islam dininin əsasları kateqoriyası üzrə məqalələr

Kəbə haqqında

Ayə və hədislərdən də bəlli olduğu kimi Kəbə insanlara məbəd olaraq yer üzündə tikilən ilk evdir. Aləmlərə uğur, bərəkət və hidayət qaynağı olaraq qurulmuşdur. Allahu-Təala Qurani Kərimdə belə buyurur:


«Həqiqətən,aləmlərdən ötrü bərəkət və doğru yol göstəricisi kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir.Orada aydın nişanələr-İbrahimın məqamı vardır.Oraya daxil olanın təhlükəsizliyi təmin olunar...» (Al-İmran 96)

Davamı →

Hicrət haqqında ətraflı məlumat

«Kim Allah üçün hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. «(Quran, Nisa, 100)


İstər İslam tarixində, istərsə də İslam fiqhində əhəmiyyətli yer tutan anlayışlardan biri də hicrətdir. Lüğəti mənada bu söz tərk etməyi, ayrılmağı, istilahi mənada isə Allahın qadağan etdiyi şeylərdən qəlb, dil və əməllə qaçmağı ifadə edir.


Hicrət özündə olduqca geniş  mənanı ehva edir,  onu təkcə bir yerdən digər yerə köçmək formasında, feli bir əməl kimi qəbul etmək düzgün deyil. İbn Qeyyim (Allah ona rəhmət etsin) hicrəti bədən və qəlbin birgə mühacirəti şəklində izah etmişdir. Belə ki:

Davamı →

Quranda elm və elmi həqiqətlər

Quran təhsil, elm, ağıl və elmi tədqiqatlara böyük əhəmiyyət verməktədir. Bəzi elmi tədqiqatlara baxdığımız zaman Quranın bu həqiqətlərə işıq tutduğunu görə bilərik. Quran, elmi və elm adamlarını tərifləmiş, insanların cəhalət bataqlığından qurtulub elmin aydınlığına çıxmasını istəmişdir.

Davamı →

Bunları mütləq bilməliyik

Surə nədir?
_Quranın bəsmələ ilə ayrılan hər bir bölümüdür...

Ayət nədir?
_Qurani Kərimdə durğu işarələri arasındakı cümlə və ya ifadələrdir...

Fərz nədir?
_Dinlə bağlı etməli olduğumuz vacib bir şeydir...
Davamı →

Allahın 99 adı və mənaları

Bismilləhir-Rahmənir-Rahim
ƏSMAÜL — HÜSNA
ALLAHIN 99 ADLARI
"Ən gözəl adlar Allahındır, Onu bu adlarla çağırıb dua edin....."
"Əraf" surəsi, 180-cı ayə.
İmam Sadiq (ə) buyurmuşdur: «Allah-Təalanın 100-dən bir əskik (yəni 99) adı vardır, hər kim onun bu adlarına iman gətirərək saysa behiştə düşər»
Davamı →

Kəlimeyi-Şəhadətin əsas mənası

İslam ilə əlaqəli anlaşılmazlıqlardan biri də kəlimeyi-şəhadət məsələsində özünü göstərməkdədir. Bilindiyi kimi riyaziyyatda bir misalı həll edərkən düsturlardan birini yanlış tətbiq etsəniz cavab da səhv olacaqdır. Kəlimeyi-şəhadət İslamın düsturudur. İlk mərhələdə bunu doğrulasaq, nəyə necə şahidlik etdiyimizi də doğru anlamış və doğru yaşamış olarıq.


Kəlimeyi-Şəhadət məna olaraq nə deməkdir?

Davamı →

Şükrə dəvət

İnsan övladı yaradılış etibarı ilə nəfs, iradə, düşüncə v.s. bu kimi xüsusiyyətləri ilə bütün varlıqlardan fərqləndirilmişdir. Bu fərqlilik özü ilə yanaşı ona yer üzündə üstünlük verir. Bütün məxluqatdan üstün olma imkanı:
"(Ey Rəsulum!) Sənin Rəbbin mələklərə: «Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam», — dedikdə (mələklər): «Biz sənə şükr etdiyimiz, şəninə təriflər dediyimiz və səni müqəddəs tutduğumuz halda, sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?»- dedilər. (Allah onlara:)«Mən bildiyim şeyi siz bilmirsiniz!» — buyurdu."

Davamı →

Bəşər övladına verilən iztirablar

Bütün bəşəriyyət kef-ləzzət və ağrı-acı qanununa məhkumdur. İnsanlar dünya əziyyətləri və iztirablarından elə zəifləyə bilərlər ki, nankorluq dərəcəsinə  belə çatarlar. Bəzən də nemət və mənfəətlərin çoxluğundan  asi olarlar. Mömin bəndə isə nə qədər zəifləsə də, bəlalara düçar olsa da nankorluq etməz, nemətlərin çoxluğundan da yolunu azmaz. Mömin bəndə ömrü boyu imtahanların bitməyəcəyini bilməlidir.

Davamı →

Dinimizdə elmin yeri

Elm insan həyatında ən mühüm vasitələrdən biridir. Allah Təalanın bizə vermiş olduğu bu nemət sağlam düşüncəmizin, doğru mübarizə şəklimizin,  sağlam əqidəmizin təşəkkülündə əsas rol oynayır. Bu səbəbdən Allah (a.c.) Qurani Kərimdə ilk olaraq «oxu» əmri ilə başlamışdır. Allah  Rəsuluna (s.a.v.) ilk nazil olan ayələr buna dəlalət edir:

Davamı →

Üç ay

"Üç ay" dedikdə qəməri aylardan olan Rəcəb, Şaban və Ramazan ayları nəzərdə tutulur. Bu gün üç aydan ikincisi olan Şaban ayına qədəm qoyuruq. Adətən bir-sıra islam ölkələrində bu aylara digərlərinə nəzərən daha çox üstünlük verilir. Dünyanın bir çox ölkəsində müsəlmanlar qeyd olunan aylarda daha çox oruc tutur, Allaha daha çox yaxınlaşmağa, Uca Yaradana daha çox ibadət etməyə səy göstərirlər. Hətta bəzi müsəlmanlar bu üç aydan ikisini — Rəcəb və Şaban aylarını «kəffarət» və savab niyyəti ilə tamamilə oruc tutaraq keçirməyə çalışırlar. Buna Ramazan ayı da əlavə edildikdə ard-arda düz üç ay oruc tutulmuş olur ki, bu da "üç ayı oruc tutmaq" adlanır.

Davamı →
Top