Uşaq üçün əsas məsələ atanı “ata” kimi, ananı isə “ana” kimi görməkdir. Təbii ailə modelində ana “şəfqəti”, ata isə “nüfuzu” təmsil etməlidir. Ancaq bəzən ata-anaların ailə daxilindəki bu rolları dəyişir və bu da ailədə, necə deyərlər, tarazlığın pozulmasına səbəb olur.
Ata ailədə “nüfuzu” təmsil etsə də, bu “nüfuz” məcburi şəkildə olmamalıdır. Başqa sözlə, bu “nüfuz” ataya ailə tərəfindən könüllü şəkildə verilməlidir. Məcburi şəkildə əldə edilən “nüfuz” ailə daxilində tarazlığın pozulması deməkdir. Digər tərəfdən, bu “nüfuz” zorakılıq kimi də qəbul edilməməlidir.
Ana isə ailə daxilində “şəfqətin” təmsilçisidir. Ancaq təəssüf ki, bəzi hallarda ananın bu rolda çıxış etməsi passivlik kimi qiymətləndirilir. Bu isə ananın bu rolunu yerinə yetirməsində psixoloji maneəyə (ya da maneələrə) səbəb olur. Beləliklə, ana “şəfqət”ə deyil, “nüfuz” roluna üstünlük verir. Nəticə etibarilə bu proses zaman keçdikcə ailədə tarazlığın pozulmasına səbəb olur. Buna görə də istər ata, istərsə də ana, nə olursa olsun öz rolundan kənara çıxmamalıdır. Çünki uşaqların ata kimi atalara, ana kimi analara ehtiyacları var.
Köçmək yorucu, həm də sağlamlığı təhlükə altına alan işlərdən biridir.
Çünki əşyaları daşıyarkən davamlı olaraq açıq qalan qapı-pəncərələrdən vuran hava cərəyanı tərli bədəndə soyuqlamaya, müxtəlif ağrılara, tənəffüs yollarında infeksiyalara səbəb olur ki, bu da ağır fəsadlarla nəticələnir.
Daşınma və evdə əşyaları yerləşdirmə əsnasında baş verən yıxılma, bədənin müxtəlif nahiyələrinin sınmaya məruz qalması, burxulma və buna bənzər qəzalarla bağlı yaralanmalara qarşı vaxtında tədbir görmək lazımdır. Bunun üçün evdə hökmən “ilk yardım çantası” saxlamaq məsləhət görülür.
Əlbəttə, ən yaxşısı odur ki, həyat yoldaşımızla aramızda dostluq münasibətləri olsun. Ancaq yaxşı bir dost olacağımız təqdirdə, ona etibar edib həyatımıza dair ən məhrəm məlumatları onunla paylaşa bilərik. Yəni başqa insanlardan gizlətməyə çalışdığımız şəxsi məlumatlara ancaq həyat yoldaşımızı ortaq edə bilərik. Lakin tərəflərdən birinin niyyəti xoş deyilsə, onda mübahisə zamanı həyat yoldaşının yalnız ona söylədiyi sirləri açıb hər kəsə deyə bilər. Belə zamanlarda qarşı tərəfi ittiham edən ifadələrin ardı-arası kəsilməz. Halbuki ailə üzvləri bir-birilərinə hamıdan daha çox etibar etməlidir. Əgər tərəflər ailə içərisində bir-birilərinə etibar etməsələr, o zaman fikirlərini paylaşa biləcəkləri başqa insanları axtarmağa başlayacaqlar. Bu da ailənin bütövlüyünə zərər verəcək. Bu baxımdan tərəflər bir-birilərinin sirdaşı olmalıdırlar.
Günlər, içindən keçdiyin gül bağçası kimi gözəldir. Dünyanın ətri də könlünü oxşayır, səsi də, dadı da, mənzərəsi də. Sevirsən, ürəyin ovcunda tutduğun quş ürəyi kimi çırpınır, o qədər həssas, o qədər kövrəksən ki... Bu sevgi ilə yenidən doğulmuş kimisən. Ömrünü onsuz təsəvvür edə bilmirsən. Dünya onunla gözəlləşdi gözündə. Və bir gün… |
Ev dediyin günün stresindən, yorğunluğundan qurtardığın, hər cür ağrını, acını unutduğun, doğmalarınla, sevdiklərinlə bir araya gəldiyin tək ünvandır. Hər kəsin evində bir sevimli bucağı var: ya bir kreslo, ya bir divan, ya bir taxt, ya bir döşəkçə…
Ev insanın bu dünyada rahat olduğu ən gözəl ünvandır. Ev insan üçündür, insan ev üçün deyil.
Ancaq etiraf edək ki, bu gün Azərbaycan evi deyəndə çoxumuzun ağlına divar boyu tavana qədər boy verən servant və servanta düzülmüş müxtəlif qab-qacaqlar, müxtəlif serviz dəstləri gəlir. Amandır, əl vurmayın! Amandır, toxunmayın! Bircə dənəsi qırılsa, hamısı gözdən düşər. Zarafat deyil, ananın cehizidir. İyirmi ilə yaxındır ki, elə orada da durur. Özü də nə az, nə çox, bəlkə də, bir maşının pulu verilib. Ancaq heç vaxt bir işə yaramayıb, sadəcə olaraq, bir bəzək əşyası kimi servanta düzülüb.
Evin ortasında böyük bir masa var, yaşı yetmişdən yuxarıdır. Deyirlər ki, baba onu filan bazardan alıb, özü də qoz ağacındandır. Hər dəfə yanından keçəndə ya ilişirsən, ya da bir yerin dəyib ağrıyır. Toxuna bilməzsən, çünki etirazlar yüksələr, səni baba yadigarına qarşı hörmətsizlikdə ittiham edərlər. Ancaq bu masa evdə hər kəsin yerini dar edir. Dörd nataraz ayağı, tünd şabalıdı rəngi, arabir qopmuş lakı ilə adamın ürəyini sıxır.
Həyatda elə maraqlı insanlar var ki, onlar haqqında danışmaqla qurtarmaz. Hətta bir dərdiniz olsa, ya da bir çətinliyə düşsəniz, tez onun yanına qaçarsınız. Sanki hansısa bir qüvvə sizi onlara tərəf çəkər. Mənim dostum da elə bu insanlardandır.
Bir gün özümü çox pis hiss edirdim. Nə edəcəyimi bilmirdim. Telefonu götürüb ona zəng etdim. “Tez yanıma gəl”, — dedi, sonra da: “Evdə heç kim yoxdur. Həm qəhvə içər, həm də söhbət edərik”, — deyə əlavə etdi.
Qalxıb dostumun yanına getdim. Bir saat sonra həmişə olduğu kimi, artıq özümü yaxşı hiss etməyə başlamışdım. Məni narahat edən problemlər yenə də öz yerində idi, ancaq indi onlar əvvəlki kimi “dəhşətli” deyildi. Bir də Ken (Ken mənim dostumun adıdır) öz kreslosunda oturub adamı elə səbirlə, elə təmkinlə dinləyirdi ki, bütün bunlardan sonra özünü yaxşı hiss etməmək, sadəcə olaraq, mümkün deyildi.
İndi təsəvvür edin ki, o yüksək səslə danışan adamın yerində sizsiniz və onu da təsəvvür edin ki, kənardan baxana necə görünürsünüz.
Necə görünəcəksiniz?
— Əlbəttə ki, pis!
Hər işdə olduğu kimi, mübahisə etməkdə də bir ədəb, bir üslub var. Allah-Təala Qurani-Kərimdə bu haqda belə buyurur:
“Əhli-kitabla mübahisə edərkən ən gözəl şəkildə və üslubda mübahisə edin”.