Flora kateqoriyası üzrə məqalələr

Güllərin tarixi barədə

Gülləri hamı sevir. Yəqin ki, onlara qarşı biganə olan insan da yoxdur. Onlar özü bizi cəlb edir, estetik zövq verir, hətta psixoloji yardım da edir. Bayramların bəzəyi, təbiətin təbəssümüdür güllər! Güllərin tarixi haqqında maraqalı faktlar, müxtəlif əfsanələr mövcuddur. Arxeoloji qazıntılar sübut edir ki, güllərin tarixi tunc dövrünə qədər gedib çıxır. Bizim e.ə. IV əsrə aid olan bir bir daşın üzərindəki təsvirlər qədim insanların da güllərə dəyər verdiyini göstərir.
Davamı →

Armud

Armud (lat. Pyrus) — gülçiçəkkimilər fəsiləsinə aid bitki cinsi. Armud ağ çiçəkli bir ağacın yumşaq, sulu və şirin meyvəsidir. Armud sarı-yaşıl arası rənglərdə, lifli, həzmi asan və mineral baxımından olduqca zəngin bir meyvədir. Şərqi Avropadan Qərbi Asiyaya qədər yayıımışdır. Həmin fəsilədən olan armudun Azərbaycanda 16 növü yabanı halda bitir, 2 növü isə mədəni halda geniş becərilir. Bu ətirli mеyvə öz zəfərli yürüşünü Asiyadan Avropaya Yunanıstandan kеçərək başlamışdır. Şah Sülеyman Səfəvinin saray həkimi Məhəmməd Mömin (vəfatı — 1697 il) yazır: «Armudun əla növü Azərbaycanda yеtişir.
Davamı →

Zoğal

Zoğal (lat. Cornus) — zoğalkimilər fəsiləsinə aid bitki cinsi. Zoğal Böyük və Kiçik Qafqaz dağlarının ətəklərindəki meşəliklərdə yabanı halda yayılmışdır. Azərbaycanda Şəki — Zaqatala, Quba — Qusar zonalarında, eləcə də Kür — Araz çayları ətrafındakı rayonlarda ona çox təsadüf olunur. Bundan başqa, zoğal respublikamızın bir çox rayonlarının həyatyanı bağlarında becərilir. Zoğal ağacının ən çox meyvələrindən istifadə olunur. Meyvələrini tam yetişəndə yığır, həm təzə-təzə, həm də qurudub istifadə edirlər. Zoğalın meyvəsində 20-25 % şəkər [qlükoza, fruktoza, saxaroza].
Davamı →

Bəzi ağaclar

Danışacağımız bitkilər sekvoya,xəzər lələyi,xəzər zəfəranı,dəmirağac,şərq çinarı və digər bitkilərdir.

Davamı →

Limon-təbiətin möcüzəsi

Qədim yunanlar limona Midiya alması deyiblər. Bu fakt onun Azərbaycanda hələ eramızdan əvvəl VIII-VI əsrlərdə becərildiyini sübut edir. İndi limon bitkisi respublikamızın cənub subtropik zonasında geniş yayılıb. Ancaq digər bölgələrdə bağlarda, bağçalarda, eyvanlarda, şüşəbəndlərdə, otaq şəraitində də yetişdirilir. Yaşıl yarpaqlar arasından boylanan limonun qəşəng forması, sarı rəngi, xoş ətiri adama böyük zövq verir. Bu bitkini çinlilər «Li-munq», yəni, «analar üçün faydalı meyvə» adlandırırlar.
Davamı →

Çörəkotu və onun əhəmiyyəti

Müasir dərman istehsalının olmadığı dövrlərdə xəstəliklərin müalicəsində bitkilərin müxtəlif qisimlərindəki müəssir maddə ayrılmadan istifadə olunurdu. Dövrümüzdə dərman, kosmetika və qida sektorunda bitki qaynaqlı məhsullar saflaşdırılaraq və hər maddənin xüsusiyyətləri öyrənilərək istifadə edilməkdə və xam maddəsi bitki olan məhsullara tələb davamlı artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) təxminlərinə görə dünyada 20.000-dən çox bitki növü tibbi məqsədlə istifadə olunur.
Davamı →

Bitkilər aləmindən maraqlı məlumatlar

Elə bitkilər var ki, təsirlərə reaksiya verir. Məsələn, küsdüm ağacının bir budağında olan yarpağa toxunduqda, qalan yarpaqlar təhlükə hiss etmiş kimi yığışır. Turşəng bitkisində də belə xüsusiyyət vardır.
***

Panama kanalı yaxınlığında «işıq ağacı» bitir. Ağacın şama oxşar yağlı meyvələri olur. Yerli əhali meyvənin içinə piltə salaraq, onu şam kimi yandırırlar. Adi şamlar kimi hiss eləmədən 3-5 saat yanır.
Aloe ağacına oxşayan bitki otaqda nəinki təkcə yarşıq üçün, hətta müalicə xüsusiyyətinə görə saxlanan aloyenin tayıdır. Qədimdə əsgərlər bu bitkinin şirəsi ilə yaralarını sağaldırdılar. Indi də xalq təbabəti müxtəlif xəstəliklərin müalicəsi üçün həmin bitkidən istifadə edir.
Davamı →

Qara zirə (çörəkotu)

KİMYƏVİ TƏRKİBİ-Qara zirə yağının tərkib hissəsi 100dən çox komponentdən ibarətdir.Onlardan bəziləri isə hələ də tədqiq olunmayıb. Qara zirənin toxumunun tərkibində aşağıdakı yağlı turşular: Myristic(0.5%), Palmitic(13.7%), Palmitoleic(0.1%), Stearic(2.6%), Oleic(23.7%), Linoleic(Omega-6)(57.9%), Linoleic(Omega-3)(0.2%), Arachidic(1.3%) və zülal,kalsium,dəmir,mis,sink,fosfor,tiamin,riboflavin,pyridoxine,niasin,folasin kimi qida komponentləri vardır.
Davamı →

Bitkilər də danışır

Görəsən, bitkilər söhbət edirlər? Qısa cavab versək, hə. Hollandiyanın Radboud Universitetinin tədqiqatçısı Yozef Ştauffer bitkilərin söhbət sistemini İnternet şəbəkəsinə oxşadır. O, bu nəticəyə gəlib ki, çiyələk və yonca kimi bitkilər öz aralarında yaratdıqları şəbəkə vasitəsilə informasiya mübadiləsi aparırlar.

Ancaq onlar bu zaman klaviaturadan yox, öz zoğlarından istifadə edirlər. Söhbət belə baş verir. Məsələn, çiyələk və yonca kimi bitkilər öz zoğlarını Yerin səthi boyunca və Yerin dibinə doğru inkişaf etdirirlər. Nəticədə onların zoğlarının uclarında yeni bitkilər yaranır. Ancaq bu yeni bitkilər həmin zoğ vasitəsilə öz valideynləriylə əlaqədə olurlar. Maraqlıdır, görəsən, onlar nədən danışırlar.
Davamı →

Qaragilə

Qaragilə (Vaccinium myrtillus) – qədim dərman bitkisidir. Təbabətdə dərman məqsədilə qaragilənin həm meyvəsi (Fructus Myrtilli), həm də yarpağı (Folia Myrtilli) işlədilir. Bu kiçik möcüzəli meyvədə kalori azdır, lakin qidalı maddələr çoxdur. Qaragilə mühüm bioloji aktiv maddələrin təbii mənbəyidir. Qaragilə antioksidant xassəyə malik olan məhsuldur.
Davamı →
Top