Cənubi Qafqazda ilk alman koloniyası bu günkü Gürcüstan ərazisində salınıb. 1818-ci ilin sentyabrında rus çarı I Aleksandrın himayəsilə Gürcüstana köçən alman kəndlilər Tiflis yaxınlığında Marienbaum adında şəhərcik salıblar. Bir il sonra Avropadan köçüb gələn almanların Gürcüstanda daha 5 koloniyası yaranıb.
Almanların Azərbaycana ilk kütləvi köçü 1819-cu ilə təsadüf edir. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Səmkir) yaxınlığında Helenendorf (indiki Xanlar rayonu) və Annenfeld adlı iki koloniya saldılar. Yaşayış məntəqəsi plan üzrə salınırdı. Həmin kəndlərdə geniş küçələr, aynabəndli, taxtapuşlu, zirzəmili və eyvanlı evləri tikilirdi.
Azərbaycan –öz sahəsi və əhalisinə görə Zaqafqaziyanın həm quru, həm də dəniz sərhədlərinə malik olan ən iri dövlətidir. Onu şimaldakı qonşusu olan Rusiyadan Böyük Qafqaz sıra dağları ayırır, şimal-qərbdə o, Gürcüstanla həmsərhəddir, Kiçik Qafqaz sıra dağları onu qərbdə Ermənistandan, cənubda isə İrandan ayırır, cənub-qərbdə onu İrandan həmçinin, Talış dağları ayırır. Dəniz sərhədi Azərbaycanı Qazaxıstan və Türkmənistandan ayırır.
Ölkənin ən sıx əhalisi olan rayonları Abşeron yarımadası, Lənkəran ovalığı və Şirvan düzənliyidir. Burada əsasən pambıqçılıq rayonları yerləşən yarımsəhra Kür-Araz ovalığından fərqli olaraq bir çox növ meyvələr yetişir.
Hələ qədim zamanlardan bütün nüfuzlu dövlətlərin özünəməxsus fərqləndirici əlamətləri-simvol və rəmzləri olmuşdur. Bütün bunlar emblem, bayraq, gerb, orden, medal, pul və s. ibarət olub. Əsrlərdən bəri Azərbaycanda maddi, mənəvi və bədii mədəniyyətimizin zənginliyini, rəngarəngliyini ifadə edən heraldika və rəmzlər sistemi mövcud olmuşdur. Bunlara misal olaraq folklor və ədəbiyyatda, arxeoloji, etnoqrafik, dekorativ və təsviri sənət abidələrində at, maral, qurd, əjdaha, qartal, şir, simurq və s. Kimi heyvan və quş, sərv, palıd, nar, lalə, nərgiz, qızılgül və s. kimi ağac və çiçək təsvirlərini göstərə bilərik. Həndəsi və nəbati naxışlarla həkk olunmuş bu obrazlar simvolik məna kəsb etmiş, milli təfəkkürün, xalqımızın bədii zövqünü,estetik və əxlaqi təsəvvürlərinin rəmzi mahiyyətini daşımışdır.
Azərbaycan xalqının qəhrəmanlıq tarixi, azadlıq, istiqlaliyyət naminə mübarizəsi, milli dövlətçilik meylləri qədim mifoloji təsəvvürlərdə, folklor qaynaqlarında, feodalizm dövrü dövlət qurumlarının bayraq, nişan, emblem və digər rəmzlərində ifadə olunmuşdur. Hətta kiçik dövlət qurumları sayılan xanlıqların da özünəməxsus simvolları olmuşdur.
28 may 1918-ci il tarixdə Azərbaycan istiqlaliyyəti elan olunduqdan sonra ADR-in Dövlət bayrağı və Dövlət gerbi ilə bərabər Dövlət himninin də yaradılması və qəbul edilməsi məsələsi qarşıya çıxdı.
«Himn» yunanca «təntənəli nəğmə» deməkdir. O, siyasi təbliğatda mühüm vasitə olmaqla müəyyən mütəşəkkillik və səfərbərlik rolu da oynayır. Himnin ifası əsasən bayram şənlikləri, siyasi nümayişlər, rəsmi dövlət qəbulları, hərbi paradlarda nəzərdə tutulur.
Dövlət himninin mətni və melodiyası xalqın bütün sosial təbəqələrinə asan anlaşılmalıdır.