— Işinizdə nə irəliləyiş var, Professor? — General hövsələsini zorla basıb soruşdu.
— İrəliləyiş? – Professor verilən sualı təkrarladı. O, cavab verməyə tələsmirdi.
— Beş ildi burda — aşağıda işləyirsiz və bu günəcən bir dəfə də olsun sizi narahat eləyən olmayıb. Biz sizə etibar edirik, amma quru sözlərə nə qədər inanmaq olar. Ortaya konkret iş qoymağın vaxtı çatıb.
Generalın səsində təhdid hiss olunurdu və Ka yorğun-arğın əlini yelləyərək gülümsündü.
— Quşu gözündən vurdunuz, General. Mən bir az da gözləməyi düşünürdüm, amma siz məni qızışdırdınız. Mən işi başa çatdırmışam, O artıq hazırdır, — Professor pıçıltıya keçdi, Günəşə and olsun ki, Onu dünyaya nümayiş etdirməyin vaxtı çatıb.
O əlinin işarəsiylə Generalı mağara dəvət etdi. Ka qonağı mağarın ən dərin yerinə apardı. Divarın dar dəliyindən içəri xəfif işıq düşürdü. O, düz, hamar çıxıntı üzərinə qoyulmuşdu.
Gənc markiza de Rennedon özünü şüşəni dəlib keçən güllətək içəri atıb heç danışmağa başlamamış uğunub getdi. Elə gülürdü ki, gözü də yaşardı. Eynilə bir ay öncə rəfiqəsinə ərinə intiqam almaqdan ötrü, yalnız intiqam almaqdan ötrü, özü də bircə kərə xəyanət etməsi haqqında danışarkən güldüyü kimi. Həm də ki ərinin çox səfeh və qısqanc olduğunu bəhanə gətirirdi.
Baronessa de Qranjeri oxuduğu kitabı divanın üstünə atıb maraq dolu baxışlarla Annetin üzünə dikildi. Amma onu da gülmək tuturdu.Axır ki, soruşdu:
− İndi neyləmisən?
− Ah, əzizim… əzizim… Bu, elə gülməlidir ki… Təsəvvür et… Canım qurtardı! Qurtardı! Qurtardı!
− Necə yəni canın qurtardı?
− Bax belə. Canım qurtardı!
− Nədən?
− Ərimdən, əzizim, canım qurtardı! Mən azadam! Azadam! Azadam!
Detektiv janrının yaranması 19-cu əsrin sonunda yaşamış Amerika yazıçısı Edqar Alan Ponun adıyla bağlı olsa da, ümumiyyətlə dünya ədəbiyyatında detektiv, daha doğrusu, kriminal sücetlərdən bundan əvvəl də kifayət qədər istifadə olunmuşdu (hətta bəzi tənqidçilər Dostoyevskinin məşhur «cinayət və cəza» romanını da klassik detektiv hesab edirlər). Lakin orta əsrlərdə istər Avropa, istərsə də Şərq ədəbiyyatında işlənən kriminal sücetlər daha çox macəraçılıq xarakteri daşıdığından, detektiv bir janr kimi tam formalaşa bilməmişdi. Məhz Edqar Alan Podan sonra Avropa ədəbiyyatında detektiv janrının konkret çərçi-vələri, formaları, qayda-qanunları formalaşmağa başlamış, sonrakı iyirmi il ərzində klassik detektiv janrı öz zirvəsinə çatmışdı. Detektiv janrının klassiklərindən sayılan Artur Konan-Doyl, Hilbert Çesterton, Aqata Kristi, Corc Simenon və s. bu kimi yazıçılar öz əsərlərində klassik detektivin bütün qaydalarını dəqiqliklə işləmiş, təcrübədən keçirmiş, yanrın müxtəlif növlərini yaratmışdılar. Yalnız bundan sonra dünya ədəbiyyatında detektiv ədəbiyyat bir janr kimi qəbul olunmuşdu.
Bazar günü, ibadətdən sonra hava birdən-birə dəyişdi. Gecə bürkü idi. Hətta səhər tezdən heç kəsin ağlına gəlməzdi ki, bu gün yağış yağa bilər. Biz — qadınlar kilsədən çıxıb, çətirləri açmağa macal tapmamış, acı qara yel qopdu və bir anın içində toz-torpağı, mayın quru qar-qabığını silib-süpürüb göyə sovurdu. Yanımda kimsə:
O zamanlar Jiqulin qul alverçisi kimi bir şey idi, yəni gənc, gözəl və təndürüst qızların alveri ilə məşğul olurdu. Restoranları, barları gəzib xoşagəlimli qızları seçir, özü ilə Parisə gətirir və Model agentliklərinə satırdı. Onlar hər dəfə Parisə gələndə adətən müvəqqəti olaraq mənim apartamentimdə qalırdılar. Yox, mən öz qonaqpərvərliyimə görə faiz almırdım, qapılarımı onların üzünə geniş açmağımın səbəbi isə hədsiz maraq və havayı seks ümidi idi…
O xanım mənim qapımın ağzında peyda olanda əynində şərq üslubunda, çox əcaib naxışlı bir şalvar və hündürdaban çəkmə vardı. Şalvarının parçası açılmış günəbaxan şəkilləri ilə dolu idi. Çiyninə cins gödəkcəsini keçirmişdi. Gödəkcənin yaxalığına tökülmüş formasız saç kütləsi köhnə mebel rəngində idi. Ondan toz və əsgər iyi gəlirdi. Arxasından isə onun çantalarını daşıyan gəncin balaca, qırmızı sərsifəti görünürdü.
— Mən Salliyəm – o, özünü təqdim etdi.