Tövratda və Quranda adı çəkilən nar insan üçün ən xeyirli bitkilərdən biridir. Nar vitamin (A, C, B, P,E) və mikroelementlərlə (kali, kalsium, yod, mis, dəmir və s.) olduqca zəngindir.
Narda olan antioksidantlar orqanizmdə yaranan müxtəlif zərərli maddələrlə (şlaklar, toksinlər) mübarizə aparmağa kömək edir, orqanizmi cavanlaşdırır. Tədqiqatçılar narın xərçəngin profilaktikasında böyük rolu olduğunu sübut edirlər.
Nar insanın ürək-damar, mədə-bağırsaq, immun və s. sistemlərinə çox müsbət təsir edir, qanda hemoqlobinin səviyyəsini artırır. Nar qurdqovucu təsirə malikdir.
Nar qan təzyiqini və qanda olan qlyükozanın səviyyəsini aşağı salır və bu səbəbdən nar hipertonik və diabetiklər (təbii ki, az miqdarda və turş sortlar) üçün çox xeyirlidir.
Qarpız su (çəkinin 80%-nə qədər), fruktoza, saxaroza, mikroelementlər və təbii sellülozdan ibarətdir. Fruktoza qlyükozadan fərqli olaraq hətta şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlara heç bir mənfi təsir etmir.
Qarpızı təbii sidikqovucu adlandırırlar ki, o insan orqanizmini daxildən sözün tam mənasında “yuyur” və bu səbəbdən ürək, damar və oynaq xəstəliklərindən əziyyət çəkən insanlara çox faydalıdır.
Qarpız qara ciyər üçün çox xeyirlidir. Qarpız şirəsi qara ciyərə orqanizmdən toksinləri yuyub aparmaq üçün kömək edir.
Qarpızın tumları bağırsaqları qurdlardan təmizləyir.
Alça (lat. Prunus cerasifera) – gülçiçəkkimilər fəsiləsinin gavalı cinsinə aid bitki növüdür. Azərbaycanın mеşələri cır alça ilə boldur. Bundan başqa o rayonların çoxunda bеcərilir. Bu ağacın mеyvələri qida məhsulu olmaqla, xalq təbabətində də geniş istifadə olunur.
Ananas tropik meyvədir və isti yerlərdə yetişir. Bu meyvəni ilk dəfə tanıdan Kristofor Kolumb olub və tez bir zamanda Avropada tanınmağa, sevilməyə başlayıb. Ananas kimi meyvələri bir dəfəyə bitirmək mümkün deyil. Bəs, qalan hissəni nə edək?
Yeməklərə dad qatan soğanın faydaları sizi xəstəliklərdən qorumaqla sağlam və gümrah olmağınıza imkan yaradacaq. Soğanın qoxusuna görə soğandan uzaq dayananlar, soğanın faydalarını bildikdə səhv etdiklərinin fərqinə varacaqlar. Təbii ki, vacib görüşlərinizdə və ictimai həyatınızda soğan yeməyi tövsiyyə etmirik. Amma qida rasionunda tez-tez istifadə etməklə olduqca böyük faydası olduğu bildirilir.
Çiyələk ən dadlı və sevimli giləmeyvələrdən biridir. Ləzzətli dadından əlavə bu giləmeyvə müxtəlif vitaminlər və mikroelementlərlə zəngindir.
Çiyələkdə C, A, B vitaminləri, fol turşusu, yod, dəmir, kalium, kalsium, sink və s. mikroelementləri vardır. Bu giləmeyvənin güclü iltihab və mikrob aleyhinə xüsusiyyətləri vardır ki, o qrip, soyuqdəymə və burun-udlaq xəstəlikləri zamanı əsl təbii dərman kimi müalicəvi təsir göstərir.
Çiyələk insanın immun sistemini gücləndirir, qan damarlarının divarlarını möhkəmləndirir, şəkərli diabet xəstələrdə şəkərin səviyyəsini aşağı salır, mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, öd daşı xəstəliyi zamanı çox xeyirlidir.
Çiyələk təbii sidikqovucu sayılır. Bu səbəbdən də böyrək xəstəlikləri olanlar bu giləmeyvəni öz rasionlarına daxil etməlidirlər.

Heç bir şey, hətta musiqi belə insanı təbiət qədər sakitləşdirə bilməz. Xüsusən də yaşıllıq insana xüsusi rahatlıq və zövq verir. Təsadüfi deyil ki, psixoloqlar da yaşılın insanı sakitləşdirdiyini və əsəblərə yaxşı təsir göstərdiyi deyir.