islam dininin əsasları kateqoriyası üzrə məqalələr

Şeytan və Nəfsə uymayaq

Ümumi mənada şeytan insan, cin və hevyanların ağzın və şərli olanlarına verilən bir addır. (1) İsfahani, əl-Müfrədat, s. 383) Şeytan və mələk sözü bir-birinin ziddi olaraq Quranda tək və cəmdə eyni sayda, 88 dəfə keçməkdədir.
İblis, yaxud da şeytan mələklərə yaxın bir qrupdan, cin tayfasındandır. Quran iblisin Adəmə səcdə emriylə sınandıqda lovğalıq və qısqanclıq duyğularıyla bu əmrdən boyun qaçırdığından və imtahanı keçə bilməməsindən danışır. Həmçinin Qurani-Kərimdə şeytani duyğuların və nəfsani təmayüllərin insan qəlbinə olan təsirindən söz açılır
Davamı →

Əfv Et Allahım

Peyğəmbər(s.ə.s) buyurur: Adəm övladının hamısı səhv və xəta edər, xəta edənlərin ən yaxşısı tövbə edənlərdir. Allah tövbə edənləri sevir.Biz bəndələrinə namaz qılın, günaha meyl etməyin, dedin, Allahım!
Başqasının haqqına girməyin, qəlbini qırmayın, dedin, Allahım! Məni hər zaman zikr edin, günahlarınıza görə ixlasla tövbə edin ki, sizi bağışlayım, dedin, Allahım! Tövbə edin ki, Cəhənnəm atəşi ilə əzab verməyim, dedin Allahım! Əmrlərimə tabe  olun ki, sizə sonsuz Cənnət verim, dedin Allahım! Bəs biz nə etdik?! Halalını haram, haramını halal etdik özümüzə.
Davamı →

Tərk edilmiş sünnələr

Ayaq üstə dura-dura ayaqqabı geymək.Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) kiminsə ayaq üstə duraraq ayaqqabı geyməyini qadağan etdi.İbn Macə, Tirmizi, Əbu Davud.
Kiçik uşaqlara salam vermək.Ənəs (Allah ondan razı olsun) rəvayət edir:«Biz uşaq idik, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) yanımıza gəldi və hamımıza salam verdi».Buxari "Ədəbül Mürfad".
Davamı →

Mehir

Mehir evlilik əsnasında qadına verilən maddi vəsaitdir. Mehir vermək qadına deyil, kişiyə vacibdir. Allah Quranda qadınlara verilən mehirlə bağlı belə buyurur: «Qadınlarınızın mehirlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!» («Nisa» surəsi, 4). Qadına verilən mehirdə nə qadının qohumlarının, nə də qadının ərinin heç bir mülkiyyət haqqı yoxdur. Ancaq qadın bu məsələdə -ayədə də ifadə edildiyi kimi- heç kimlə məsləhətləşmədən istədiyi şəxsə istədiyi miqdarda öz razılığı ilə köməklik göstərə bilər.
Davamı →

Nəfs

Hər an pisliyə yönəltməkdən usanmayan, səhvlərlə bir yerdə həyat sürməkdən, xəta və üsyanlar içində kök salmaqdan, həlaka aparan yollarda yorulmadan gəzməkdən, məni Sənin nəzərində məxluqatının ən səviyyəsizi vəziyyətinə düşürmək üçün dayanmadan çalışan, bundan bezməyən, yorulmaq nədir bilməyən. Saysız-hesabsız qüsurlara əli bulaşmış. Bitib tükənmək bilməyən arzuların arxasınca nəfəs almadan qaçan. Elə ki, başı dərdə düşdümü sızıldayıb dayanan. Xeyirli bir işə müvəffəq olduğunda onu özündən bilən. Paylaşmaq fikrinə heç yaxın durmayan. Bütün boş və vecsiz işlərə ağzı sulanan. Hər cür boş-boş fikirlərə və vaxt öldürməyə peşəkarlaşan. Qəflət və unutqanlığa gəldikdə isə alüdəçilikdən ləzzət alan. Fürsət tapan kimi günaha girmək üçün saniyəni qənimət bilən. Tövbəyə gəlincə isə ustalıqla təxirə salan. Bu nəfsi əmmarəmdən Sənə şikayət edirəm. 

Davamı →

İbadət və ondan ala biləcəyimiz zövq

Günümüzün müsəlmanları arasında «mən ilk ibadət etməyə başladığım zamanlarda yaşadığım həyacanı, şövqü, aldığım zövqü indi hiss edə bilmirəm» və ya «ilk quran oxuduğum, Quranı-Kərimə dair söhbətlərə qatıldığım məclislər zamanı yaşadığım o hisslər üçün çox darıxmışam» deyən insanlar heç də az deyillər. Allaha inanan amma ona ibadət etməyib yaşadığı həyatında Allahın qoyduğu ölçülərdən kənar olan şəxs əslində sözün əsl mənasında «ac» insandır. Yəni Allahla mütəmadi və düzgün şəkildə təmasda olmadığından insanın ruhu və bədəni mənəvi hisslərdən uzaq qaldığı üçün insan «ac» bir məxluqa çevrilir.
Davamı →

Müsəlman ailəsinin xüsusiyyətləti

Hər il bu günlərdə gənc oğlan və qızların dəyərli təmənnalarını gerçəkləşdirən toylar çox yaşanır. İçərisində şərəfli bir sığınacaq, könül sükunətliyi və səadət tapacaqları müsəlman ailəsi qurarlar. Bu yuvanın kölgəsində və qanadları altında ciddi bir atalıq və şəfqətli bir analıq ilə bənzərsiz bir nəsil yetişir. Bəs bu yuvanın xüsusiyyətləri nədir? Üsulu nədir? Xöşbəxtliyi necə gerçəkləşir? Allah Təala belə buyurur: «Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və məhəbbət yaradması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!» (30/ər-Rum/21) Ailə, qiymətini ancaq itirənin, qorxunc bir yalnızlıq içində və ya zindan qaranlığında yaşayanın, yollarda və çollərdə azanın bilə biləcəyi bir nemətdir.
Davamı →

Əməllərin mükafatı

Əbul-Abbas Abdullah İbni Abbas İbni Abdulmuttalib (radiyallahu anhumədən) nəql edildiyinə görə, Rəsulullah (səllallahu əleyhi və səlləm) Allah Təaladan rəvayət etdiyi bir hədisdə belə buyurdu: Allah Təala yaxşılıq və pislikləri təqdir edib yazdıqdan sonra bunların yaxşı və pis olmasını belə açıqladı:
«Kim bir yaxşılıq etmək istəyər edə bilməzsə, Cənabı Haqq bunu edilmiş mükəmməl bir yaxşılıq olaraq qeyd edər. Əgər bir kimsə yaxşılıq etmək istəyər sonra da onu edərsə, Cənabı Haqq o yaxşılığı on mislindən başlayıb yeddi yüz misliylə, hətta qat-qat artıqlamasıyla yazar. Kim bir pislik etmək istəyər imtina edərsə, Cənabı Haqq bunu mükəmməl bir yaxşılıq olaraq qeydə alar.Əgər insan bir pislik etmək istəyər sonra da onu edərsə, Cənabı Haqq o pisliyi yalnız bir günah olaraq yazar.» (Buxari, Rikak 31; Müslim, İman 207, 259. Əlavə bax. Buxari, Tövhid 35; Tirmizi, Təfsiri surə (6),10)
Davamı →

Kəbə

Allah Beytül-Haram olan Kəbəni insanlar üçün bir qiyam etdi. İslam kainat təsəvvüründə Kəbə, göylə yeri birləşdirən əsas müstəvidə yerləşir. Ora səmanın rəhmindən ərzin göbəyinə uzanan mənəvi bir bəslənmə bağıdır. Yəni Kəbə yer üzünü səmaya, aşağını yuxarıya, alçağı ucaya, sonlunu sonsuza bağlayan bir göbək bağıdır.
Kəbənin «kiçik aləm» olan insandakı qarşılığı qəlbdir. Yəni sevginin və imanın qərargahı olan qəlb. «Rəhmanın ərşi» olan, ilahi mərhəmətin təcəlli yeri olan qəlb. Kəbəni mələklərin təvaf etdiyi əl-Beytül-Mamurun yer üzündəki proyeksiyası sayan şifahi rəvayətdə, Kəbəni ilk dəfə kimin tikdiyi sualına iki fərqli cavab verilir. Birincisi, Adəm Allaha ibadət etsin deyə mələklər, ikincisi mələklərin yardımı ilə Adəmin şəxsən özü. Səbəbi də, insanlığın atasının Quranda simvolik bir dillə izah edilən cənnətdən «eniş» qissəsində açıqlanır:
Adəm, Şeytanın fitnə və fəsadı ilə Allahın «yaxınlaşma» dediyi ağaca yaxınlaşmış və onun meyvəsindən dadmışdır. Bunun üzərinə tənzili rütbəylə (Tənzili rütbə — burada vəzifəsinin aşağı salınması.) məqamı endirilmişdir. O artıq məsuliyyət dünyasında tək başına qalmışdır  
Davamı →

Şəhərlərin anası

Məkkə, ucsuz-bucaqsız bir səhranın bağrından fışqırmış vulkanik lava qayalığı meşəsinin ortasındakı dar bir vadidə qurulmuş təvazökar bir şəhərdir. Ətrafı tamamilə qara vulkanik qranit daşlarından ibarət olan sivri və çılpaq təpələrlə örtülüdür.
Cənub-şərqində Əbu Qubeys və Əcyad dağları alçalıb yüksələn bir silsilə halındadır, üzləri Kəbəyə çevrilmiş təzim üçün qiyamda dayanmış kimi süzülürlər. Şimalında Hind dağları, Səbir dağları. Qərbdə bir az daha uzaqda yenə vulkanik əhəng təpələri. Məkkəni əhatə edən bu dağlarda bəzən səhra sarısına çalan əhəng daşları görülsə də, ümumiyyətlə tutqun qara qayalardan meydana gəlir. Torpaq yox deyiləcək qədər azdır. Onun üçün yaşıl örtüsü də yoxdur. Hündürlüyü [Sevr 650, Hira 500m.] çox yüksək olmamağına baxmayaraq hamısı bir qıf kimi sivri olduğu və çox vaxt da ayrılmaz qayalardan meydana gəldiyi üçün olduğundan uca və əzəmətli görünürlər.
Davamı →
Top