Bu yaxınlarda Rusiya televiziyada yayımlanan uşaq verilişləri və mültfilmlərə münasibətini köklü surətdə dəyişdi. Həmin qanuna görə daim siqaret tüstülədən və dovşanın gününü qara edən «Nu, poqodi» qəhrəmanı uşaqların psixikasına zərər vura biləcək deyə yalnız gecə 11-dən sonra göstərilə bilər. Çeburaşka da eybəcər qulaqlarına görə bu kateqoriyaya aid edilib. Amma bir-birini güllələyən, partladan, didişdirən, çeynəyən, dağıdan pakemonlar, bakuqanlar, qeyri mütənasib quruluşlu, üçbucaq sifətli, piramida bədənli, kubik şəkilli adamabənzərlər televizorlardan yığışdırılmadı. Olaylara kənardan baxanda uşaqların psixikasına mənfi müdaxilənin sanki hansısa əmr ilə, bilərəkdən edildiyi təəssüratı yaranır.
Övladlarımızın söyüş söyməsi hər birimizi narahat edir. Bəzi azərbaycanlılar isə lap balaca yaşlarından övladlarına söyüş öyrədir, sonra isə müasir uşaqların tərbiyəsinin pozulmasından danışırlar.Övladının söyüş söyməsini istəməyənlər müxtəlif üsullardan istifadə etməklə bunun qarşısını almağa çalışırlar. Ancaq bir çox hallarda tərbiyə metodları yanlış seçilir.
Sürücü qəfil avtobusu saxlayır, hirslə yerə düşür, dayanacağa çatana qədər yolda “qaraladığı” digər marşrut sürücüsünün üstünə şığıyır, əlbəyaxa döyüş başlayır, ətrafdakılar onları zorla sakitləşdirir...
Mağazada satıcı qızın 1 kilo konfet çəkməsini gözləyən kişi bir az ləngimə görən kimi səsini qaldırır, mağaza rəhbərliyini çağırır, başqa bir dava başlayır...
Yolda siqnalların səsi qulaq batırır, aqressiv sürücülər bu tıxacda bir-birinin ətini belə yeməyə hazırdılar...
Bu sayaq aqressiv insan mənzərələri kifayət qədərdir. Çünki yay gəlib — dözülməz istilər insanların orqanizminə, xüsusən də əsəb sisteminə mənfi təsir göstərir. Hər səhər evdən çıxıb işə gələnə qədər ən azı dörd-beş insidentin ya şahidi, bəzən isə iştirakçısı olursan. Adi bir anlaşılmazlıq və ya neqativ hal bircə anın içində böyük bir qalmaqala çevrilir. İnsanlar od ələyən günəşin heyfini bir-birinin canından çıxarmağa kökləniblər. Və bu hal təkcə Azərbaycan insanına məxsus deyil. Statistikalar, dünya təcrübəsi və yaydan xətasız-bəlasız çıxmağın yolları ilə tanış olmaq istəyirsinizsə, buyurun.
Belə bir fikir var ki, hər kəs dünyaya göz açdığı gündən öz dərdlərinə ağlayır. Körpə hələ gələcəkdə başına gələcəkləri hiss edir və göz yaşlarına qərq edir göz görməyən al yanaqlarını. Coşub ətrafa səs salmağıyla sanki ətrafındakılara “məni gələcəkdə bu dərdlər gözləyir” demək istəyir. Ancaq onun nə demək istədiyini heç kim anlamır. Kimisi acdır deyir, kimisi də yuxusuzluğunu əsas gətirir. Nəticədə körpə ya yemək verilərək, ya da ağzına əmzik qoyularaq sakitləşdirilir. Bu minvalla dərdləri hiss etdiyimiz anlarda bir yolla özümüzü sakitləşdirməyə çalışırıq. Dərdlərin çoxluğunu unutmaq və ya düşüncələrimizi bulandırmaq üçün bəlkə də fərqli yollara və vasitələrə əl atırıq. Kimisi dərdlərinin bir neçə yüz qram spirtli içkiylə azalacağını zənn edir. Mən bu vasitələrin nə qədər doğru olub-olmaması haqqında danışmaq istəmirəm. Bunu siz məndən daha yaxşı bilirsiniz. Buradan keçid almaq istəyirəm mövzumuzun əsas hissəsinə.