Mələklər cisimdir, lətifdir, nuranidirlər, diridirlər, ağıllıdırlar. İnsanlarda olan şər, yamanlıq onlarda yoxdur. Hər şəklə girə bilərlər. Mələklərin başlıca vəzifəsi yorulmadan, usanmadan Tanrıya ibadət və itaət etməkdir. Mələklər heç vaxt günaha batmırlar. təqsirkar olmurlar. Onların pis işlərini təsəvvür etmək də mümkün deyildir, çünki nəfssiz yaradılmışlar. Onlar həmişə Allahı zikr edirlər.
Mələklər çoxdur və sayı bizə dəqiq bəlli deyil. Bir-birindən üstünlükləri vardır. Ən üstünləri bunlardır:
Məscid ərəb dilində təzim yeri mənasını daşıyır. Yəni insanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulan yer. Bu memarlıq tikilisinin məkanı düzgün seçilməlidir. Bütün müsəlman ölkələrində məscidlər günbəzli və minarəli bina üslubunda tikilir. Minarələrin sayı 1-dən 9-dək olmalıdır. Bir çox hallarda daxili həyətlərə malik olan məscidlərin daxili ibadət divarlarında təsvir qadağandır. Orada yalnız “Qurani Kərim”dən ərəb dilində sətirlər yazıla bilər.
MÜTLƏQ VƏ MUZAF SU
Kəbənin tikilməsi
Belə bir rəvayət söylənilir: Adəm (s.ə.s) və Həvva Cənnətdən Yerə endirildikdə bir-birindən ayrı salınmışlar. Adəm Şri-Lanka adasına (Seylon), Həvva isə Məkkə şəhərinin yaxınlığına, hazırda Ciddə limanının yerləşdiyi əraziyə göndərilmişdir. Adəm ilə Həvva yalnız 200 ildən sonra Məkkə ərazisində bir-birinə yenidən qovuşmuşlar. Uzun ayrılıqdan sonra onlar ilk dəfə Ərəfat dağında bir-birilə tapışır. Lakin Adəm Cənnətdə ibadət etdiyi məbəddən ayrı düşdüyünə görə çox darıxırdı. Nəhayət, Allah Öz rəhmətini göstərərək Yerə həmin məbədin oxşarını endirtmişdir. Adəm orada Allahın buyruğuyla bəşər tarixində ilk ibadət evini tikib-qurmuşdur. O, haqq dünyasına qovuşandan sonra həmin məbəd yenidən Yerdən götürülmüşdür. Lakin sonra həmin məbədin yerində Adəmin oğlu Sif Kəbə evini tikmişdir. Nuh Peyğəmbərin (s.ə.s) dövründə baş verən tufan nəticəsində bu ibadətgah dağılmışdır.
Ölüm sondur, yoxsa başlanğıc?
Nə üçün insanların çoxu ölümdən qorxur?
Ölüm insanların gözünə həmişə vəhşətli bir şey kimi görünür. Ölüm haqqında düşünmək həyatın şirin şərbətinin dadını aparır. İnsanlar təkcə ölümün adından qorxmur, hətta qəbirstanlıq sözündən də çəkinirlər, qəbirləri zinətləndirməklə onun əsl mahiyyətini yox etmək istəyirlər. Ölümdən bu cür qorxu dünyanın müxtəlif ədəbiyyatlarında da gözə çarpır və ölüm «ölüm nəhəngi», «ölüm caynaqları», «əcəl zəngi» və bu kimi ifadələrlə adlanır. Bir ölünün adını çəkmək istədikdə «bizdən iraq», «ömrün uzun olsun», «Allah göstərməsin» və bu kimi ifadələrlə dinləyən şəxsin fikrini ölümdən yayındırmaq istəyirlər.
Gəlin müəyyən edək, görək, insanlar ölümdən nə üçün (hətta ölümün adından) qorxurlar? Nəyə görə ölümdən qorxan insanlardan fərqli olaraq başqa bir qism ölümü qarşılayır, ölüm adı gəldikdə qoxmur, əksinə xoşhal olurlar?
Tarixdə oxuyuruq ki, bəzi insanlar «dirilik suyu», «cavanlıq suyu» kimi ömrü uzadan şeylərin ardınca getmiş, bəziləri isə şərəfli cihad meydanlarına qədəm basmış və ölümlə üz-üzə gəlmişlər. Bəzən insanlar ömrləri uzun olduğundan, Allah hüzuruna gedən günlərini (ölümü) arzulayırlar. İndiki zamanda da haqq ilə batilin vuruş meydanlarında bu cür insanlar çoxdur. (Din, vətən, namus uğrundaayağa qalxıb şəhadətə nail olan insanlar indi də az deyil. Azərbaycanın ayrılmaz hissəsi olan doğma Qarabağda şəhid olan igidlərimiz buna bir nümunədirlər (mütərcimdən).
İmamət məsələsi nə vaxtdan başlandı?
Hamımıza məlum olduğu kimi, peyğəmbərin vəfatından sonra müsəlmanlar iki dəstəyə bölünürlər. Bir dəstə deyirdi ki, peyğəmbər özündən sonra heç bir canişin təyin etməmiş və xilafət məsələsini camaatın öz öhdəsinə qoymuşdur. Camaat kimi istəyirsə, onu xəlifə etsin. Bu dəstə «sünni» və ya «sünnə» adlanır.
İkinci dəstənin etiqadına görə isə, peyğəmbərin canişini onun özü kimi günah və səhvdən məsum, camaata maddi və mənəvi rəhbərlik etmək üçün lazımi dərəcədə elmli olmalı və dini göz bəbəyi kimi qoruyub saxlamalı, dinin irəliləməsində əlindən gələni etməlidir. Bu dəstənin fikrincə bu cür şəxsi təyin etmək yalnız Allahın öhdəsində olan və peyğəmbərin vasitəsi ilə həyata keçən bir şeydir. Peyğəmbər də bu işi Allahın əmri ilə həyata keçirmiş və Əli ibn Əbu Talib (ə)-ı öz canişinlik məqamına təyin etmişdir. Bu dəstə «İmamiyyə» və ya «şiə» adlanır.
Rəhman və Rəhim Allahın adı ilə
İnsanların ilahi rəhbərlərə (peyğəmbərlərə) olan ehtiyacı
İnsan elminin məhdudluğu
Bəziləri soruşa bilər: peyğəmbərlərin insanları düz yola dəvət etmələri lazımdırmı? Məgər insan öz həqiqətlərini anlaya bilmirmi? Məgər elmin inkişaf etməsi sirlərin açılmasına və həqiqətlərin kəşf olunmasına kömək etmirmi? Bundan əlavə, onu da xatırladaq ki, peyğəmbərlərin insanlara öyrətdiklərini bəzən öz ağlımızla dərk edir, bəzən isə etmirik. Birinci halda (ağlımız peyğəmbərlərin dediklərini anladığı halda) peyğəmbərlərin gəlməsinə ehtiyac yoxdur. (Çünki onların dediklərini öz ağlımızla dərk edirik.) İkinci halda isə biz ağlımızın dərk etmədiyi şeyləri qəbul edə bilmərik. Başqa bir tərəfdən, peyğəmbərlərin dediklərini qəbul etmək üçün insan özünü tam şəkildə onların ixtiyarına buraxmalıdır. Məgər bu düzgündürmü? İnsan peyğəmbərlərin sözünü kor-koranə qəbul edə bilərmi? Məgər peyğəmbərlər bizim özümüz kimi insanlar deyillər? Özümüzü özümüz kimisinin ixtiyarına verməyin nə mənası var?