islam dininin əsasları kateqoriyası üzrə məqalələr

Ərafa Günü

Zilhiccə Qəməri ayının doqquzuncu günü. Yəni Qurban bayramından bir öncəki gün deməkdir. Bu gündə Zəvvarlar Ərafat dağına çıxacaqlar. Zəvvarların buradakı duruşlarına Vəqfa (Ərəfatda, Ərafa günü, günəşin çıxışından, Qurban bayramı sabahı şəfəq sökülüncəyə qədər, qısa bir vaxtda da olsa durmaq deməkdir) adı verilir. Peyğəmbərin (s.a.s) Ərafa günü haqqında belə dediyi nəql edilir; Ərəfə günü vəqfa zamanı Allah Talanın cəhənnəmdən azad etdiyi qulların sayı digər günlərdə azad edilənlərlə müqayisə edilməyəcək dərəcədə çoxdur. Allah Tala Ərafa günü vəqfa edənlərə yaxınlaşar. Sonra onları mələklərə göstərərək fərəhlə soruşar; bunlar nə istəyirlər ki, bütün işlərini buraxıb burada toplandılar deyər. (Müslim, Həcc 1348).
Davamı →

Həcc mövsümü bir məktəbdir I Üçüncü hissə

Tövhid kəliməsini açıqdan demək, əqidənin dəlillərindəndir

Həccə gedən müsəlman bu səfərdən və ibadətdən ən üstün dərs ala bilərsə, o da Allaha ixlasdır. Müsəlman bu səfərdə öyrənir ki, bütün ibadətlərə ixlasla Allah üçün olmalıdir, Ona şərik qoşulmamalıdır. Həcc edən şəxs həccə başlayarkən ilk işlətdiyi kəlimələr də bunu göstərir hansı ki: «Ləbbeyk Allahummə ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləbbeyk, innəl həmdə vən-ni'mətə ləkə vəl mulku lə şərikə lək» (Əmrinə tabeyəm Allahım əmrinə tabeyəm, əmrinə tabeyəm Sənin şərikin yoxdur əmrinə tabeyəm, həmd, ne'mət və mülk hamısı Sənindir, Sənin şərikin yoxdur)

Müsəlman bu sözləri ucadan deyir və eyni zamanda bu sözlərin mə'nasını dərk edir, Allahın varlığını və təkliyini təsdiq edir, şəhadət gətirir. Necəki ne'mət Allahın əlindədir və hər şeyi verən yalnız Allahu Təaladır, eləcə də yalnız ibadətə layiq olan varlıq və şəriki olmayan hər şeyin sahibi Allahdır. Bütün ibadətlər yalnız Ona olmalıdır, Ondan başqasına tapınmaq olmaz. 
Davamı →

Həcc mövsümü bir məktəbdir I İkinci hissə

Həccin faydası, mənfəəti, fəziləti haqqında bir çox dərslər və məqalələr var. Həccin fəziləti və ibadətlər arasında yeri xüsusidir və Allaha yaxınlaşmaq üçün ən uca ibadətlərdəndir. Həcc İslamın əsas şərtlərindəndir. Bununla bərabər Həccin çox əhəmiyyətli faydaları da vardır ki, bunları çoxlarımız bilmirik və insan bunlara çox vaxtı diqqət etmir. Allahu Təala buyurur ki: ((İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər çür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər. Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və mə'lum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismillah desinlər). Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin! Sonra həcc əməllərini (dırnaq kəsmək, saçını qırxmaq, yaxud qısaltmaq və s.) yerinə yetirsinlər (və ya kirlərini təmizləsinlər), nəzirlərini versinlər və (Nuhun tufanından salamat çıxmış, yaxud bəşər övladı üçün ilk ziyarətgah olan) qədim evi (Kə'bəni) təvaf etsinlər!)) (Əl-Həcc surəsi 27-29).  
Davamı →

Həcc mövsümü bir məktəbdir I Birinci hissə

Bismilləhir-Rəhmanir-Rəhim

Əziz və hörmətli müsəlmanlar! Həcc mövsümü yaxınlaşır və bə'zilərimiz bu ilki həcc mövsümündə İslamın 5 şərtindən birini yetirməyə çalışır. Bə'zilərimiz artıq həcc etmişik, bə'zilərimiz də hələ hazırlaşırıq gələcəkdə getməyə. Bu fərzi yerinə yetirməyə həqiqətən də böyük hazırlıq lazımdır. Həcc ömürdə bircə dəfə olur. Bu mübarək ibadəti düzgün yerinə yetirə bilməsək çox şeylər itirə bilərik.

Həcc mövsümü bir iman məktəbidir, bu məktəbə ömürdə bircə dəfə gedilir və mütləq bir şey öyrənilməlidir. Bu məktəbdən bir şey öyrənməmiş və ya fayda götürməmiş dönmək böyük ziyandır. 

Davamı →

İslamda iman əsasları

Allaha iman, Mələklərə iman, Kitablara iman, Peyğəmbərlərə iman, Axirətə iman, Qəza və Qədərə iman 
Bu altı ərkana dəlil Allahın bu kəlamıdır: Yaxşı əməl heç də (ibadət vaxtı) üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyil. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanandır. (Bəqərə 177) 
Qədərə dəlil Allahın bu kəlamıdır: Şübhəsiz ki, Biz hərşeyi müəyyən ölçüdə (lazım olan qədər) yaratdıq. 
(Əl-Qəmər 49) 
Davamı →

Zəkat

Zəkatın dəlili və tövhidin təfsiri Allahın bu kəlamıdır: Halbuki onlara əmr edilmişdi ki, Allaha — dini yalnız Ona məxsus edərək, digər bütün batil dinlərdən islama dönərək — ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur! (Əl-Beyyinə 5) Dində zəngin sayılan kişi, qadın, hər bir müsəlmanın ildə bir dəfə malının qırxda birini kasıblara verməsi borcudur, fərzdir. 
Dinin zəngin saydığı şəxslər. 
Borcundan və keçinəcəyindən başqa 80,18 qram qızılı(bu qızıl istər işləyən pul, istər külçə, istər zinət əşyası və ya qab-qacaq olsun) 
Davamı →

Oruc

Orucun dəlili Allahın bu kəlamıdır: Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz. (Bəqərə 183) Oruc tutmaq niyyətiylə dan yerinin ağarmasından günəş batıncaya qədər bir şey yeyib-içmək, qadına yaxınlaşmaq kimi şeylərdən özünü məhrum etmək surətiylə bədənlə edilən bir ibadətdir. 
Yetginlik yaşına gələn, ağıllı hər bir müsəlmanın Ramazan ayında bir ay oruc tutması fərzdir. 
Oruc dəlilər, uşaqlara fərz deyildir.  Qadınların aybaşı və zahılıq vaxtlarında oruc tutmaları haramdır. 
Xəstələrin, yolçuları (səfərdə olanların), əmzikli qadınların Rmazanda oruc yemələrinə izn vardır.Yedikləri günlərin oruclarını Ramazandan başqa bir zamanda ödəyə bilərlər. Oruc tutmaq ücün niyyət etmək, niyyətin başlama və bitmə zamanını bilmək, dan yerinin ağarmasından günəş batıncaya qədər orucu pozan şeylərdən çəkinmək, orucun fərzlərindəndir. 
Ramazan orucunda niyyət vaxtı günəşin batmasından, ertəsi gün quşluq vaxtına qədərdir. Ödənən Ramazan orucu ilə, diləmə və kəffarət (cəza) oruclarında günəşin batmasından dan yerinin ağarmasına qədər niyyət etmək lazımdır. Niyyət qəlb ilə olur. 
Davamı →

Şəhadət

Şəhadətin dəlili Allahın bu kəlamıdır: Allah özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq (haqqa tapınaraq) O qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər. (Ali İmran 18) Mənası: Allahdan başqa heç bir haqq məbud yoxdur. Lə iləhə — Allahdan başqa ibadətolunanlari inkar edir İlləllah- İbadətin mülkündə şəriki omadığı kimi ibadətində də şəriki olmayan tək Allaha edilməsini təsdiq edir. Onun təfsiri Allahın bu kəlamıdır: Yadına sal ki, bir zaman İbrahim və qövmünə demişdi: «Mən sizin ibadət etdiklərinizdən (bütlərdən) tamamilə uzağam.
Davamı →

Hamının bilməsi lazım olan ərkanlar

Kəlimə olaraq "İslam", təslim olmaq, itaət etmək, boyun əymək deməkdir. Termin olaraq "İslam": Peyğəmbərin xəbər verdiyi şeyləri qəbul və onlara bütün varlığıyla təslim olmaq deməkdir. Dolayısı ilə İslam qəlbən təslim olmaqla bərabər, zahirən Allahın və Peyğəmbərlərinin əmirlərinə tabe olmaqdır. Bu mənada hər mömin, müsəlman, hər müsəlman da mömindir. 

Allah Təala buyurmuşdur: «Allah yanında (Məqbul olan) din əlbəttə, İslamdır.» (Ali-İmran,19) «Bir din kimi sizin üçün İslamı bəyənib seçdim.» (Əl-Maidə,3) 
«Tövbə edib Rəbbininzə dönün. Əzab sizə gəlməmişdən əvvəl ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz». (Əz-Zümər,54) 
Davamı →

Yalan

Yalan böyük günah və olduqca mənfi xüsusiyyət olduğu üçün ictimai münasibətlərdə qətiyyətlə pislənmişdir. Yalan, danışanın e'timad və e'tibarını itirməsi ilə yanaşı, cəmiyyətdə e'timadsızlıq, şəkk və tərəddüd toxumunu səpir. İnsanların bir-birinə e'timad etmədikləri bir cəmiyyətdə yaşamaq isə, mə'lum olduğu kimi dözülməz və acınacaqlıdır .
Yalan haqqında kifayət qədər ayə və hədis nəql olunmuşdur. Haqqında söhbət açılan ayə və hədislərdə yalanın cəmiyyətdə göstərdiyi mənfi tə'sir və nəticələrb haqqında ətraflı danışılmış və onun bir çox günahların mənşəyi olduğu vurğulanmışdır.
Yalan danışmaq olduqca asandır və belə bir günaha düçar olmaq bir o qədər də zəhmət tələb etmir. Təəssüflər olsun ki, insanların bir çoxu məqsədlərinə nail olmaq üçün yalan danışmağa üstünlük verirlər. Bir məsələyə də diqqət yetirməliyik ki, görülən hər bir iş mənfəət əldə etmək üçün müəyyən qədər zəhmət çəkilməsini tələb edir.
Davamı →
Top