Noyabr ayı budama zamanı olduğu üçün çiçək və bitkilərə daha yaxşı qulluq etmək lazımdır. Noyabrda bu iş üçün uyğun hava şəraiti olduğundan hər cür torpaq işlərinə başlamaq olar.
Cəfəri təkcə salatlara və yeməklərə ləzzət vermir, həm də bizi gözəlləşdirməyə xidmət edir. Cəfəri sağlamlığımız üçün də çox əhəmiyyətlidir. Bir çox xəstəliklərin dərmanıdır. Cəfərinin xərçəng xəstəliyinin də qarşısını aldığı faktı araşdırmalarda təsdiq olub. Səhərlər içildiyində bədəndə olan toksinləri, yəni istənməyən gecə boyu yuxu zamanı meydana gəlmiş zəhərli maddələri tər ilə bədəndən atılmasına kömək edir.
Heyva sərt, sarı rəngli, iri, içərisində xırda tumları olan üzəri tükcüklü meyvədir. Bu meyvə xüsusilə A və B vitamini ilə zəngindir. Payızında dəyən meyvələrdən olan heyva mədə və bağırsaqları gücləndirir. Amma çox istifadə qəbzliyə səbəb ola bilər.
Xurmanın vətəni Çindir. XIX əsrin axırlarından bu meyvə bütün dünyada tanınır. Xurma ən xeyirli meyvələrdən biri sayılır.
Xurmanın bütün növləri kalium, maqnezium, dəmir, fosfor, yod kimi mikroelementlər, A, C,P vitaminlərlə, glükoza və saxaroza ilə zəngindir. Bundan əlavə xurmada karbohidratlar, zülallar, qida lifləri, üzvi turşular, antioksidantlar var.
Antioksidantları xüsusən vurğulamaq lazımdır. Antioksidantlar hava, su, qida ilə birlikdə orqanizmimizə düşən şlakları, toksinləri və s. zərərli maddələri orqanizmdən çıxartmağa kömək edir. Xurma müəyyən bakterisid (bakteriyaları öldürən) xüsusiyyətlərinə malikdir.

1. İltihabı aradan qaldırır. Boğaz iltihablarına və badamcıq vəzilərinə qarşı təsirlidir.
2. Mikroböldürücü təsirə malikdir.
Dünyanın ən böyük qozu-kokos hesab olunur. Bir kokosun çəkisi 4 kiloqrama qədər ola bilər. Gözəl dadından əlavə, kokosun tərkibində B vitamini, makro və mikro elementlərdə vardır. Kokos mədə bağırsaq yoluna, imunitetə, görmə qabilyyətinə və tiroid vəzinə çox xeyirdir.


Bu meyvənin insan səhhəti üçün böyük xeyiri şübhəsizdir. Mandarin C, B1 və B2, P, K, D vitaminləri, A provitamini, efir yağları, orqanik turşular və s. ilə zəngindir.
Bundan əlavə mandarində kalsium, maqnezium, kalium kimi insan orqanizmi üçün çox vacib olan mikroelementləri var. Bütün sitrus meyvələri kimi, mandarin da hətta uzun müddət saxlandıqda belə öz faydalı xüsusiyyətlərini itirmir.
Mandarin maddələr mübadiləsi proseslərini yaxşılaşdırır, iştahanı və immuniteti artırır, qan damarların divarlarını möhkəmləndirir, ateroskleroz xəstəliyi ilə mübarizədə kömək edir.
Mandarində olan xüsusi aminoturşular var ki, bronxları selikdən təmizləməyə kömək edir.