, qripplə mübarizədə özünü yaxşı göstərir.
Tam bir protein qaynağı olan lobyanın tərkibində A, B6, C vitamini, dəmir və maqnezium mineralları var. Bununla yanaşı B5 vitamini və kalsium tərkiblidir.
Lif baxımından olduqca zəngindir.
Tərkibində sink, protein, karbohidrat və E vitamini də var.
Payız fəslində sevərək yediyimiz lobya bədənə güc və enerji verərək, fiziki və zehni yorğunluğu yox edir.
Dəri ləkələri ilə mübarizə aparıb ləkələrin yaranmasını əngəlləyir. Qüsursuz, parlaq bir dəri üçün lobyadan faydalana bilərsiz.
Bağırsaq xərçənginə qarşı qoruyucudur.
Qan şəkərini sürətli yüksəltmədiyi üçün şəkər xəstələrində uzun müddət toxluq hissi yaradar.
İzoflavonla zəngindir. İzoflavonlar xərçəng yaranmasına səbəb olan hüceyrələrin böyüməsinin qarşısını alır.
Yumşaq, sulu və şirin bir meyvə olan armud sarı və yaşıl rəngdədir. Lifli olduğundan həzmi asan olur.
Tərkibində A, B1, B2, B3, B6 və C vitaminləri olan armud minerallarla olduqca zəngin bir meyvədir.
Qanı təmizləyir.
Soyuqdəyməyə yaxşı təsir edir.
Əsəbləri sakitləşdirir.
Yüksək təzyiqi aşağı salır.
Böyrək daşları və qumunun tökülməsində faydalıdır.
Sinir sistemini gücləndirir.
Tədqiqatçıların sözlərinə görə, hind qozu yağının analizi keton kimi tanınan birləşmələri aşkara çıxarıb. Həmin birləşmələrin beyni qidalandırdıqları güman edilir. Doğrudur, mütəxəssislər nəticələrin hələ ilkin olduğunu qeyd edirlər. Lakin bir məsələ dəqiqdir ki, qısa müddətli olsa da, demensiyalı xəstələrin vəziyyəti yaxşılaşır.
Diyetoloq Piter Klifton bildirir ki, onların Alzeymer xəstəliyindən əziyyət çəkən adamlarla apardıqları araşdırmalar göstərib ki, hind qozu yağı adamlara onların kim olduqlarını xatırlamaq və əslində normal nitqi saxlamaq imkanı verir. Bu müvəqqəti effekt olsa da, valehedicidir.
Tut
Dəmir baxımından çox zəngin, sidik qovucudur, bağırsaq qurdlarını salır. Yalnız tut meyvəsinin deyil, yarpaqlarının da bu xüsusiyyəti var. Yarpaqların bir başqa əhəmiyyətli xüsusiyyəti isə qanamağı dayandırmasıdır.
Ağ tutun faydaları:
Bədənə qüvvət verir, qan artırır.
Ağız, boğaz iltihabı, diş əti xəstəlikləri və öskürəyə qarşı faydalıdır.
Temperaturu aşağı salar.
Qaraciyəri qüvvətləndirir.
Mədə və bağırsaqların işinə kömək edir.
Xüsusilə yeməklə birlikdə yeyəndə həzmi asanlaşdırır.
Ac qarnına yeyilən ağ tut bağırsaq qurdlarını salır.
Quru tutun faydaları:
Quru tut isə ağız və boğaz iltihablarında möcüzəvi təsir göstərir.
Tut hansı şəkildə yeyilsə də yaxşı qan artırandır.
Kökəldir və iştah açır.