Flora kateqoriyası üzrə məqalələr

Nar-Punica Granatum Z.

Nar (Punicaceae) nar fəsiləsindəndir.Narın növündən və sortundan asılı olaraq,meyvələri şirin və turş olur.Nara turş dad verən onin şirəsindəki limon turşusudur.Mədəni üsulla becərilən narın meyvəsinin şirəsində 2-4%, cır narda isə 6-9% limon turşusu var.Nar meyvəsinin tərkibi limon və şəkər turşusu ilə yanaşı vitaminlərlə,boyayıcı maddələrlə,makro və mikroelementlərlə də zəngindir.
Meyvəsinin qabığı da faydalıdır.Onu çay kimi dəmləyib,mədə bağırsaq xəstəliklərinə ishala və dezinteriyaya qarşı qəbul edirlər.Böyrək və qaraciyər xəstəliklərinə tutulanlara nar şirəsi içmək çox xeyirlidir.Şəkər xəstəlikləri olanlara cır nar şirəsini içmək faydalıdır.
Davamı →

Əncir-Ficus Caricaz

Əncir tut fəsiləsindən olub, (Moraceae) Azərbaycanda geniş yayılmışdır.Bağbanların,alimlərin və botaniklərin fikrincə dünyada yayılan və becərilən subtropik meyvəli bitkilərin içərisində əncir qədər zəngin qidalı,ətirli və şirinliyə malik olan digər meyvəli bitki yoxdur.Başqa sözlə əncirə xas olan dietiklik,yüksək kalorilik,ətirlilik təmlik,şirinlik və digər xoşa gələn xassələrə görə onu  başqa meyvələrdən fərqləndirir.
Əncirin əsas vətəni Suriya və Kiçik Asiya ölkələridir.Bundan başqa əncir Aralıq dənizi sahillərində və xüsusən Yunanıstanda çox geniş yayılmışdır.
Azərbaycanda Abşeronda becərilən «Sarı Sabahi» və ya «Sarə əncir» sortu xüsusilə məşhurdur.Ümumiyyətlə Azərbaycanda əncirin iki növü yayılmışdır.
1.Mədəni əncir-respublikamızda geniş miqyasda becərilir.
2.Hirkan ənciri-yabanı halda Lənkəran zonasında yayılıb.
Davamı →

Gilas,alça

Gilas (Prunus Padus Z.) qızılgülçiçəklilər (Rosaceae) fəsiləsindən olub,Azərbaycanda çox geniş yayılmışdır.Meyvələrinin tərkibində aşı maddəsi,şəkər boyayıcı və pektin maddələri:üzvi turşular,B2, C vitamiləri eləcə də karotin vardır.Bu mədə bağırsaq,sidik yolları xəstəliklərində,həmçinin işatahartırıcı pəhriz qidası kimi çox xeyirlidir.
Davamı →

Ərik-Armeniaca Vulqaris Z.

Ərik qızılgülçiçəklilər (Rosaceae) fəsiləsindən olub,Azərbaycanda çoxdan bəri becərilir.Dərman məqsədilə meyvələrinin toxumlarından,eləcə də ərik ağacının yarpaqlarından daha geniş istifadə edilir.
Ərik ağacının yapışqanı günəş qarşısında qurudulduqda ağ rəng alır.Ərik ağacı yapışqanı suda həll olduğu üçün əczaçılıq təcrübəsində Ərəbistan kitrəsini əvəzedici kimi həb və tablet dərmanlarının tərkibində,eləcə də emulsiyaların hazırlanmasında istifadə olunur.Əriyin meyvələri son dərəcə faydalıdır.Mevələrini yetişən vaxt toplayır,həm təbii,həm də konservləşdirib, yeyinti sənayesində istifadə edirlər.
Davamı →

Qarpız,yemiş

Qarpız-Citrullus Vulgaris Schrad balqabaq (Cucurbitaceae) fəsiləsindən olub,bostan bitkisi kimi Azərbaycanda geniş becərilir.
Qarpızın tərkibində şəkər (qlükoza),boyayıcı maddələr,üzvi turşu (alma turşusu) karotin,B1,B2,C vitaminləri,dəmir və kalsium duzları vardır.Onun şirəsindən xalq təbabətində böyrək xəstəliklərində sidikqovucu kimi,eləcə də malyariya əleyhinə istifadə edilir.
Davamı →

Kakao-Theobroma Cacao

Kakao sterkuliya (Sterculiaceae) fəsiləsindəndir.O,kakao ağacının toxumlarından alınır.Bu ağac dünya ticarətində "şokolad" ağacı da adlanır.
Kakao  meyvələri tam yetişəndə yığılır,ağac çənlərə doldurulur,35-50 dərəcə temperaturda qıcqırdılıb (fermentasiya prossesinə) daxil edilir.Nəticədə toxumlarda xoş ətirli iy yaranır və onlar qonur bənövşəyi rəngə çevrilir.Qıcqırma prosesi qurtardıqdan sonra toxumları xüsusi quruducularda qurudub dəmir qablara yerləşdirərək satışa yollanır.
Davamı →

Limon-Citrus Limonum Z.

Limon ruta (Rutaceae) fəsiləsindən olub,respublikamızda geniş yayılmışdır.Azərbaycanın subtropik rayonlarında (Lənkəran,Astara və s.) çox geniş becərilir və əkin sahələri ildən ilə genişləndirilir.
Limon meyvəsinin qabıq hissəsində 3-6%-ə qədər efir yağı olur ki, bunu da limon meyvəsinin qabıqlarından xüsusi aparatda sıxmaqla alırlar.Alınan limon yağı maye halında olub,xoş ətirli iyə malikdir.
Davamı →

Üzüm-Vitis Viniferaz

Bu bitki  üzüm (Vitaceae) fəsiləsindən olub çox faydalı bə qiymətli bitkidir.Ona görə də o dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir.Üzümdən hazırlanan kişmiş,şərbət, xoş ətirli doşab çox faydalıdır.
Davamı →

Alma-Malus Domestica

Alma qızılgülçiçəklilər (Rosaceae) fəsiləsindəndir.Azərbaycanda almanın 300-ə qədər müxtəlif növü və çeşidi vardır.Bunlardan 60-ı sənaye üçün əhəmiyyətlidir.Almanı digər şirəli meyvələrdən fərqli olaraq bütün il boyu saxlamaq olar.Almanın yetişmə fəsli aşagıdakı kimidir:
yay (iyul,avqust)
Davamı →

Mixək və zəfəran

Mixək Caryophyllus Aromaticus-qərənfilçiçəklilər (Caryophyllaceae) fəsiləsindəndir.Əsil vətəni Cənubi Asiyadır.Mixək çox qiyməli efir yağlı bitkidir.Onun çiçəklərindən həm yeyinti sənayesində ətirli ədviyyə,həm də müalicə əhəmiyyətli dərman kimi çox qədimdən istifadə olunur.Xüsusən Misirdə,Çində,Romada mixək daha qədimdən becərilir.
Çin etiketində belə bir adət varmış ki,imperatorun qəbulundə olanlar və onun qarşısında nitq söyləyənlər qabaqcadan mixək çeynəyərlərmiş ki, nəfəslərindən ətirli iy gəlsin.
Davamı →
Top