Gündəlik həyatın çətinlikləri kateqoriyası üzrə məqalələr

Evliliyin 6 düşməni

Ailə quran hər kəs mehribanlıq və sevgi ilə əhatə olunmuş bir mühit və səmimi münasibətlər planlaşdırır. Təəssüf ki, çox vaxt qurulan ailələr gözlənilən nəticəni vermir. Psixoloqların fikrincə, ailə həyatının ilk ili kritik il, risk zonası hesab olunur. Fərqli mühitlərdə böyümüş, müxtəlif ailələrin tərbiyəsini görmüş cütlük ilk növbədə bir-birinə uyğunlaşmağa çalışır. Bu məsələdə tərəflər bir-birinə güzəştə getməli və ailənin təməlinin möhkəm əsaslar üzərində qurulmasına çalışmalıdır. Adətən «Mən kişiyəm, o isə bizim ailəyə gəlin gəlib, qoy özü uyğunlaşsın. Nəyə görə mən öz vərdişlərimdən, həmişəki həyatımdan əl çəkməliyəm?» və bu kimi fikirlər məsələni daha da mürəkkəbləşdirir. 

Psixoloqlar ailə daxilində problem yaradan əsas 6 səbəbi qeyd edirlər.

Davamı →

Stəkanı yerə buraxın bu gün!

Professor əlində içi dolu bir stəkan tutaraq dərsinə başladı. Hər kəsin görəcəyi bir şəkildə tutdu və soruşdu:
— Bu stəkanın ağırlığı, sizcə, nə qədərdir?
— 50 qr!… 100 qr! .....125 qr — deyə tələbələr cavabladı.
— Stəkanı çəkmədikcə həqiqətən mən də bilə bilmərəm — professor dedi. — Amma mənim sualım belədir: bu stəkanı bir neçə dəqiqə belə tutsaydımŞ nə olardı?"
— Heç bir şey — deyə tələbələr cavab verdi.
— Bəs yaxşı, 1 saat boyunca tutsaydım, onda nə olardı? — deyə professor soruşdu.

Davamı →

Dostunuz var?

Bir az bundan əvvəl belə bir söz oxumuşdum hardasa...«Allahım sən məni dostumdan qoru düşmənimlə özüm də bacararam...»nədənsə dəftərimin üz qabığına köçürdüm bu cümləni.Bilmirəm bəlkə də,ağlım kəsəndən bu yana böyüklərimin,anamın,nənəminmənə tez-tez tutduğu iradlar,verdikləri nəsihətlərdir bu sözləri mənə bu qədər yaxın edən. Çünki dost seçimində yanılmışam çox vaxt. Doğru dostluq qərəzsiz olar deyib atalar.Təəssüf ki, qərəzli oldu dostluqlarım çox zaman...Məqsədli dostluğun sonu puç olur. Bəlkə elə buna görə də,yaşımın az olmasına baxmayaraq dostlardan,sözü,nəfəsi yalan dostlardan qorunmaqçün Allaha sığındım.
Gülüb danışmağı çox sevmişəm uşaqlıqdan. Yaşadığım ən kiçik sevinci belə bölüşmüşəm hər zaman dostlarımla...
İndi isə həyatımın ilk, bəlkədə növbəti uğursuzluğunun ağrısını,yükünü çəkirəm ancaq dostlarsız...valideyinlərim, bacım və özüm.
-Dostun kimdir?
-Dara düşsəm deyərəm...məsəli lap yerinə düşdü burda. Deməli insanın həyatda əsl dostu onun özü, valideyinləri və doğmalarıdır!
Hələki yeniyetməlik dövrünün yolçusuyam.Çətinliklə,yıxıla-yıxıla,gəncliyə doğru gedirəm dilimdəysə bircə söz var «ALLAHIM,SƏN MƏNİ SAXTA DOSTDAN QORU,DÜŞMƏNİMLƏ ÖZÜM DƏ BACARARAM!»
 


Müəllif: Nərmin Hüseynzadə

Davamı →

Həyatın qiyməti artdıqca onu heç kəs itirmək istəmir

İndi tez-tez deyirlər ki, yaşamaq çətinləşib. Bəli, bu, gerçəkdir, amma bəşər həyatının elə zamanı olmayıb ki,yaşayış asan olsun. Bəşər tarixi başdan-başa qan-qada, təhlükə, çoxsaylı problemlərlə doludur. Bu, o deməkdir ki, tarix heç zaman rahat, xoşgünlü olmayıb. Bu yazımızda intiharın insan psixikasına təsirindən, eləcə də intihardan qurtulmaq haqqında danışacağıq. Azərbaycanda son illər intiharın artım dinamikası müşahidə edilməkdədir. Yüzillərdən bəri ədəbiyyatın, incəsənətin, ümumən yaradıcı sahələrdə çalışan bütün peşə adamlarının məqam-məqam daxilini oynadan intihar mövzusunun, həm də heç bir yaradıcılıqla məşğul olmayan insanların ağlında, ruhunda yaratdığı təbəddülatlardan danışacağıq.
Davamı →

İyirmi qəpiklik mühazirə

Yağışlı Bakı gecəsində qarşıma çıxan dilənçi qarının qaməti, alınmayan bir ömrə verilmiş, yorğun “niyə?“ sualına bənzəyirdi. Yağmurun səsi çətirli, papaqlı adamların addım səsinə qarışmışdı; ayaqqabıların taqqıltısı yağışın ritmindən gah geri qalırdı, gah da irəli qaçırdı. Qarı dayanmadan eyni cümləni təkrarlayırdı: “Allah yolunda...” Nədənsə, mənə elə gəlirdi ki, onun cümləsi yağışın ritmindən nə geri qalır, nə də irəli qaçır, əksinə, peşəkar, virtuoz musiqiçilər kimi, yarım not belə, yanlışı yoxdur. Cibimdəki bütün qəpikləri çıxardıb qarıya verdim… Çünki yadıma bir tələbəm düşmüşdü...

Mən universitetdə müəllim işləyirəm. Qəribə peşədir. Lövhənin önündə dayanıb, hərəsi ölkənin bir yerindən gələn tələbələrə mühazirə oxumağı, həm də bir yandan əsəblərimi qorumağı, deyəsən, get-gedə öyrənirəm. Səhər metrodan çıxıb universitetə gedəndə, yolumun üstündəki parkda əyləşib, məcnun-məcnun siqaret çəkən tələbəmin asfalta zillənmiş gözlərinin kədərini, universitetə çatıb onun sevdiyi qızı sinifdə rəfiqəsiylə pıçıldaşan görəndə anlayıram.
Davamı →

Fahişələr də insandır

Bu mövzu, bəlkə, çoxlarını qıcıqlandıracaq. Özlərini idealizə edib, dünyaya əxlaq və əxlaqsızlıq pəncərəsindən baxıb, qadınları fahişə və qeyri-fahişə deyə qruplara bölüb, heç nəyin dərininə varmadan fitva verənlər artıq sussalar yaxşıdır.


Mən hər gün qəzetlərdə oxuyuram, bu gün filan əxlaqsızlıq yuvası aşkarlandı, yaxud dünən filan körpünün ətrafında gəzişən fahişələr dağıdıldı. Tutalım, əxlaqsızlıq yuvaları dağıdıldı, bəs həmin fahişə adlandırdığınız insanlar bundan sonra nələrini satıb, necə qarınlarını doyuracaqlar? Kim onların qarnını, əynini, evini, bəlkə də, uşaqlarını sığortalayır? Onlara ictimai əngəl kimi baxmaq özü əngəl törədici bir mövzudur. Hər şeydən dəhşətli elə həmin pis baxmaqdır. Əgər pis baxırıqsa, əvvəlcə əxlaqsız kişilərə pis baxmalıyıq, qadınlara yox!

Davamı →

Probleminizi həll etməyə qadirsinizmi?

1. Probleminizi və başınıza gələn pis hadisə barədə bölüşürsünüzmü?
A) Xeyir. Bu mənə kömək etmir.- 3
B) Hə. Münasib həmsöhbət varsa -1
C) Həmişə yox. Hərənin öz dərdi var. -2
Davamı →

Gərginlikdən və əsəbilikdən qurtulmaq

Bütün böyük şəhərlərdə həyatın məcazi mənada quduzlaşmış ritmi hər gün orqanizmimizi üzür, əldən salır və sonra insanda stres və yorğunluğa gətirib çıxarır. Bəzən heç biz özümüz də hiss etmirik ki, gücümüz tükənmək üzrədir, odur ki, səbəbsiz narahatlıq, həyəcan hissi, inamsızlıq bizi bürüyür. Bizim bir çox xəstəliklərimiz, bu sonu bitməyən gərginliyimizin nəticəsində əmələ gəlir. Bu narahatçılıqdan qurtulmaq üçün müxtəlif yollardan istifadə etmək məsləhət görülür. Əlbəttə, biz bizi haqlayan xoşagəlməz hadisələrin baş verməsinə mane ola bilmərik ancaq biz bizi bürüyən gərginliyə qarşı mübarizə apara və onu aradan qaldıra bilərik .Gərginlikdən çıxmaq əhval ruhiyyəni qaldırır, insana gümrahlıq gətirir, həm də qismən bizim sağlamlığımızı və halımızı yaxşılaşdırır.

Davamı →

Sadako və kağızdan min durna quşu

Yaponiyaya atom bombası atıldığında 2 yaşında olan bir qız, 12 yaşına gəldiyində məruz qaldığı radiasiya səbəbiylə xərçəngə tutulmuş və xəstəxanaya yatırdılmışdı. Amma vəziyyəti ümidsiz idi. Xəstəxanadakı bütün həkimlər, kiçik qızın ölümü üçün gün sayarkən, kiçik Yapon qızı həyat doluymuş. koridorlarda qaçır, oynayır və digər xəstələrə kömək edirmiş. Xəstələrin arasında ən sevdiyi adam isə 80 yaşında, özü kimi xərçəng olan yaşlı bir qadın idi.
Davamı →

Qısqanc olmaq

Insan psixologiyasında  qısqanclığın xüsusi bir yeri vardır. Ancaq əvvəlcə bunu ifadə etmək lazımdır ki, bu xüsusiyyət cahiliyyə cəmiyyətində müsbət xüsusiyyət hesab edilir. Qısqanclığı bir sevgi və bağlılıq əlaməti kimi göstərməyə çalışırlar. Əgər bir insan sevdiyi insanı qısqanmırsa, onlara görə bu gerçək sevgi deyil. Bu səhv anlayışa görə, insanın qarşı tərəfin sevgisindən əmin ola bilməsi üçün, adamın yalnız onu sevməsi lazımdır. Halbuki bu düşüncə son dərəcə səhvdir. Çünki hər şeydən əvvəl sevgi çox yüksək duyğu və üstün bir əxlaq xüsusiyyətidir. İnsanın sevgidə qısqanclıq etməsi Quran əxlaqına uyğun deyil. İnsan sevdiyi adama sevgisini, ona qarşı sədaqəti, bağlılığı, şəfqət və ona söylədiyi gözəl söz və hərəkətlərlə göstərir. Bu da qarşı tərəfdə sevildiyinə dair qəti qənaət yaradır. Bunun başqa insanın özündən başqa heç kimin sevilməsini istəməməsi isə eqoistlikdir.
Davamı →
Top