Gündəlik həyatın çətinlikləri kateqoriyası üzrə məqalələr

Ailə qayğısından məhrum günahsızlar

«Düz beş ildir maşın yumaqla məşğul oluram. Atam 3 yaşım olanda bizi atıb getdi. Mən və kiçik bacım Aysel uşaqlıqdan anamın himayəsində qaldıq. Anamın sözlərinə görə, atamdan ayrılarkən bizə nə əmlak verilib, nə də bizi saxlamaq üçün köməklik göstərilib. Anamın qazancı ailəmizi dolandırmağa yetmədiyindən məni internat evinə yerləşdirdilər. Hər mənimlə görüşə gələndə anamın çəkdiyi əzabı görüb ailəmizə kömək etmək üçün 12 yaşımda birinci dəfə internatdan qaçdım. Əvvəlcə bir müddət marşrutda konduktor işlədim. Sonra isə bu işdən uzaqlaşdırıldım. Səbəb isə səsim zəif olduğundan sərnişinləri çağıra bilməməyim idi. Yaşıdlarım kimi məktəbə getməyi, institut oxumağı çox istəyirdim. Amma görünür bu mənə qismət deyilmiş...».
Davamı →

Gəlin Birlikdə Gülək - Öldürək !

Əminəm ki, bir çoxlarınız bu filmi seyr etmisiniz. Etməyənlərə də məsləhət görərdim. Məqsədim film haqqında danışmaq deyil. Filmin ana məğzinə toxunmaq istərdim. Filmdə cərəyan edən hadisələr İnternet dünyasının nə qədər acımasız olmasından bəhs edir. Müəyyən mənada acı həqiqətləri ortaya çıxarır. Belə ki, real həyatda baş verən bir çox hadisələrin web dünyasında yayımlanması, anti-reklam edilməsi həmin videoda bəhs edilən şəxsdə nə dərəcədə pis və ağır psixoloji təsir buraxdığını məhz bu filmdə görə bilərik.

Davamı →

Xəyanət dəbə çevrilir

Ailəli bir qadın tanıyırdım. Sovet sistemi dağılana qədər zavodların birində fəhlə işləyirdi. Zavod fəaliyyətini dayandırandan sonra isə işsiz qaldığı üçün ailəsinə qazanc gətirmək adı ilə Türkiyəyə üz tutdu. Əri və uşaqları Azərbaycanda qalan qadından bir ilə yaxın səs-soraq eşidilmədi.
Haqqında cürbəcür şayiələr gəzməyə başladı. Kimi dedi ailəsini tamam atıb, kimi dedi Türkiyədə öldürülüb. Nəhayət, uzun müddət evindən və ailəsindən ayrı düşən qadın günlərin birində tapılaraq Azərbaycana döndü. Özünü təmizə çıxarmaq üçün «daşdan keçən» bir arayış da gətirdi. Bu arayış heç bir sənət sahibi olmayan qadının yoxa çıxdığı müddətdə Türkiyədə hansısa qurumda "çalışdığını təsdiqləyirdi". Əslində arayış onun ərinə və uşaqlarına lazım deyildi, o, yalnız ətrafdakı insanların gözündən pərdə asmaq üçün alınmışdı.

Davamı →

Gənclik və ölüm

Həyat müəllifsiz rejissorun çəkdiyi film kimidir. Şekspirin dediyi kimi, həyat bir tamaşadır, insanlar isə onun aktyorları. Filmin ən yaddaqalan hissəsi isə «gənclik» görüntüləridir. Bu görüntülər kitab kimidir. Bu kitabı oxumağa başladıqda bitməyə başlar...

Başqaları üçün yaşamaq...

Həyatın ən parlaq görüntüləri gənclik dövründə yaşanır. Çünki, gənclər keçmişlə yox, gələcəklə yaşayırlar. Gənclik bir az romantik, bir az da xəyalpərəst olur.
Davamı →

Emosional yorğunluq

Uzun müddət bir-birini sevən insanlara «məsum» və «şirin» görünən şıltaqlıqlar, incimələr, tez həll olan problemlər bir müddətdən sonra dözülməz bir səhnəyə çevrilir. Sözünüz bir-birinin boğazından keçmir, aralığa səbəbsiz küsüşmələr düşür, bu cür yaşayışa nifrət edirsiz. Neqativ emosiyalar artdıqca, kiçik söz-söhbətlər böyük problemlərə çevrilir. İnsan artıq həyatdan, ümidlərindən, arzularından bezib, heç bir tutunacağı yeri olmadığını görüb, sevgilinə «əlvida» deməyə vadar olursan. Amma ayrılıq da çarə deyil. Çünki arada nə qlobal problem, nə də nifrət var. Bəs nədir?

Davamı →

Pedofiliya

Yetkinlik yaşına çatmış adamların yetkinlik yaşına çatmamış 4-11 yaş arasındakı uşaqlara qarşı seksual maraqları pedofillik (pedofiliya) adlanır. Bütün dünyada, xüsusilə də Avropa ölkələrində pedofiliya əsas seksual cinayətlərdən biri hesab olunur.
Pedofiliya daha çox kişilərdə müşahidə olunur. Nadir hallarda qadınlarda rast gəlinir. Ancaq pedofillikdə cinsiyyət ayrımı yoxdur. Bütün dünyada ən ağır cinayətlərdən biri olan pedofilliya qurbanlarına çevrilmiş uşaqlar, psixoloji baxımdan müalicə olunmazlarsa, yetkinlik yaşına çatanda onlarda da pedofiliyaəlamətləri görünə bilir.
Pedofiliyaya meylli adam hər yaş qrupundan, hər bir peşədən, hər bir millətdən ola bilər. Sosial-iqtisadi təminatı çox yaxşı, çox pis də ola bilər. Araşdırmalar göstərir ki, pedofillər daha çox uzaq qohumlar və qonşulardan çıxır.
Davamı →

Namus böhranı

Çoxdan yazmaq istədiyim, ancaq hər dəfə də yeni faktların ortaya çıxması səbəbindən gecikdirdiyim mövzunu nəhayət ki, qələmə almağa qərar verdim.
Buna təkan verənsə bu yaxınlarda eşitdiyim rəzil bir xəbər — ölkənin şimal rayonunda 32 yaşlı birisinin 70 yaşlı nənəsinə təcavüz etməsi xəbəri oldu (?!).
Bəs daha öncə bu kimi hansı xəbərləri eşitmişdik hamılıqla? «50 yaşlı kişi 5 yaşlı qız uşağına qarşı əxlaqsız hərəkətlər etdiyinə görə 14 il azadlıqdan məhrum edilib», «Azyaşlı qızı zorlamaqda təqsirləndirilən 57 yaşlı „x“ rayon sakini saxlanıb», «Ata öz qızını zorlayıb», «x» rayonda qaynata gəlininə təcavüz edib", «Anasına sataşıb»…
Davamı →

Evlənmək istəyirəm! Nə lazımdır?

Toy insan həyatının ən vacib məqamlarındandır. Bu gündə hamı, xüsusilə toyun səbəkarları olan gəlin və bəy ömüründə heç olmazsa bir dəfə hamıdan fərqli, hamıdan gözəl görünməyə layiqdir. Gəlinlər üçün həmin günü anlamlı edən əsas atributlardan biri ağ gəlinlikdir ki, bu paltarı geyinmək hər bir qızın ən böyük arzusudur. Gəlinliklərə gəlincə, hazırda onları şəhərimizin müxtəlif salonlardan əldə etmək olar.
Əsasən, İtaliya, Türkiyə və Dubay istehsalı olan geyimlər bir günlük kirayəyə verilir. Onların qiymətləri isə çeşidləri kimi bir-birindən fərqlənir. Belə ki, salondan adi gəlinlik paltarını 250-300 manata kirayəyə götürmək olur. Dəbdəbəni xoşlayan xanımlara isə 2500-3000 manatlıq və daha baha geyimlər məsləhət görülür. Onu da qeyd edək ki, ilk dəfə kirayəyə verilən geyimlər gələcək gəlinlərə 800-900 manata başa gəlir.


Gəlinlik paltarı ilə yanaşı gəlinlik ayaqqabısı da toya hazırlıq üçün vacib aksesuardır. Qiymətlərə gəlincə, bu, 20 manatdan 1200 manata kimi dəyişir. Bu günün əsas qəhrəmanı olan gəlinin gözəl və fərqli görünməsini təmin edən digər bir məqam isə onun saç düzümü və makiyajıdır. Hazırda gözəllik salonunda göstərilən bu xidmətin qiyməti isə müxtəlifdir. 120 manatdan başlayan bu məbləğ 550-600 manata kimi qalxa bilir. Beləliklə, bir qızın toya tam hazır olması üçün orta hesabla 750-800 manat xərc çəkilməlidir.


Bu gün qadınlarla yanaşı, kişilər üçün də böyük anlam kəsb edir. Kişilər öz toy günlərində qeyri-adi görünməyə çalışır. Bunun üçün onlar adi kostyumla yanaşı, smokinq də geyinir. Kişi kostyumlarının alış qiyməti 70 manatdan 900 manata qədər dəyişir. Smokinqlərin qiyməti isə 1000 manat və daha bahadır. Toyqabağı bəyin yalnız bərbər xidmətlərindən istifadə etməsi ona ən azı 10, ən çoxu isə 50 manata, bəylik hamamından istifadə etməsi isə 500-1000 manat, bəzən də daha baha başa gəlir. Beləliklə də bir bəyə çəkilən xərc orta hesabla 1000 manata bərabərdir.
Kənan Məcidov toy fotosu
Geyim qədər diqqət yetiriləcək digər vacib məqam toyun keçiriləcəyi məkanla bağlıdır. Hazırda Bakıda 200-ə qədər şadlıq sarayı var ki, onlar təxminən eyni xidməti göstərsə də fərqli qiymətlər təklif edir. Belə ki, bir yerin qiyməti şadlıq saraylarından asılı olaraq 18 manatdan 350-400 manata qədər dəyişir.
Qeyd edək ki, statistik məlumatlara görə, Azərbaycanda il ərzində təxminən 90 min toy mərasimi keçirilir. Toyların təsnifatını apardıqda isə insanları ən çox narazı salan toylardakı həddindən artıq olan səs-küydür.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli yaranan səs-küyü mədəniyyətsizliyin bir forması adlandıraraq, bunun sağlamlığa da mənfi təsir göstərdiyini deyir: “İnsanlar bir-biri ilə qışqıra-qışqıra danışması mədəniyyətsizliyin elementi hesab olunur. İnsanlar bir-biri ilə çalışırlar daha sakit, etik qaydalara uyğun danışsınlar. İkinci, tibbi baxımdan 5 saat normadan qat-qat artıq olan səsi dinləyən vətəndaşda mütləq kantuziya əlamətləri yaranır”.


H. Rəcəbli Tacikistanı nümunə gətirərək, bu ölkədə mərasimlərin keçirilməsi ilə bağlı xüsusi qanunun işlənib hazırlandığını deyir. Həmin qanunda toya dəvətlilərin sayı, menyu, hətta maşın karvanında neçə avtomobilin iştirakı belə öz əksini tapıb. Bu modelin Azərbaycana tətbiqini gülünc hal sayan millət vəkili, çıxış yolunu yalnız ictimai qınaqda görür:
Müasir toylarda milli mənəvi dəyərlərin get-gedə yox olması, əvəzində isə Avropa adətlərinin üstünlük təşkil etməsini millət vəkili Azərbaycanın bir ictimai-sosial qurumdan digərinə transformasiyası ilə əlaqələndirir. O, hər iki dəyərin çulğalaşdığı toy mərasimlərinin tərəfdarıdır. Müasir toylarda israfçılığa da münasibət bildirən komitə sədri, bütün bu çatışmazlıqların qarşısını almaq üçün cəmiyyətdə tanınmış şəxslərin, ziyalıların tədbir görməsini, onların müasir, mədəni bir toy nümunəsi göstərməsini məsləhət görür: “Mənim bir subay oğlum var. Onun toyunda mən bir toy nümunəsi göstərəcəyəm. Azərbaycanın milli adət-ənənələri ilə sivil dünyanın adət-ənənələri qovuşacaq. Camaata göstərəcəyəm ki, belə də toy etmək olar”.
Hadı Rəcəbli Avropa toylarının müsbət xüsusiyyətlərini Azərbaycan toylarına tətbiq etməyi təqdirəlayiq hal sayır. Bura mərasimlərin qabaqcadan proqramlaşdırılması da daxildir. Millət vəkili hətta toyun proqramını çap etdirərək dəvətnamə ilə birlikdə qonaqlara paylamağı da məsləhət görür.

Həmçinin bax: Azərbaycan toy və pis adətlər
Mənbə: Anspress.com
Davamı →

Facebook istifadəçisi olan qızları almırlar?!

Sosial şəbəkədən istifadə edən qızlara həsr edilir.
— Zibeydənin gəlini internetdə bir şəkillərini qoyub, vaxsey… inan gördüm dəli oldum!
— Hara qoyub? Kompyuterdə var?
— Yox, ağəz, internetdə. Oğlum göstərdi mənə. Dırnağına lak sürtən yerdə, xörək bişirən yerdə, bir pozalar verib ki… biabırçılıqdı vallah!
— Yaxşı?! Bütün kompyuterlərdə var o şəkillər? Mən də evdəki kompyuteri açsam, görərəm?
— Ağəz, sən də çuşkasan e, deyirəm internetdə də. Orada nəsə bir yer var, hamı ora şəklini qoyur, özlərinə kişi axtarırlar da. Utanmır e, gəlin xeylağı, tərbiyəsizliyə bax e!
— Vay, vay, vay… Biabırçılıq! Şəkillərini kompyuterdə kişilərə göstərir?! Zibeydənin xəbəri olmaz yəqin, bilsə, o gəlini bir gün də saxlamaz, iti qovan kimi qovar evindən…
Davamı →

Bar qızının hekayəti

“Hər bir insan həyata eyni qaydada gəlir, hər birimizə görə bir ana 9 ay əziyyət çəkir, sonra dünyaya gəlirik, bağçaya, məktəbə, nə bilim daha haralara gedirik. Uşaqlığın ən yaddaqalan məqamı da xoş arzulardır. Uşaqlıqda ən böyük arzum həkim olmaq idi. Anamla həmişə xəstəxanaya gedəndə ağ xalatlı bibiləri, xalaları görür, böyüyəndə özümün də insanların sağlamlıqlarının keşiyində duracağıma dair xəyallar qururdum. Baxmayaraq ki, atam hələ mən bir neçə aylıq olarkən ölmüşdü, amma anam atamın yeganə yadigarını, yəni məni göz bəbəyi kimi qorumuşdu. Lakin hər şey o günə kimi oldu.
Davamı →
Top