Keşniş toxumlarından həm xörəklərdə, həm də biskvit məmulatlarında istifadə edilir. Yarpaqları, gövdəsi salat və xörəklərə əlavə edilir. Keşniş iştahaaçıcıdır, həzmi asanlaşdırır, mədə-bağırsaqdakı sancıları aradan qaldırır.
Keşniş antiseptik, yəni mikroböldürücü xüsusiyyətə malikdir. Keşnişin toxumunu əzin, bir şirniyyat qaşığı keşniş toxumunu 1 stəkan qaynar suya tökün, stəkanın üstünü möhkəm bağlayın və 5 dəqiqə dəmə qoyun. Yeməkdən əvvəl 1 stəkan için.
Keşniş həm də sakitləşdirici təsirə malikdir, təzyiqi aşağı salır, yarpağından salat və souslarda istifadə edilir.
həmçinin A, C və B qrupu vitaminləri var. Gündə 2 ədəd xurma yeməklə həzm probleminin, zəifliyin, iştahasızlığın, ürək ağrılarının, ürəkbulanmanın və hətta xərçəng başda olmaqla, bir çox xəstəliklərin qarşısını almaq olar.
Tutun yarpağını yağış suyu ilə qaynadıb saçı yumaq saça şəffaflıq gətirir, təmizləyir və ağarmasının qarşısını alır. Tut qurusunun kompotu infarktın dərmanıdır. Qanı az olanların tut qurusunu çox yeməkləri məsləhətdir.Tut meyvəsinin Azərbaycanda 3 növü yetişir; ağ, qara, qırmızı. Tut meyvələrinin yetişməsi may – iyun aylarına təsadüf edir.
Ağ tutun yarpaqlarında üzvi turşular, C, vitamini, aşılayıcı maddələr, meyvələrində isə şəkər, üzvi maddələr, C, B vitamini, karotin, müxtəlif amin turşuları vardır.
Xalq təbabətində tut yarpaqlarının dəmləməsini, təzə meyvələrini, meyvələrinin şirəsini (bəhməz, doşab) ürək-damar xəstəliklərində, qanazlığı, skarlatina, övrə zamanı işlədirlər. Eləcə də tut meyvələrini mədə və 12 barmaq bağırsağın xora xəstəlikləri zamanı qəbul etmək məsləhət görülür.