Qara duz — ənənələrdən gələn ərzaqdır. Müasir qastronomiyada özünəlayiq yer tutub, kifayət qədər maraq doğurur və ondan çəkinmədən istifadə etmək olar. Hazırda Rusiya və MDB-nin slavyan ölkələrindəki marketlərdə və mətbəxində yer alan Qara duz xristian dini ritualı və inancı ilə bağlıdır.
Pravoslavların Pak Cümə axşamı adlı xüsusi günü var ki, bu gün məxsusi olaraq “tilsimləri açan” duz hazırlanır. İnanca görə, bu duz qeyri-adi dərəcədə təmizləyici, qoruyucu və şəfaverici gücə malik olur. Tarixən kəndli ailələrində ildə yalnız bir gün olan bu axşamda duz hazırlığına başlanardı.
Qara duzu hazırlamaq üçün adi xorək duzu və ya iri duz kristalı götürülüb, döyülür. Onu kvas suyunda isladıb, sobanın kənarında 6-7 saat qurudurlar. Ona qara çörək ovuntusu qatıb, tordan keçirirlər. Tavada qovurub qaraya çalan və ya tund-qəhvəyi rəngdə duz alırlar. Duzun dadı da maraqlıdır: kvasda olan bütün dad və qoxu fermentləri duza hopur. Ondan həm qara çörək, həm kvasda olan quru meyvələrin, həm də qıtıq otunun (xren) tamı gəlir.
Kakao Avropada XVI əsrdən başlayaraq tanınır.
Bu xeyirli içkinin reseptini avropalılar Amerikanın yerli sakinlərinlərindən götürüblər. Kakao şokolad ağacı meyvələrindən hazırlanır. Yaxşı keyfiyyətli kakao tozunun güclü şokolad ətri olur. Məhz belə kakao yaxşı və orqanizm üçün xeyirli sayılır.
Kakaonun tərkibində çoxlu sayda müxtəlif xeyirli maddələr var. Belə ki, kakaonun tərkibində xüsusi maddələr antioksidantlar var ki, bu maddələr sərbəst radikalların insan orqanizminə olan mənfi təsirini neytrallaşdırır, orqanizmdə gedən qocalma proseslərini ləngidir.
Bundan əlavə kakaonun tərkibində olan neyromediatorlar stresslə və depressiya ilə mübarizədə insana çox effektli şəkildə kömək edir. Məhz bu maddələrə görə 1 təkə şokolad və ya isti şokolad fincanı insanın əhval-ruhiyyəsini xeyli yaxşılaşdırır. Hətta şokoladın iyi insanın sinir sisteminə sakitləşdirici təsir edir.
Darçın hələ qədim zamanlardan xalq təbabətində geniş istifadə olunub. Bu ədviyyat darçın ağacının qurudulmuş budaqlarından hazırlanır. Orqanizm üçün saysız hesabsız faydaları olan darçın sözün əsl mənasında bir çox xəstəliklərə qənim kəsilən ədviyyatdır.
Darçının ən faydalı xüsusiyyətlərindən biri qanda şəkəri tənzimləməsidir. Şəkərli diabetlər bu ədviyyatın faydasından bəhrələnə bilərlər.
Darçın qanda xolesterenin səviyyəsini azaldaraq ateroskleroz, miokard infarkt, iflic ehtimalını azaldır.
Damarları genişləndirərək beyinin fəaliyyətini yaxşılaşdırır.
Bağırsaq iltihablarına qarşı mübarizə aparır.
Yulaf pulcuqları ya əzməsi, nədənsə sadəcə pəhriz zamanı yadımıza düşür. Halbuki, yulafın faydalarını duyunca onu gündəlik qida rasionunuza qatmaq fikrinə düşəcəksiz.
Mədə problemlərindən stressə qədər bir çox sağlıq probleminə faydalı olan və bədənimizə sağlıq qatan yulafın faydaları:
Depresiyyaya gülə-gülə
Yulafı müntəzəm olaraq yemək depresiyya riskinə qarşı qoruyur. Seratonin hormonu səviyyəsini artırır və depresiyyaya yoluxma riski aşağı olur.
Xardal və onun xeyirli xüsusiyyətləri insanlara qədim vaxtlardan məlumdur.
Xardal tək qidaya əlavə kimi yox, müalicəvi vasitə kimi geniş istifadə olunur.
Xardal toxumları (məhz onlardan ənənəvi xardal sousu istehsal olunur) efir yağları, vitaminlər (E, D, A, B), mikroelementlər (kalium, sink, dəmir, maqnezium, kalsium), polidoymamış turşular, fermentlər, qlikozidlər və s. xeyirli maddələrlə zəngindir. Xardalın bir çox xeyirli xüsusiyyətləri var. İlk növbədə xardal mədə-bağırsaq sistemi üçün çox xeyirlidir — iştahanı artırır, həzm prosesləri yaxşılaşdırır, yağların parçalanmasını sürətləndirir, mübadilə prosesləri aktivləşdirir. Xardal antiseptik, antimikrob, göbələkəleyhinə, iltihabəleyhinə təsirinə malikdir. Bizim həzm sistemimizdə yaşayan əksər ziyanlı mikroorqanizmlər xardaldan «qorxur». Xardal mədə-bağırsaq sistemi üçün sanki təmizləyici vasitədir.
Balıq mövsümü açıldı. Balıq sevənlər üçün sezon balığı adlanan palamutun faydaları ilə tanış olun:
— Palamutun ən ləzzətlə yeyilən vaxtı sentyabrdan başlayıb fevral ayına kimi davam edir.
— Palamutun tərkibində fosfor, sulfid və vanadiyum var.
— Çox miqdarda protein və D vitamin tərkiblidir.
— Palamut balığının tərkibindəki vitaminlər saçlarınızın güclənməsinə kömək edər.
— Çox yeyən insanların diş toxuması daha düzgün, yaxşı olur.
— Qandakı xolesterolu nizamlayır.
— Açıq yaraların qısa zamanda sağalmasına kömək edir.
— Dərini gəncləşdirir.
— Gözlərə faydalıdır.
Sirkənin müəyyən növləri tonlarla dərmanı əvəz edə bilər.
Sirkənin tərkibində qocalmanın qarşısını alan antioksidantlar var. O, həmçinin xərçəng xəstəliklərini və beynin degenerativ pozğunluğunu önləyir. Bundan başqa, sirkənin iltihab əleyhinə təsiri də var. O, diabetin orqanizmə təsirini azaldır. Sirkə qəbul edərkən ürək-damar sisteminin vəziyyəti yaxşılaşır, qan təzyiqi aşağı düşür.
Belə məlumatlar da var ki, sirkə idmançılara ağır fiziki yükdən sonra bərpa olunmağa kömək edir. İnsan hər gün sirkə istifadə edərsə, onun iştahı azalır və təbii ki, artıq çəkidən azad olmaq istəyənlər üçün dəyərli ərzaqdır.
Alimlər deyirlər ki, hər gün 1-2 qaşıq sirkə qəbul etməklə orqanizmdəki «yaxşı» xolesterinin qədərini artırmaq olar. Onlar bunu 120 nəfər könüllünün üzərində təcrübə keçəndən sonra isbat ediblər. Onların yarısına sirkə, qalanına isə plasebo verirdilər. Təcrübə ümumilikdə 2 ay çəkdi.
Məlum oldu ki, sirkə qəbul edən insanlarda yüksək sıxlıqlı lipoproteinlər — «yaxşı» xolesterin — çoxalıb. Yeri gəlmişkən, alma sirkəsi artrit və podaqra xəstəliyndə də effektlidir: qanda şəkəri, iştahı azaldır, yağların metabolizmini sürətləndirir.
Probiotiklər mədə-bağırsaq və beyin hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır. Turş süd məhsullarının tərkibində olan probiotiklər təkcə mədə-bağırsağın fəaliyyətinə təsir etmir, həm də beyin hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır. Bu süd məhsulların və yoqurtun tərkibindəki probiotik maddələr çox xeyirli hesab olunur.
Son aparılan tədqiqatlar göstərib ki, bu maddə həm mədə-bağırsaq sisteminə, həm də əsəb sisteminin tənzimlənməsinə müsbət təsir edir.
Texas Universitetinin alimlərinin araşdırmalarına əsasən, neyrokimyəvi probiotiklər mədə-bağırsaq və beyin hüceyrələrinin fəaliyyətini yaxşılaşdıraraq, neyroaktiv birləşmələrinin daşımasında mühüm rol oynaya bilər.
Alimlər həmçinin mədə-bağırsaq mikroflorası ilə əsəb sistemi fəliyyətinin arasında əlaqə olduğunu aşkar ediblər.